RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə38/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

136 
tipoloji oxşarlıq kontekstində yox, genetik səviyyələrdə 
birləşir. Başqa sözlə, epizm həmin janrları birləşdirən 
tipoloji keyfiyyət yox, genetik struktur atributudur. 
Əsatir, əfsanə və rəvayətlər epik sistemə aid olduğu üçün 
oxşarlıq təşkil etmir, onların bir-birinə yaxınlığının 
əsasında epik düşüncə genetizmi durur. Sözügedən 
janrlar eyni genetik sistemə bağlı olduğu üçün vahid epos 
sisteminin müxtəlif səviyyələrini təşkil edir. 
2.  Əsatiri, əsasən, əfsanə ilə müqayisə edərək qeyd 
etmək lazımdır ki, istər  əsatirin, istərsə  də  əfsanənin 
əsasını qeyri-adi, möcüzəli hadisələr təşkil edir. Əsatir 
dünyanın təbiət hadisələrinin, ibtidai insanın  şüurunda 
müəyyən mənada dəyişilmiş inikasıdır.  Əfsanədə isə 
fantastikanı gerçəklik səviyyəsində təqdimetmə onun bir 
janr kimi fərqləndirici atributudur. 
3. Rəvayət isə bir janr kimi əfsanə  və  əsatirdən 
həyat hadisələrini daha real şəkildə inikas etməsi ilə 
fərqlənir. Bu janrın poetik imkanları gerçəkliyi “tarix” 
donunda təqdim etməyə imkan verir. Rəvayət janrının 
tarixə bu “iddiası” və “imkanları” onu tarixi şəxsiyyətlərə 
daha çox bağlayır. Bu cəhətdən S.P.Pirsultanlının 
zənnincə, “əfsanə, rəvayət və yazılı  ədəbiyyat 
əlaqələrinin öyrənilməsinə Nizami yaradıcılığı daha 
zəngin material verir” (64, s.8). 
 “Rəvayətlərdə 
cəmiyyət həyatının aktual 
problemləri, onu sağlamlaşdırmaq, estetik dəyərlərə 
etimad meyilləri, normal düşüncə  və ibrətamiz  əxlaq 
özünü göstərir.  Əfsanələrdən fərqli olaraq, rəvayətlərdə 
mifıkləşmə  və  əfsanəviliyə meyil yoxdur, onlar həcmcə 
konkret və yığcamdır” (61, s.295). A.Nəbiyev rəvayətləri 
aşağıdakı kimi təsnif etmişdir: 
•   Əxlaqi-ibrətamiz rəvayətlər; 
•   Toponimik rəvayətlər; 
•   Dini rəvayətlər. 


137 
A.Nəbiyevdən fərqli olaraq, I.Abbaslı  rəvayətləri 
daha geniş şəkildə təsnifata cəlb etmişdir. O, “Əfsanə və 
rəvayətlərin janr özünəməxsusluğu” adlanan 
araşdırmasında rəvayətləri folklorun müstəqil janrı kimi 
təqdim edərək, 
əfsanələrdən seçilən səciyyəvi 
xüsusiyyətlərini nəzərdən keçirmiş, sərhədlərini 
müəyyənləşdirmişdir. Rəvayətlərin janr 
özünəməxsusluğundan danışan müəllif onları ümumi 
şəkildə belə təsnif edir: 
a) Etimoloji rəvayətlər
b) İzahlı rəvayətlər; 
c) Real və yarımtarixi  şəxsiyyətlərlə bağlı 
rəvayətlər. 
İ.Abbaslı daha sonra etimoloji və izahlı 
rəvayətlərin təsnifində bu bölmələrin aparıcı olduğunu 
qeyd edir: Günəş, Ay, ulduz haqqında; Dağlar, qayalar, 
dərələr, səhralar; Göllər, çaylar, bulaqlar, şəlalələr; 
Bitkilər və heyvanlar aləmi; Mahallar, şəhərlər, kəndlər; 
Qalalar, körpülər, yollar; Sərdabələr, qəbirlər, 
qəbiristanlıqlar və s. 
Real tarixi və yarımtarixi  şəxsiyyətlərlə bağlı 
rəvayətlərin isə növləri bunlardır: padşahlar, hökmdarlar, 
alimlər, sənətçilər, müqəddəslər, övliyalar, el 
qəhrəmanları və s. (1, s.3-25). 
Rəvayət janrı sahəsindəki özünəməxsus tədqiqatı, 
dəqiq, elmi faktlara, sübutlara söykənən araşdırmaları ilə 
seçilən folklorşünas alim R.Qafarlı folklorun janrlarının - 
mif,  əfsanə, nağıl və  rəvayətlərin qarışdırılmasına, 
mövcud tədqiqatlarda bu janrların dəqiq sərhədlərinin 
müəyyənləşdirilməməsinə 
təəssüflənmişdir. Öz 
yazılarında R.Qafarlının S.Paşayevə  tənqidi mövqeyi 
aydın görünür. O, S.Paşayevi bu janrın  ən yaxşı 
toplayıcısı kimi təsdiqləsə  də, onun bu sahədəki 
ziddiyyətli mülahizələrdən yaxa qurtara bilmədiyini də 


138 
vurğulayır. R.Qafarlı eyni zamanda mif, əfsanə, nağıl və 
rəvayətlərin hər birinin malik olduğu xüsusiyyətlərdən 
danışmış, düzgün elmi qənaətlərə  gəlməklə digər 
tədqiqatçıların, o cümlədən S.Paşayevin ziddiyyətli 
fıkirlərinə aydınlıq gətirmişdir. O, S.Paşayevin “əfsanə 
mifdən onunla fərqlənir ki, o daha gerçək tarixi 
hadisələrə  və tarixi şəxsiyyətlərə  əsaslanır” fıkirini 
rəvayətlərə 
də aid edərək, bir növ onların 
eyniləşdirilməsini qəbul etmir. Müəllif S.Paşayevin bu 
fıkirləri üzərində dayanır: “Əfsanə folklor ədəbiyyatında 
əsatir və rəvayətə yaxındır. Məlum olduğu kimi, rəvayət 
daha çox real həyat həqiqətlərinin təhkiyə formasında 
bədii ifadəsidir. Rəvayət  olmuş, baş vermiş  həyat 
hadisəsinin yığcam inikasıdir. Doğrudur, o da dəyişir, 
vaxt ötdükcə, törədiyi yerdən başqa bir yerə,  əraziyə 
keçdikcə  nəyisə itirir və ya nə isə yeni bir cizgi, hadisə 
əlavə olunur və beləliklə, rəvayət öz ilkin mənbəyindən 
uzaqlaşmış olur. Lakin bununla rəvayətin reallıq  əsası 
aradan qalxmır. Digər tərəfdən, rəvayət daha çox tarixi 
şəxsiyyətlərin həyatı  və hünərləri ilə bağlı olur və buna 
görə  də onun gerçəkliyi uzun müddət hifz olunur” ( 45, 
s.183). 
R.Qafarlı söylənilən bu fikirlərlə razılaşsa da, 
müəllifin oxuculara təqdim etdiyi topluların heç birində 
bu keyfıyyətləri tam şəkildə özündə əks etdirən nümunə 
görmür. 
Topluların birində öz əksini tapan rəvayətlərdən 
biri də “Muğan qızı” adlı nümunədir. Rəvayətdə Nadir 
şahın Azərbaycana (Muğana) yürüşündən bəhs olunur. 
Muğan torpağının Muğan adlı igid oğlunun böyük 
ordu ilə döyüşü və bu döyüşdə  ağır yaralanaraq 
öldürülməsi təsvir olunur. Nişanlısı Reyhan döyüş 
meydanında onu əvəz edir, o, düşmənə qarşı  qətiyyətli 
mübarizə aparır. Qan tökülməsin deyə Nadir şahı 


139 
təkbətək döyüşə çağırır. Lakin Nadir şah çəkinərək, öz 
oğlunu göndərir. Nadirin oğlu qarşısındakının qız 
olduğunu görür, ona vurulur və döyüşdən imtina edir. 
Nadir şah oğluna da, Muğan adını götürmüş Reyhana da 
kələk gəlir, Reyhan xəyanətin qurbanına çevrilir. Nadir 
şah oğlunun düşməninə vurulduğunu biləndə onun 
gözlərini çıxartdırır. Sən demə, Muğan qızının “əksi 
oğlanın gözlərində deyil, ürəyində imiş”. Nadir şah 
Reyhanın onu da, oğlunu da məhv etdiyini etiraf edir (7, 
s.246-250). 
R.Qafarlı bunun nəinki rəvayət, hətta hər hansı 
folklor nümunəsi olduğunu qəbul etmir. O, göstərilən 
nümunəni tam əminliyi ilə toplayıcının özünün düşünüb 
qələmə aldığı hekayə hesab edir və bunu əsaslandıraraq 
yazır: “Əsərin dili, üslub xüsusiyyətləri  şifahi xalq 
yaradıcılığının tələblərini ödəmir. Fərdi yaradıcılıq 
məhsuludur. Rəvayət üslubunun heç izi-tozu yoxdur, 
əsərə diqqətlə  nəzər yetirsək görərik ki, bu, toplayıcı 
tərəfindən edilən uğursuz təşəbbüsdür” (45, s.186). 
Görkəmli alimin sözlərinə istinadən demək olar ki, 
haqqında danışdığımız rəvayətlə müqayisədə Muğan 
toponiminin adı ilə bağlı daha inandırıcı, məntiqi 
cəhətdən daha ağlabatan rəvayətlər var. Onlardan birində 
göstərilir ki, “Muğan enlikürək, sağlambədənli, ağıllı  və 
qoçaq oğlan olur. Buna görə  qəbilə  qızları ona vurul-
muşdular. Muğan isə Zivər adlı bir qızı sevirıniş. Muğan 
Zivəri görərkən qızarar, danışmağa söz tapmaz, nitqi lal 
olardı. 
Bu gənc oğlan öz hünəri ilə bütün Muğan elinin 
hörmətini, məhəbbətini qazanmışdı. El adətinə görə 
elçilik zamanı son sorğu və son söz qızın atasının idi. 
Zivərin atası vəfat etdiyindən bu işi anası icra etməli olur. 
Onların eli alaçıqlarda və bir-birindən aralı yaşayırdı. 
Düşmən hücumundan qoruyacaq sığınacaq yerləri 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə