298
rezonansı göstərmək olar. Belə demək olarsa, yuxu psixi,
ruhi, fiziki, bioloji və s. proseslərin məhsuludur.
Yuxugörmənin səbəbləri isə həddindən artıq çox
olduğuna görə onun qruplaşdırılması da çətindir. İnsan
kosmik varlıq olduğu üçün təbiətdənkənar yuxuları,
məsələn, “kosmik yuxuları” yuxu – paralel dünya
ilişgiləri ilə bağlamaq olar. Bu isə qədim insanın
təhtəlşüurunda yatıb qalan gen informasiyasının
doğurduğu əks-səda kimi maraq doğurur. Yəni ibtidai
insanın mənşəyinin başqa qalaktikadan olduğunu
söyləyiriksə, onda belə yuxuların da səbəbi həmin gen
informasiyasıdır.
Yuxugörmənin strukturunda bir çox elementlər
iştirak edir ki, bunların da ən birincisi gözdür. İnsan
gözünün yuxu prosesində oynadığı rol bu orqanın bir çox
bizə məlum olmayan sirləri ilə bağlıdır. Fenomenal bir
hadisə kimi göz yaddaşının yuxugörmədə oynadığı rol
hələ açıqlanmamışdır. Ola bilər ki, gözün yaddaşında
insanın həyatındakı hadisələr müəyyən zaman
çərçivəsində qorunub saxlansın. Əgər insanın bioşüuru
30-40 ilin hadisəsini qoruyub saxlaya bilirsə, bu
proseslərin gözdə də qalması mümkündür.
Yuxugörmədə əsas faktor ruhun fəaliyyətidir.
İnsan yatarkən yuxugörmə zamanı onun ruhu bədəndən
ayrılır, məkansızlıq və zamansızlıq şəraitində dövr edir.
Bunu təsdiq edən çoxlu folklor mətnləri də vardır. Belə
mətnlərin birində birisi yuxuda olarkən dostu onun
burnundan bir milçəyin çıxıb uçduğunu, bir müddətdən
sonra yenə qayıdıb buruna girdiyini, onu oyadarkən
yoldaşına yuxu gördüyünü, yuxunun yarımçıq olduğunu
söyləyir.
Yuxu zamanı şüur fəaliyyətdə olmur, insanın
psixikası şüursuzluq vəziyyətində öz funksiyasını davam
etdirir. Yuxu zamanı insanın ruhu və şüuru özündə
299
olmursa, deməli, “Dədə Qorqud”da deyildiyi kimi, bu,
kiçik ölümdür.
Yuxuya fasiləsizlik və təkrarlanmaq xassələri
xasdır. Yuxunun bütün modelləri insan şüurunun alt
qatında yatıb qalmaqdadır. Bizim gördüyümüz bütün
yuxuların kiçik modelləri şüurumuzun alt qatında
donmuş vəziyyətindədir. Gündəlik həyatda həmin kiçik
modellərə uyğun nəsə baş verirsə, alt qatdakı
modelləşmiş yuxu informasiyası beyinə ötürülür və
gündüz baş verən hadisəyə uyğun şəkil alır.
Yuxunun vacib bir funksiyası da xəbərvermədir.
Yuxu həyatımızda nəyinsə baş verəcəyindən bizi
xəbərdar edir. Bu isə yuxunun qabaqcadan psixoloji
dərketmə imkanına bağlı olduğunu göstərir.
İslam dinində yuxugörmənin izahı tamam başqa
cürdür. Yuxular Allahın iradəsi ilə insanların yuxusuna
göndərilir. Onlara həyatda necə yaşamağı başa salır.
Peyğəmbərimiz (s) Məhəmməd Mustafaya yuxuda
vəhylər göndərilmişdir ki, bunlar da quranda təsbit
olunmuşdur. Belə yuxulara peyğəmbər yuxuları da
deyilir.
İnsanın gördüyü yuxular rəngarəngdir. Yuxunun
növləri arasında aydın görünən yuxular və tutqun
görünən yuxuları da qeyd edə bilərik. Yuxulardakı
informasiya sıxılmış informasiyadır. Yuxudakı hadisələr
bəzən insanın həyatında günlərlə davam etsə də,
yuxugörmədə bu prosesin çox qısa zaman ərzində başa
çatmasının şahidi oluruq. Bu halı daha çox məişətimizlə
bağlı olan yuxularda hiss edirik. Məişətimizlə bağlı
olmayan, izahı çətin olan kənar yuxularda isə bu sıxılma
zamandan kənar olan təsirə əsaslanır. Belə yuxularda da
sıxılma vardır, lakin bu sıxılmış informasiya daha
dərinliklərlə bağlı olub, 3-5 qat, bəlkə də daha artıq
sıxılmadır.
300
Aydın görünən yuxularda sıxılma bir qat ola
bilirsə, tutqun yuxularda bu sıxılmanın ölçüsü
dəfələrlədir. Bu cəhətdən, yəni informasiyanın sıxılması
səbəbindən yuxu ilə mif arasında da bağlılıq görünür.
Bildiyimiz kimi, mifdə informasiya sıxılmış
vəziyyətdədir, vaxt ölçüsünə görə də yuxu ilə mif
arasında zaman müddəti çox yaxındır. Mifi də söz izah
edir, yuxunu da sözlə ifadə edirlər. Yuxunun
fizionomiyası ilə mifin fizionomiyası arasında da bizə
bəlli olmayan oxşarlıqlar vardır.
Yuxu sinkretik bir hadisədir. Əvvəlcə yuxunun
görülməsi üçün sosial şərtlər hazırlanır. Sonra lazım olan
bilgilər yuxu informasiyaları şəklində beyinə ötürülür. Bu
informasiyalar beyində şəkilləşir və göz yaddaşına veri-
lir, elektromaqnit və ya dalğavari şüalarla əks olunur. Bu,
yuxunun fiziki quruluşunu təyin edir. Yuxunun maddi-
mənəvi quruluşu isə onun izah olunması, nəyi əks
etdirməsi, uğurlu və ya uğursuz olması, söylənməsinin
mümkün olub-olmaması kimi xüsusiyyətlərlə bağlıdır.
Yuxu insan şüuruna tabe olmayan fizioloji
hadisədir. Ruhun ikinci bir fəaliyyət sferası fiziki
cisimdən ayrılandan sonra doğmalarını pozitiv və neqativ
hadisələrdən xilas etmək üçün informasiyaları yuxu
vasitəsilə ötürməsi ilə bağlıdır. Yuxu vasitəsilə verilən bu
informasiyalar söz materialına çevrildikdən sonra bədii
təhkiyə yolu ilə folklor mətni şəklini alır.
Yuxular folklor mətni olsa da, kollektiv yaradıcılıq
süzgəcindən keçmir və fərdi xarakter daşıyır və digər
şifahi xalq yaradıcılığı nümunələrindən ancaq üslubuna
görə fərqlənir. O, kollektiv ifadan əvvəlki mərhələnin
xüsusiyyətlərini saxlayır.
301
UŞAQ FOLKLORU
Hər bir folklor nümunəsi estetik zövqün inkişaf
etdirilməsinə xidmət göstərir. Folklorda estetiklik xüsusi
kateqoriyadır. Estetik zövqün inkişaf etdirilməsində uşaq
folkloru da böyük önəm daşıyır. Folklorun böyüklər üçün
nə dərəcədə estetikliyə malik olması uşaqlara da aid edilə
bilər. Estetika həm də tərbiyə ilə bağlıdır. Uşaq
folklorunun da uşaqların tərbiyəsində rolunun
müəyyənliyi onun estetiklik dərəcəsindən asılıdır.
Məsələn, laylanın estetik gözəlliyi onun lirizmində,
poetikasındadır, ifadə etdiyi mənəvi dəyərlərlə ölçülür.
Uşaq folklorunun ən zəngin nümunələri lirik, epik
və dramatik üslublar üzrə yaranmışdır. Uşaq folklorunun
yaranması, xüsusiyyətləri, üslubu, forması və s.
cəhətlərinin öyrənilməsi rus folklorşünaslığında elmi
təhlilini almışdır.
Uşaq folkloru nisbi anlayışdır. Belə folklor
nümunələrini də böyüklər yaradır. Uşaq folkloru adı
altında sistemləşdirilən bədii yaradıcılıq nümunələrini
ayırmaq, janr xüsusiyyətlərini tədqiq etmək, üslublar üzrə
təyin etmək bir qədər çətinlik törədir. Məsələn, lirik
üslubda yaradılan uşaq folkloru janrı sadə xüsusiyyətlərə
malikdir, amma uşaq oyunlarını hansı üsluba aid etmək,
onun janr xüsusiyyətlərini tapmaq isə mürəkkəb
məsələdir. Uşaq oyunlarının xüsusiyyətləri orada primitiv
də olsa, dramatik ünsürlərin olduğunu aydın göstərir.
Uşaq oyunları Azərbaycan folklorunda geniş yayılmışdır.
Buna görə də oyunları ayırarkən belə qənaətə gəlirlər ki,
həm oyunlarla bağlı bədii mətnlər, həm də bunlardan asılı
olmayaraq uşaq repertuarında ifa olunan nümunələr
vardır.
Azərbaycan uşaq folklorunun hər üç üslubunda
uşaqlar üçün janr təsnifatını aparmaq olar. Lakin uşaq
Dostları ilə paylaş: |