RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə23/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

81 
nəğmələrinin  ən qədim forması  vətəkə  nəğmələridir. 
Xəzərətrafı regionlarda vətəkə  nəğmələrini bilməyəni 
balıq tutmağa qoymazlarmış. Bu nəğmələrin  əsas 
mahiyyəti balığı tilova, tora çağırmaqdan ibarətdir. Bu 
nəğmələrdəki “Yahu” çağırış nidası olub balıqçıları 
himayə edir, “Yahu”nun (dəniz tanrısının) insana balıq 
tutmaqda kömək edən onqon və ya tanrı olmasını da 
düşünmək olar. 
Balıqçı  nəğmələrində su hövzələri  ətrafında 
yaşayan  əhalinin balıqçılıq fəaliyyəti ilə bağlı 
dünyagörüşləri, ibtidai təsəvvürləri qalmaqdadır. O biri 
nəğmələrdə olduğu kimi, balıqçılıq nəğmələrində  də 
struktur model eynidir. Hətta nəqarətli nəğmələrdə də bu 
struktur dəyişilməzdir. Dənizdə olan balıqçı da, sahildə 
olan adamlar da “Yahu” adlı mifoloji varlığa tapınır, 
ovlarının uğurlu keçməsini, dənizdən sağ-salamat 
dönmələrini “Yahu”dan diləyirlər. Bu nəğmənin quruluşu 
balıq ovu ilə bağlı ritualın keçirilməsi zamanı “Yahu”nun 
şərəfinə oxunan bir neçə bənd şeir təşkil edir. Başlanğıc 
nəqarətdə balıqçı “Yahu”nu çağırır. Birinci bənddə 
balıqçı “Yahu”nun ona kömək etməsini xahiş edir: 
 
Yahu, hu, hu 
Hu, hu, Yahu… (nəqarət) 
Röyama girdi 
Yahu 
Sirrimi bildi  
Yahu 
Dəryalara  
Tor atdım 
Üzümə güldü 
Yahu… 
 
Bəndin axırında nəqarət yenə  təkrar olunur. İkinci 


82 
bənddə “Yahu”dan fəlakətə  uğramış balıqçıya kömək 
etməsi istənilir. Balıqçının qayığı  aşıb, dalğalar qayığı 
aparır. 
 
Kətan üzüldü, Yahu 
Suya düzüldü, Yahu, 
Qayığım yelə düşdü, 
Buruldu selə düşdü 
Sal gətir 
Sala gəlsin… 
 
Yenə  nəqarət təkrar olunur. Nəğmənin axırıncı 
bəndindən görünür ki, dənizdən “Yahu”ya şikayət edilir: 
 
Qara yel əsdi, Yahu 
Səbrimi kəsdi, Yahu, 
Yeddi novcavanım uddun, 
Qan etdin, bəsdi, Yahu. 
Yahu, hu, hu 
Hu, hu, Yahu. 
 
A.Nəbiyev bu nəğmənin ya əvvəldən axıradək xorla 
oxunmasını, ya da nəqarətlərin xorla oxunmasını  və 
axırıncı bəndin bayatı formasında qoşulduğunu yazır. 
 
İpəkçi nəğmələri.  
Əmək nəğmələrinin xalq arasında yayılan bir 
qismini də ipəkçi nəğmələri təşkil edir. Belə  nəğmələr 
baramaçılıqla məşğul olan kənd rayonlarının  əhalisi 
arasında yayılmışdır. Baramanın yetişdirilməsi fevral 
ayından başlayır və barama qurdunun beş yuxusu olur. 
İpəkçilik nəğmələrində  də baramanın ipək sarıması 
xüsusi təşbehlərlə qeyd olunur. Məsələn, barama 
haqqında olan tapmacada buna rast gəlirik: 


83 
 
Bir quşum var alaca, 
Gedər qonar ağaca. 
Özünə bir ev tikər 
Nə qapı qoyar, nə baca. 
 
Bu nəğmələrin hələlik ilk toplayıcısı olan 
A.Nəbiyev barama haqqında olan nəğmələrin 
tapmacalaşmasını  həmin  əmək prosesinin kütləviləşməsi 
ilə izah edir. 
Azərbaycan 
ərazisində yayılan nəğmələrin 
coğrafiyasını yaratmış olsaq, spesifik nəğmələrin konkret 
ərazilərdə yayıldığını müşahidə edə bilərik. O sıradan 
kümçü-ipəkçi nəğmələrinin də barama qurdu yetişdirilən 
ərazilərdə yayıldığını görə bilərik. Azərbaycanda bu 
ərazilər  Şirvan,  Şəki, Oğuz, Qax, Balakən, Zaqatala, 
Qarabağ, Ordubad tərəflərdir. Vaxtilə kümçü-ipəkçi 
nəğmələrinin bu rayonların  əhalisi arasında geniş  şöhrət 
tapmasını, lakin bu mətnlərin çox yığılmadığını 
tədqiqatçılar təəssüflə qeyd edirlər. Buna baxmayaraq, 
“El nəğmələri, Xalq oyunları” kitabında bir neçə kümçü 
nəğməsi toplanaraq çap edilmişdir. Bunun əksinə olaraq, 
hana nəğmələri kifayət qədər toplanmış, müxtəlif 
kitablarda çap olunmuşdur. Azərbaycanda xalçaçılıq 
geniş inkişaf etdiyindən bu ağır prosesi yüngülləşdirmək 
üçün hana nəğmələrindən istifadə edilmişdir.  
 
Hana nəğmələri. 
 Hələ XX əsrin  əvvəllərində xalçaçılığın kustar 
üsulla davam etdirilməsi barədə etnoqrafik məlumatlar 
vardır. Şəkinin Oğuza yaxın kəndlərində divar hanası, bir 
də yer hanasından parça, palaz və xalça toxumaq üçün 
istifadə edirdilər. Xammal ucuz başa gəlsin deyə, qoyun-
quzu sürüsü qırxılardı, cins qoyunların yunundan sap 


84 
əyirərdilər. Qadınlar yığışar, 5 m və 10 m-lik yer 
hanasında kişilər üçün kostyumluq, şalvarlıq parçalar 
toxunardı. Hanalar yerdə yatmış  vəziyyətdə olardı, 
yorğan-döşək üzləri də bu hanalarda toxunardı. 
Yaz açılanda ləzgilər öz xüsusi yunatan dəzgahları 
ilə bu kəndlərə  gələr, istəyənə keçə deyilən palaz 
düzəldərdilər.  Əvvəlcə yunu açar, əyirər, sonra istənilən 
ölçüdə keçə hazırlardılar. Bu keçəni hazırlamaq üçün 
otuz santimetr hündürlüyündə açılmış yunu yerə döşəyər 
və üstünə qaynar su səpələyərdilər. Sonra 2 nəfər lazım 
olan ölçüdə oxlov kimi yoğun ağac götürər, bir başından 
qoyub açılmış yunu iki nəfərin gücü ilə  ağaca 
sarıyardılar. Dizlərini yığılan yunun üstünə qoyub ta o 
vaxta qədər çoxlu döyərdilər, yumalayardılar ki, keçə 
palaz şəklinə düşərdi. Qıraqlarını kəsib palazı düz şəkilə 
salardılar. Bu keçələri həm də  rəngli yun saplardan 
düzəldər, bəzək qoyardılar, güləbənzər naxışlar 
salardılar. Bir rəngdə toxunan keçələrə hanada toxunmuş 
döşək üzündən üz çəkərdilər, buna palaz və ya cecim 
deyərdilər. 
Divar hanasında xalça, xalı toxuyardılar, bunlar 
həm satlıq olardı, həm də pay verilərdi. Hər rəngdən olan 
5, 10, 15 sapı hanaya bağlayar, istənilən ölçüdə xalça-
palaz toxunardı. Tək saplı zolaqlı parçalar da toxunardı. 
Bu məhsullar davamlı olardı, rəngi solmazdı, çürüməzdi, 
görkəmi də xoşagələn olardı. 
Bu etnoqrafik məlumatdan aydın olur ki, xalçaçılıq 
qədim sənətdir. Elə indi də xalça toxuyan qızlar hana 
nəğmələrini yaşadırlar (Bu etnoqrafik və  xırmanla bağlı 
məlumatları 1926-cı ildə  Şəkinin Bideyiz kəndində ana-
dan olmuş  Məmmədova Tamara Mustafa qızından 
toplamışam). 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə