302
janrlarında özüməxsusluq vardır. Onlara digər janrlarda
rast gəlmək olmur. Buna görə də uşaq folklorunu
böyüklərin uşaqlar üçün yaratdığı folklor və uşaqların
özlərinin yaratdığı folklor (bu ifadə dəqiq səslənməsə də,
kiçik janrların, uşaq oyunlarının məzmununu əhatə etdiyi
üçün şərti mənada işlədirik) kimi baxa bilərik. Prof.
A.Nəbiyev də V.P.Anikinin təsnifatına əsaslanaraq uşaq
folklorunu üç qrupa bölür:
1. Böyüklərin uşaqlar üçün yaratdığı nümunələr;
2. Böyüklər tərəfindən yaranıb zaman keçdikcə
uşaq folkloruna çevrilmiş nümunələr;
3. Uşaqların özləri tərəfindən yaradılmış
nümunələr.
Uşaqlar üçün yaradılan nümunələr içərisində elələri
vardır ki, onları şərti olaraq uşaq folkloru adlandırırlar.
Məsələn, laylalar, oxşamalar analar tərəfindən balalarına
oxunan kiçik həcmli nəğmələrdir. Bu tipli nəğmələrin
funksiyası uşağı tərbiyə etmək, onlara ana sevgisi, Vətən
məhəbbəti və s. aşılamaqdır. Rus tədqiqatçılarından
N.İ.Kravtsov, S.Q.Lazutin isə yalnız uşaqların özləri
tərəfindən yaradılan və ifa olunan bədii yaradıcılıq
nümunələrini uşaq folkloru hesab edirlər. Bu fikrə bir çox
mütəxəssislər də
şərik çıxırlar (N.P.Andreyev,
V.İ.Çiçerov).
Rus folklorşünaslığında “böyüklərin uşaqlar üçün
yaratdığı nümunələrin” uşaq folkloruna aid edilməsinə
Q.S.Vinoqradov, N.P.Andreyev, N.İ.Kravtsov, S.Q.Lazu-
tin etiraz edərək, laylaları, oxşamaları uşaq folkloru
nümunəsi yox, sərbəst yaradıcılıq hesab edirlər.
A.Nəbiyev isə V.P.Anikinin yuxarıdakı təsnifatını Azər-
baycan uşaq folkloru üçün dəyərli hesab edərək onların
qarşılıqlı öyrənilməsini vacib hesab edir və yazır ki,
böyüklərin uşaqlar üçün yaratdığı laylalar, oxşamalar və
düzgülərdə onları əzizləmə duyğusu nəzərə çarpır.
303
Azərbaycan uşaq folklorunda ikinci qrupa aid edilən
böyüklər tərəfindən yaranıb zaman keçdikcə uşaq
folkloruna çevrilmiş nümunələr çox zaman birinci qrupa
aid edilərək böyüklərin uşaqlar üçün yaratdığı
nümunələri geridə qoyur. Belə ki, ikinci yaranan
nümunələr böyüklər üçün adiləşir, uşaq təfəkkürünə daxil
olur. Çünki belə nümunələr müəyyən inkişaf
mərhələsində böyüklər tərəfindən həyatı dərketmə
prosesində yarandığından, onların şüurlu fəaliyyəti
nəticəsində öz ilkinliyini itirir, uşaqların fiziki, əqli, zeh-
ni, mənəvi inkişafını şərtləndirən nümunələr kimi dildə
qalır. Belələrinə sanamalar, sayqaclar, yanıltmaclar,
çaşdırmalar və s. misal ola bilər.
Lakin diqqətlə yanaşılsa, böyüklərin uşaqlar üçün
yaratdığı nümunələrdə
uşağın yaşına və yaş
psixologiyasına uyğun gələn stereotiplər vardır. Və
müəyyən zaman keçdikdən sonra bu nümunələr uşaq
hafizəsinə keçir, əzbərlənir, müəyyən məqsədlər üçün
istifadə olunur. Azərbaycan uşaq folklorunun təsnif
edilməsində də məhz bu xüsusiyyətlər əsas götürülərək
onlara uşaq folkloru janrı kimi yanaşmağa əsas verir.
Belə nümunələrə Azərbaycan folklorunda çoxlu sayda
rast gəlinir, laylalar, oxşamalar, əzizləmələr və
arzulamaları çıxsaq, düzgülər, yanıltmaclar, sanamalar,
tapmacalar böyüklər tərəfindən yaradılsa da, onları
yaşadan, ifa edən balacalardır. Çünki burada subyekt və
obyekt əlaqələri vardır. Böyüklər özləri üçün layla
yaratmamışlar, laylanın obyekti körpə uşaqdır, bu fikri o
biri janrların hər birisi üçün demək olar. Böyüklərin
uşaqlar üçün yaratdığı bu nümunələrdə bir əzizləmə
duyğusu, motivi vardır. Bu əzizləmə arxasında ananınmı,
bacınınmı, babanınmı uşağa sonsuz qayğısı, məhəbbəti,
onu sağlam, xoşbəxt, böyük və gözəl, ağıllı və qeyrətli
görmək istəyi əks olunmuşdur. Uşaqların yaş səviyyəsinə
304
uyğun gələn folklor nümunələri içərisində elələri vardır
ki, onların janr xüsusiyyətlərinə görə təsnif edəndə
yuxarıdakı bölgü dəyişir. Məsələn, oyun və nağıllarda
daha ilkin dövrlərlə səsləşmə olduğundan uşaq
təfəkkürünü inkişaf etdirmək baxımından və uşaqlar üçün
əhəmiyyətinə görə onları xüsusi təsnif kateqoriyasına
daxil etmək lazım gəlir. Bu da ondan irəli gəlir ki,
bəşəriyyətin ilkin çağlarındakı bu nümunələr mifoloji
ədəbiyyatda adlandırıldığı kimi, “uşaqlıq dövrünün
məhsulu”dur. Bu, xüsusilə uşaq nağıllarına aid bir
prosesi özündə əks etdirir. “Çünki bu nümunələrdə,
xüsusən, oyun və nağıl tiplərində daha ilkin təsəvvürlərin
mühafizə edilmiş izləri nəzərə çarpır. Vaxtilə böyüklər
tərəfindən yarananlar bəlkə də ibtidai insanın özünün
inkişaf prosesində yaratdığı ilk nəğmələr, nağıllar və
oyunlardır” (59, s.13).
Bütün bunlara rəğmən, ilkin uşaq folklorunun
janrları içərisinə yaxın olan laylalar, oxşamalar və
əzizləmələri beşik nəğmələri adı altında qruplaşdırmaq
olar. “Beşik nəğmələrindəki ahəng və ritmlərdə milli
düşüncənin ilkin notları, ladları vardır. Bu nidalar altında
tərbiyələnən körpələr hələ gözünü açmamış,
qəhrəmanlıq, saflıq, doğruçuluq, düzgünlük kimi dəyərlər
sisteminin sədaları altında böyüyür, bu səslər sistemi
uşaq xarakterini formalaşdırır” (59, s.12).
Uşaq folklorunun yaranma prosesi iki yolla inkişaf
edir:
1) kortəbii yaradıcılıq prosesi vasitəsilə. “Bu o deməkdir
ki, uşaq folklorunun bir sıra nümunələri müəyyən əmək
və oyun prosesində ayrı-ayrı uşaqlar tərəfindən oyunun,
görülən işin ümumi ritminə, ahənginə uyğun yaranır, elə
oradaca uşaqlar arasında yayılır, təkrar olunur. Təkrar
prosesində yeni-yeni variantlar düzəlir və beləliklə
coşğun yaradıcılıq prosesi başlanır” (59, s.16).
Dostları ilə paylaş: |