RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə83/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

290 
müəyyən rəmzlərlə bağlı olduğunu da düşünmək olar. 
Məsələn, el arasında xalların bədəndə yerləşməsinə 
əsasən, o adamın dövlətli, səbirli, təmiz adam olacağı və 
s. haqda qənaətlər irəli sürülür. Xalq arasında hərflər, 
nöqtələr və  rəqəmlərlə falabaxma geniş yayılmışdır. Bu 
isə fal düsturlarına  əsasən, nöqtə, rəqəm və  hərflərin 
təşkil etdiyi müəyyən sistem vasitəsilə  işarələri, xətləri 
oxumaqla baş verirdi. Fal mətnlərini ilk dəfə 
Azərbaycanda hürufilər yaratmışlar. Bu mətnlərin 
bəziləri günümüzə  qədər gəlib çatmışdır. Xalq arasında 
falabaxmada duzdan, otdan, sudan, kofedən, güzgüdən, 
kartdan istifadə edilir. Falabaxmanın aşağıdakı qrupları 
vardır: inamlarla bağlı falabaxma, su ilə falabaxma, 
ulduzlarla falabaxma, noxudla falabaxma, şəkil və kitabla 
falabaxma. Fallar inamlarla bağlıdır. Ona görə də falçılar 
insanın bu hissindən istifadə edərək öz fikirlərini təlqin 
edirlər. 
A.Nəbiyev falı, falaçmanı xüsusi janr forması hesab 
edərək onun tarixini, vəsf-hallar ilə birgə düşünülmə 
səbəblərini, təsnifatı  və s. barədə qiymətli fikirlər 
söyləyir. Onun təsnifatında falabaxmanın aşağıdakı 
növləri vardır: 
1. İnamlarla bağlı falabaxma; 
2. Su ilə falabaxma; 
3. Ulduzlarla falabaxma; 
4. Noxudla falabaxma; 
5. Kartla falabaxma; 
6. Kitabla falabaxma. 
Bura hətta odla falabaxmanı (prinomantiya), 
quşların uçuş istiqamətləri  əsasında falabaxmanı 
(arintomantiya), rəqəmlərlə falabaxmanı (arifmomantiya) 
da əlavə etmək olar. 
Biz əfsuna predmetə təsir edən faktor kimi baxırıq 
və falabaxmada da predmetm eyni təsirə məruz qaldığını 


291 
görürük. Falabaxmada predmetlərin sayı istənilən qədər 
çoxdur. 
 
Türkəçarələr. 
İnamlarla bağlı olan digər folklor düşüncəsi 
türkəçarələrdə öz əksini tapır.  İnsan təbiətlə mübarizədə 
aciz olduğu dövrlərdə ölümün həqiqi mənasını  dərk edə 
bilmirdi. Hətta müəyyən xəstəliklərlə qarşılaşanda belə 
onunla mübarizəyə kor-koranə yanaşırdı. Hər hansı 
təsadüf nəticəsində bir nəticə hasil olurdusa, bu da 
türkəçarəliyə yol açmış olurdu. Xalq təbabətində 
türkəçarələrin iki formasına – sadə  və mürəkkəb – 
növünə rast gəlinir. Sadə türkəçarələrin də iki növlü 
olması müəllifin fikirlərindən anlaşılır. Hər hansı psixoz 
nəticəsində təlqin olunan hiss, fikir sadə türkəçarənin ən 
asan başa düşüləni, bir dərman bitkisi ilə aparılan 
müalicə isə türkəçarənin sadə prosesidir. Mürəkkəb 
türkəçarələrdə bir neçə  dərman bitkisindən istifadə 
olunur. Son illərdə çap edilmiş folklor antologiyalarında 
və başqa kitablarda dərman bitkilərinin xassələri, 
müalicəvi xüsusiyyətləri,  əhəmiyyəti və s. göstərilir. 
Onların elmi şəkildə öyrənilməsi aktuallıq kəsb edir. 
Türkəçarələr, yalanlar, dualar, cadular da 
Azərbaycan folklorunun kiçik janrları hesab olunur. 
Türkəçarələr inancla bağlı olub genetik cəhətdən əfsunun 
bəzi növlərinə yaxınlaşır. Məsələn, müəyyən bitkilərin 
türkəçarəlikdə istifadəsi onun xalqın inancındakı magik 
xassəsinə əsasən (tibbi əhəmiyyəti nəzərə alınmadan) baş 
tuta bilər. Yəni bitkinin magik xassəsi ondan istifadəni 
reallaşdırmış olur. Bu zaman həmin magik xassə  əfsun 
kimi xüsusi təriflənir. Məsələn, xalq arasında belə bir 
inam vardır ki, başağrısı zamanı üzərrik tumu çeynənilsə, 
ağrı gedər. Həqiqətən də bu inamı əsas tutub həmin tumu 
çeynəmək vasitəsilə başağrısı yox olur. Tibbi nöqteyi-


292 
nəzərdən də sübut edilmişdir ki, üzərrik xoş  əhval-
ruhiyyə yaradır,  əsəbləri sakitləşdirir, qan dövranını 
qaydasına salır.  
Türkəçarəliyin xalq təbabətinə çevrilməsi ilə onun 
bitkinin magik xassəsini qabartmaq meyili aradan qalxır, 
hər hansı bir bitki haqda məlumatın özü yaddaşda 
yaşayır. Türkəçarədə  əsas faktor inamdır. Türkəçarələr 
sadə  və mürəkkəb növə ayrılır. Sadə türkəçarə bir 
bitkinin müalicəvi xassəsindən istifadə etməkdir, eyni 
zamanda sadə inamların doğurduğu reallıqdır (“Sarılıq 
tutan adama qəfil sillə vuranda sarılıq xəstəliyi keçər”). 
Mürəkkəb türkəçarələr isə bir neçə bitkinin və başqa 
qarışıqların birlikdə istifadəsini nəzərdə tutur.  
Məlumdur ki, dərman bitkilərindən və otlardan bir 
çox xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə 
olunur. Bəzən bu iş  pərakəndə aparıldığından, dərman 
bitkilərinin xüsusiyyətlərini bilməməkdən irəli gələrək 
pis nəticələrə də səbəb ola bilir. Buna görə də hər bitkinin 
müalicəvi xüsusiyyətini bilmək üçün onlar haqqında 
xüsusi biliyin olması vacibdir. Təqribən 6000-dən çox 
olan türkəçarələr xalq təcrübəsinin  ən  əski dövrlərdən 
bəri istifadədə olduğunu, geniş yayıldığını, bu gün də öz 
əhəmiyyətini itirmədiyini göstərir. 
 
Yalanlar.  
Azərbaycan  şifahi xalq yaradıcılığının öyrənilmə-
miş janrlarına da az da olsa rast gəlinir. Bunların biri də 
yalanlardır. Folklorda yalan problemi öz stereotiplərinə 
görə başa düşülən və başa düşülməyən, mənaaltı, sətiraltı 
və s. xüsusiyyətlərə malikdir. Məsələn, nağıllarda rast 
gəlinən “göydən üç alma düşdü” ifadəsi başa düşülən 
yalandır. Başa düşülməyən yalan isə həqiqət kimi verilir, 
mənaaltı xüsusiyyətə malik olur. Məsələn, nağıllarda 
keçəlin həqiqətəuyğun danışdığı yalanlara padşah inanr. 


293 
Yalanlara folklorun əksər janrlarında rast gəlinir.  İlk 
yalanların nağıllarda yer alması bu janrın  əyləndirmə 
funksiyasından irəli gəlir. Yalan da əyləndirmək üçün 
söylənilir. Hətta təlxəklərin söylədiyi yalanlar da bu 
məqsədə xidmət etmişdir (Nağıllardakı keçəl ilə təlxəyin 
funksiyası eynidir). 
Yalan da xalq yaradıcılığının öyrənilməmiş 
janrlarından biridir. Folklorda yalana ən çox nağıllarda 
rast gəlinir. Yalanın  əsas mayası xalq gülüşüdür. 
Nağıllarda yalan xeyirxah məqsədlərə xidmət edir. 
Yalanın bir xüsusiyyəti də qarşı  tərəfi inandırmaqdır. 
Yalanın əyləndirmək xassəsi ilə keçəl, təlxək obrazlarının 
dili ilə  mətnlərdə funksiyalaşır.  Xalq yaradıcılığında 
yalanı janrlaşdıran xüsusi mətn tipləri vardır.  
 
Dualar.  
Tam öyrənilməmiş janrlardan biri də dualardır. 
Dualar iki və ikidən artıq alqışın birləşməsindən yaranan 
folklor janrıdır. Dualar öz funksiyasına görə müxtəlif ola 
bilər: xeyir-dua vermək, yaxşılıq arzulamaq, uğur, 
xoşbəxtlik gətirmək və s. məqsədlərlə bağlı olur. Bundan 
başqa dini dualar da bəd-nəzərdən qorunmaq, xoşbəxtlik 
gətirmək üçün istifadə olunur. Bütün duaların kökündə 
inam durur. Onun ən bariz nümunələrinə “Kitabi-Dədə 
Qorqud”da rast gəlinir. Dədə Qorqudun yumlarındakı 
alqışlar birləşərək dua şəklində ifadə olunur. 
Dua sözü bir neçə  məqamlarda işlənə bilir. 
Məsələn, xeyir-dua vermək mənasında, yaxşılıq və  uğur 
diləmək mənasında, yas mərasimində dua vermək 
mənasında və s. Bunlarda duanın konkret mənası aydın 
başa düşülür, onun funksiyası izah olunur. Dua ikidən 
artıq alqışın birləşməsindən  əmələ  gələn janr kimi 
qiymətləndirilir. Bu isə həmin janrın mürəkkəb quruluşa 
malik olmasını da göstərir. Alqışla duanın sərhədlərinin 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə