RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə32/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

115 
şəxsiyyətlərin həyatı  və hünərləri ilə bağlı olduğu üçün 
bu və ya digər tərzdə qoruyub saxlayır” (49, s.10). Bu hal 
əfsanələrə  də aiddir, onlar da söyləyici – auditoriya 
təmasında nəyisə qazanır və ya itirir. Əfsanə  və 
rəvayətlər bu xüsusiyyətlərinə görə epik məntiqin 
tələblərinə əsasən yenidən qurulub cilalana bilirlər. 
Rəvayətlərin janr xüsusiyyətləri. 
Epik 
folklorumuzun  ənənəvi janrlarından sayılan rəvayətlər 
müxtəlif xalqlarda fərqli adlarla tanınmaqdadır. Belə ki, 
bu janra yunanlar “paradosis”, latınlar “leqenda”, 
almanlar “sake”, yaxud “uberşeferinq”, fransız və 
ingilislər “traditish”. ruslar “predanie”, yaxud “skaz”, 
ukraynalılar “opovideniya”, latışlar “tenkas” kimi adlar 
vermişlər. 
Xalq nəsrinin formalaşmasında mühüm rol 
oynayan, epik üslubun konkret ifadə imkanlarından 
istifadə yolu ilə yaranan rəvayətlər ayrı-ayrı tarixi 
dövrlərdə, həmçinin müasir dövrdə  əfsanələrdən 
fərqləndirilməmiş, ayrıca tədqiqat sahəsi kimi 
araşdırılmamışdır. “Rəvayətlər “deyirlər”, “söyləyirlər”, 
“rəvayət edirlər ki” formal kəlmələrlə başlayır və 
ibrətamiz həyat faktını əhatə edir” (61, s.294). 
Folklorşünaslıqda çox zaman rəvayətlərin 
özünəməxsus janr xüsusiyyətləri, mövzu və  məzmun 
dəyəri nəzərə alınmadan onlar əfsanələrlə eyniləşdirilir, 
yaxud ona bərabər tutulur (61, s.294). Bu məsələyə 
aydınlıq gətirən prof. S.Paşayev qeyd edir ki, əsatir, 
əfsanə  və  rəvayətlər arasındakı yaxınlıq tipoloji yox, 
genetik xarakterdədir (62, s.10). 
Rəvayət motivləri öz strukturuna görə mif və 
əfsanə motivlərindən nisbətən fərqlənir. Məsələn, mif və 
əfsanə motivlərində nisbilik vardır, motiv dəyişkən 
xarakterə malikdir, rəvayət motivləri isə sabit olaraq 
qalır, heç bir janra əlavə oluna bilmir. Rəvayət 


116 
motivlərini mif və  əfsanə motivlərinə yaxınlaşdıran 
cəhətlər də vardır. Bu, süjet xəttinin bəsitliyində, 
problemin həllində, obrazlılıqda, obrazyaratmada, obraz 
və  təbiət bağlılığında, gerçəkliyə münasibətdə  aşkar 
olunur.  
Mif, rəvayət və  əfsanə motivlərini ancaq 
funksiyalarına görə  fərqləndirmək mümkündür. Mif 
motivinin funksiyası mifin etiolojilik, izahetmə 
xüsusiyyətinin  əmələ  gəlməsinə,  əfsanə motivi inanc 
funksiyasının təkmilləşməsinə  və ya bərpa olunmasına, 
rəvayət motivi isə onun tarixilik funksiyasının 
qabardılmasına xidmət edir.  
Rəvayət təhkiyə  əsasında qurulur, yəni olmuş  hər 
hansı bir əhvalata şahidlik edərək, onu təkrar söyləyirlər. 
Burada təhkiyənin  əsasında yenə  təhkiyə, nəqletmə  və 
şahidlik durur. Məsələn, babam deyirdi ki, onun babası 
danışırdı ki, və s. Rəvayətdə zaman çevrəsi 2-3 arasında 
söylənilən  əhvalatı  əhatə edir. Rəvayətdə  əvvəlki 
danışanla sonrakı danışan arasındakı  əlaqə obyekt və 
mövzuya olan baxışla ölçülür. Daha doğrusu, baxış 
eynidir, mövzunun dairəsi kiçildilmədən nəsildən-nəsilə 
ötürülərək kiçik ştrixlərlə tamamlanır. Mifdə və əfsanədə 
bədiilik olduğu halda, rəvayətdə bədiilik bəzək-düzəksiz, 
söyləyicinin fakta münasibətində  aşkar olunur. Məsələn, 
əfsanədə çevrilmə  bədiiliyə xidmət edir, rəvayətdə isə 
belə deyildir. Rəvayətdə  bədiilik mətnin daxilindədir. 
Əfsanələrdə motiv süjetə tam çevrilə bilmir, bəsitdir, 
rəvayətlərdə isə süjet xətti qurulur. Əfsanələrlə  əlaqədar 
İ.Abbaslı yazır ki, “sabit və ardıcıl süjet xətti olmayan 
əfsanələrdə ayrı-ayrı epizodik məqamlar, qırıq-qırıq 
motivlər vasitəsilə daha çox möcüzəli ovqat bağışlayan 
fantastik fikirlər aşılanmış, eyni zamanda yer adları ilə 
bağlı xalq düşüncəsində dolaşan etimoloji baxışlar  əks 
etdirilmişdir” (1, s.8). Müəllifin fikrincə isə, rəvayətlər 


117 
“şifahi xalq yaradıcılığında hekayət səciyyəsi daşıyan 
“məlumatların bədii məcmusu”dur (1, s.9). 
Rəvayətləri  şifahi xalq yaradıcılığında hekayət 
səciyyəli məlumatların bədii məcmusu hesab etməkdə 
İ.Abbaslı haqlıdır. Çünki bu cür hekayətlər ağızdan-ağıza 
keçərək ilkin məzmunundan uzaqlaşır, bədii dəyişikliyə 
uğrayaraq  şahid söhbətləri kimi formalaşmaqda olur. 
Buna görə  də  rəvayətlərin janr əlamətlərini belə 
qruplaşdırmaq olar: 
1. Geniş süjet xəttinə malik deyil; 
2. Yığcam məzmuna malikdir; 
3. İştirakçıların sayı azdır; 
4. Müxtəlif tarixi kəsimlərin hadisələrindən soraq 
verir; 
5. Müxtəlif təsəvvürlərlə bağlı poetik macəralar 
rəvayətlərin məzmununa daxil olur; 
6. Ayrı-ayrı  fərdlərin,  şəxsiyyətlərin arasındakı 
münasibətlərin təsviri axarında yaranan bu örnəklər 
onların fəaliyyətlərini, qəhrəmanlıq  şəcərələrini bədii 
boyalarla əks etdirir (1, s.9-10); 
7. Rəvayətlər özünün tarixi şəxsiyyətlərə, 
hadisələrə məxsusluğunu poetikləşmə nəticəsində itirərək 
lətifəyə, nağıla və s. çevrilə bilir, tarixi şəxsiyyətlər isə 
obrazlaşmaya məruz qalaraq ümumiləşdirilir. Məsələn, 
Şah Abbas haqqında deyilən rəvayətlərdə tarixi şəxsiyyət 
nağıl qəhrəmanına çevrilir. O cümlədən indi Molla 
Nəsrəddin kimi ümumiləşdirilmiş lətifə qəhrəmanı tarixi 
şəxsiyyətin bədiiləşmiş obrazıdır. 
Prof.  İ.Abbaslı müəyyən mövzu və ideyasına görə 
yayılan mətnləri beynəlxalq süjetli rəvayətlər adlandırır. 
Ona görə ki, belə  mətnlərdəki süjet və motivlər, mövzu 
və obrazlar başqa xalqların rəvayətlərində  də eyni 
səciyyə daşıyır. “Kainat, dünya, Ay, Günəş, ulduzlar 
haqqında olan kosmoqonik rəvayətlər demək olar ki, 


118 
əksər xalqlar arasında eyni məzmuna malikdir” (1, s.12). 
Burada göstərilən “kosmoqonik rəvayət” termini bir 
qədər mübahisəli görünür. Əgər “kosmoqonik rəvayət” 
termini ilə “kosmoqonik əfsanə” (astral) terminlərini 
qarşılaşdırmış olsaq, bunların nə  dərəcədə  dəqiq 
olduğuna aydınlıq gətirməliyik. Kosmoqonik əfsanələr 
kosmoqonik miflərin  əsasında yaranmışdır, kosmoqonik 
rəvayətlərdə isə  şahidlik funksiyasını  məchulluq 
dərəcəsinə çevirən ifadələrdən istifadə olunur, - deyə 
kimsə  səhvən yaza bilər (halbuki janr təsnifatında 
kosmoqonik  əfsanələr olmadığı kimi, kosmoqonik 
rəvayətlər də yoxdur. Janrda kosmoqoniya problemi 
özünü təsdiq etmir. Bu problem daha çox mifə 
məxsusdur). Məsələn,  əfsanə  və  rəvayətlərdə Ayın, 
yaxud Günəşin üzündəki ləkənin nə  səbəbdən olmasına 
izah verilməsi uzaq keçmişdəki  şahidin ifadəsinə görə 
deyil, mifik təsəvvürdə onların antropomorflaşma 
xüsusiyyətlərindən birbaşa asılıdır. Bu termin yanlışlığı 
ondan irəli gəlir ki, rəvayət və əfsanələrin dəqiq sərhədi 
müəyyənləşdirilməmişdir. Bizə belə  gəlir ki, mif əfsanə 
mətnlərinin formalaşmasında iştirak etdiyi kimi, arxaik 
rəvayətlər də 
əfsanə janrının strukturunun 
müəyyənləşməsində  və tipoloji cəhətdən mətnlərinin 
inkişaf etməsində xüsusi rola malik olmuşdur. 
Rəvayətin məzmunu  şahidlik funksiyası  əsasında 
formalaşır.  Əgər mətnin daxilində  şahidlik funksiyası 
özünü doğruldursa, onu rəvayət hesab etmək olar. Amma 
şahidin təsdiq etdiyi həqiqət sonradan uydurma kimi 
görünürsə, onda mətn  əfsanələşməyə doğru gedir. Bu 
hipotezanı  əfsanə  mətnləri üzərində  də yoxlamaq olar. 
Məlumdur ki, əfsanələrdə  də hadisələr olmuş  əhvalatlar 
kimi təqdim olunur. Ancaq biz bunu şərti olaraq başa 
düşürük. Bu, hissi qavrayışda belədir. Rasional 
qavrayışda isə mətnin izahı təhtəlşüurdadır, “mif çağı bir 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə