RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə80/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

279 
gəlməz”, “Gün batan vaxtı ev süpürməzlər”, “Ay 
tutulanda mis qabları döyərləyərlər”, “Tısbağanı 
ayağından assan yağış yağar” və s. inancların kökündə 
hər hansı bir arxaik mifin və ritualın dayandığı görünür. 
Xüsusən, astral məzmunlu inancların da kosmoqonik 
miflərdən, görüşlərdən doğduğunu, astral təsəvvürlərin 
inancların yaranmasında rolunu qeyd etmək lazımdır. 
Xalq düşünür ki, göydə ulduz axırsa, kiminsə ömrü sona 
yetişir. Belə bir inancın yaranmasının səbəbi astral 
təsəvvürlərdə insanın kosmik mənşəli olması, bir sözlə, 
onun göy adamı olması, yerdə insanların sonsuz sayda 
olması ilə ulduzların sonsuzluğunun üst-üstə düşməsi idi. 
İnancların kiçik janrlarda – andlar və alqış-
qarğışlarda da təcəssüm olunmasını görürük. Belə 
düşünmək olar ki, hər hansı bir andın kökündə kulta inam 
durur. 
Andlar.  
Folklor yaradıcılığında ilkin janrlardan biri kimi 
andlardan da istifadə olunur. Andları da məzmununa görə 
mifoloji, dini görüşlərlə, kultlarla bağlı görüşləri, 
qohumluq  əlaqələrindəki inamı  əks etdirənlərə bölmək 
olar. Ən qədim andlarda - “Ay haqqı”, “Gün haqqı”, “Su 
haqqı”, “Torpaq haqqı”, “Bərəkət haqqı”, “Çörək haqqı”, 
“Duz-çörək haqqı”, “Un haqqı” - ilkin mifoloji görüşlərə 
müqəddəs, toxunulmaz yanaşan insanın ona böyük 
sayğısı  əks olunur. Dini təsəvvürlərlə bağlı yaranan 
(“Allah haqqı”, “İmam haqqı”, “Peyğəmbər haqqı”, “On 
iki imam haqqı”, “Vallah”, “Billah”, “İmam Hüseyn 
haqqı”, “Quran haqqı”) andlarda insanların dinə və onun 
müqəddəs  şəxslərinə böyük məhəbbətlə yanaşması, 
insanla onların arasındakı dərin bağlılıq hissləri qorunur. 
Müxtəlif inkişaf mərhələsində insanın 
müqəddəsləşdirdiyi, etiqad etdiyi varlıqlar, sitayiş etdiyi 
predmetlər və canlılar andların yaranmasına kömək 


280 
etmişdir (19, s.56). 
Andların da quruluşunda sözün tərkib hissəsi kimi 
sitayiş edilən predmet, canlı  və ya müqəddəslik 
anlayışları, bir də ona olunan sitayişi, səcdəni 
istiqamətləndirən “haqq” sözü iştirak edir. Burada ikinci 
komponentin mənası məcaziləşərək andın daha da güclü 
səslənməsinə şərait yaradır. 
 
Alqış və qarğışlar.  
Alqış  və qarğışlarda isə mifoloji təsəvvür fikrin 
ifadə etdiyi mənanın alt qatında yaşayır. Qədim insanlar 
xeyir və  şər anlayışlarını öz həyatlarında təcrübədən 
keçirdikdən sonra Xeyirin alqışlanmasını, təqdir 
olunmasını,  Şərin isə  lənətlənməsini, qarğışlanmasını 
gündəlik həyatlarında həyata keçirirdilər. Təsəvvür 
etmək olar ki, alqış və qarğışların ifadə etdiyi məzmunu 
əks etdirən mətn tipləri də olmuşdur. Bu mətnlərdə Xeyir 
və  Şər canlandırılaraq Xeyir və  Şər allahları kimi 
şəxsləndirilmək imkanı  əldə edir. “Bu varlıqları insan 
cildində görmək istəyi təkcə  qədim türk tayfaları 
içərisində deyil, ümumiyyətlə, qədim insanın həyatı dərk 
etməsinin əsas mərhələlərindən biri olmuşdur” (19, s.57). 
Alqış  və qarğışlar sözün qüdrətinə olan inamdan, ağ  və 
qara magiyanın təsirindən asılı olaraq insanın həyatında 
bu və ya digər dərəcədə özünü göstərir. Alqış və qarğışlar 
deyilmə  məqamına görə  də bir-birindən fərqləndirilir. 
Məsələn, alqışı sübh tezdən, gün doğmamış edərlərsə, o 
tez eşidilir və obyektə qismət olur. Qarğış isə 
günbatandan sonra edilərmiş. Bu da günbatandan sonra 
şər qüvvələrin çoxalmasını, onların vasitəsilə obyektə 
sədəmə toxundurmağın mümkünlüyü haqda olan inamı 
göstərir. Buna görə  də el arasında deyilir ki, filankəsin 
ağzı faldır, nə alqış etsə yerinə yetir və ya əksinə. Xalq 
arasında xüsusi alqışçı  və ya qarğış edənlər də  fəaliyyət 


281 
göstərirmiş. Onlar alqış və ya qarğışı kəsərli etmək üçün 
ritmlərlə söyləyərdilər. Valideyn alqışı  və qarğışının 
övladlara düşməsi də sınanmış inanca söykənmişdir. Ata 
və ya ana alqışı övlada xeyir gətirir. Ana övladına qarğışı 
edəndə süd qarğışın təsirini azaldır, qabağını  kəsir, ata 
qarğışı isə övlad üçün pis nəticələnir. Ata qarğışının 
tutması ata kultu ilə bağlıdır. Alqış  və qarğışların 
semantikasını bu xüsusda öyrənmək aktuallıq kəsb edir. 
Alqış  və qarğışların nüfuz dairəsinin belə geniş olması 
onların motivləndirilməsi ilə bağlıdır. Onların bağlı 
olduğu aşağıdakı motivlər vardır: məişət motivləri, 
mifoloji və dini motivlər. 
Məişətlə bağlı motivlər mərasimlərlə bağlıdır. 
Məsələn, toy mərasimi ilə bağlı aşağıdakı alqışlar deyilir: 
“Bəylik hamamına gedəsən”, “Bəylik taxtını görüm”, 
“Toy  şirnini yeyim”, “Bəy xonçası tutum”, “Gəlinlik 
xınana gəlim”, “Gəlinlik lampanı yandırım”, “Sənə 
güzgü bəzəyim”, “Sənin güzgünü tutum”, “Oğullu-uşaqlı 
olasan”, “Ömrün uzun olsun” və s. Yas mərasimi ilə 
bağlı olan qarğışlara aşağıdakılar misal ola bilər: “Adın 
daşlara yazılsın”, “Adını yadlara qoyum”, “Qulağına 
pambıq qoyum”, “Mürdəşir üzünü yusun”, “Paltarın 
mürdəşirə qalsın”, “Halvanı yeyim”, “Ölü halvası çalım”, 
“Boyuna qamış ölçüm”, “Başın üstdə çıraq yandırım” və 
s. 
Gündəlik məişətdə  işlədilən alqış  və qarğışlara da 
dil faktoru kimi xalq arasında rast gəlinir. Bu tipli alqış 
və qarğış dildə daha çox işlənir. Onlar xalq təsərrüfatının 
müxtəlif sahələrinə  həsr olunmuş fikirlərin yığcam 
ifadəsidir. “Evinizə şadlığa gələk”, “Duz-çörəkli olasan”, 
“Süfrən açıq olsun”, “Xoşbəxt olasan”, “Kor qızın  ərə 
getsin”, “Uşaqlarının toyunu görəsən” və s. sırf məişət 
alqışları, “Evin dağılsın”, “Çörəyə möhtac qalasan”, 
“İgid öləsən”, “Şərə düşəsən”, “Ocağın sönsün”, “Gözün 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə