RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə77/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   73   74   75   76   77   78   79   80   ...   97

269 
ilk dəfə onu qələmə almışlar  İ.Şopen 1840-cı ildə 
“Mayak sovremennoqo prosveşeniya i obrazovaniya” 
jurnalında xalqdan topladığı epizodu nəşr etdirir. XIX 
əsrin  əvvəllərində isə A.Xodzko Gilanda Rusiyanın 
konsulu işləyərkən xalqımızın tarixi, mədəniyyəti və 
məişəti ilə yaxından tanış olur. Elə bu illərdə  də yerli 
camaatdan Koroğlu haqda eşitdiklərini qələmə alır və 
1842-ci ildə Londonda ingilis dilində nəşr etdirir. Bu ilk 
təcrübələrdən sonra Azərbaycan folkloruna, xüsusən, 
“Koroğlu” dastanına maraq artır. 1856-cı ildə S.S.Penn 
“Koroğlu”nu rus dilinə  tərcümə edib Tiflisdə  çıxan 
“Kavkaz” qəzetmin 21, 24, 26, 27, 30, 35, 37 və 42-ci 
nömrələrində çap etdirir. S.S.Penn dərc olunan bu 
hissələri birləşdirib 1856-cı ildə Tiflisdə “Ker-oqlı. 
Vostoçnıy poet-naezdnik” adı ilə də nəşr etdirir.  
Dastanın ingilis və rus dillərində çapından sonra 
onun mətninə  həsr olunmuş  məqalələr yazılmağa 
başlanmışdır. “Sovremennik” jurnalında A.N.Pıpinin 
yazdığı resenziya dərc edilmişdi. Bu resenziya-məqalə 
həm də elmi cəhətdən maraqlı idi. Məqalə müəllifi 
Koroğlu haqqında məlumatların  Şimali  İranın yerli 
əhalisi (azərbaycanlılar) arasında qorunub saxlandığı 
barədə yazır, həm də şairliyi haqda mülahizə yürüdür və  
Koroğlunu Azərbaycan xalqının milli şairi adlandırırdı. 
Koroğluşünaslıqda mühüm işlər görülmüşdür. 
“Koroğlu” dastanının türkmən, özbək, tacik, qazax 
versiyalarının təkmil nəşrləri hələ sovet dövründə  nəşr 
edilmişdir. Müxtəlif illərdə Azərbaycan versiyasının 18 
və 28, özbək versiyasının 47, tacik versiyasının 50, 
türkmən versiyasının 14, qazax versiyasının 65 qolu milli 
nəşrlərdə işıq üzü görmüşdür. 
Azərbaycanda da koroğluşünaslıqda böyük işlər 
görülmüşdür. 1913-cü ildə “Koroğlu”nun ilk nəşri, 1927-
ci ildə  Vəli Xuluflunun çap etdirdiyi “Koroğlu” bu 


270 
sahədə olan boşluğu doldurururdu. “Koroğlu”nun ilk 
kamil nəşri Hümmət  Əlizadənin adı ilə bağlıdır. O, 
Azərbaycan aşıqlarından topladığı 14 qolu çap 
etdirməklə Azərbaycanda koroğluşünaslığın  əsasını 
qoymuşdur. Müharibədən sonrakı illərdə Azərbaycanda 
bu sahədə  işlər daha da canlanmağa başlanmışdı. 
Xüsusilə H.Araslının və M.H.Təhmasibin xidmətlərini 
yada salmaq kifayətdir ki, koroğluşünaslıqda görülən 
işlərin miqyası haqqında dəqiq məlumat  əldə olunsun. 
Müharibədən sonra bir-birinin ardınca 1949, 1956, 1959 
və 1969-cu il “Koroğlu” nəşrləri mətnin mükəmməlliyinə 
görə heç də o biri “Koroğlu” variantlarından geridə 
qalmırdı. Onlar eyni zamanda çap etdirdikləri “Koroğlu” 
haqqında tədqiqat işlərini də davam etdirirdilər. Tədqiqat 
işlərinin ardı bununla tamamlanmırdı. Bu illərdə 
P.Əfəndiyev görkəmli koroğluşünas kimi yetişirdi. 
Xüsusilə onun “Koroğlu” Azərbaycan xalqının 
qəhrəmanlıq eposu kimi” mövzusunda yazdığı 
namizədlik işi, F.Fərhadovun “Koroğlu” dastanının 
Zaqafqaziya versiyası” mövzusunda yazdığı  tədqiqat işi 
bu sahədəki canlanmadan xəbər verirdi. Əgər 
koroğluşünaslığı müəyyən mərhələlərə bölmüş olsaq, bu 
sahədə A.Nəbiyevin xidmətləri də xüsusi çəkiyə malik 
olacaqdır. Çünki ona bu haqqı verən həm “Koroğlu”dan 
topladığı  əlavə qollar, həm  “Koroğlu” nəşrlərinə 
münasibət bildirməklə onun yeni mətnini nəşr etdirməsi, 
həm də bu sahədə  dəyərli tədqiqat işləri yazmasıdır. 
Məsələn, o, 1967-ci ildə “Koroğlunun Quba səfəri”ni 
yerli aşıqlardan toplayıb oxucuların diqqətinə 
çatdırmışdır. Eləcə  də “Koroğlunun  Şirvan səfəri”, 
“Koroğlunun Türkmənə getməsi”, “Misri qılıncın 
oğurlanması”, “Giziroğlu Mustafa bəyin Çənlibelə 
gəlməsi”, “Bənövşə xanımın Çənlibelə  gəlməsi” kimi 
qolları yazıya alıb nəşr etdirmişdir. Sonradan isə özünün 


271 
tam  şəkildə dialektdə yazıya aldığı dastanı  nəşr 
etdirmişdir. A.Nəbiyevin dastanın təkrar nəşrlərində  də 
xidmətləri böyükdür. 1927-ci ildə  Vəli Xuluflunun 
“Koroğlu” nəşrini 1999 və 2003-cü illərdə  ön söz
qeydlər və izahlarla bir yerdə, 2004-cü ildə isə J.Sandın 
tərcüməsində nəşr etdirmişdir. 
Məlumdur ki, Azərbaycan folklorşünaslığında 
Koroğlunun tarixi şəxsiyyət olub-olmaması haqqında 
ziddiyyətli fikirlər vardır. “Əgər tarixdə Koroğlu tayfası 
mövcud olmuşsa, bu tayfa həmin adı daha qədim 
dövrlərə bağlı ideal qəhrəmanın adından götürmüş, bu 
qəhrəmanın epik-lirik nəğmələrini  əsrlərcə yaşatmış,  ən 
nəhayət, həmin nəğmələr kəndli hərəkatı  qəhrəmanları 
barədə yaranan nəğmələrlə qovuşmuşdur” (20, s.41). 
A.Nəbiyevin bu mülahizəsi X.Koroğlunun qəhrəmanın 
Koroğlu tayfasından çıxması haqda fikrinə söykənir. O, 
öz fikrini “Koroğlu” Tiflis variantına  əsasən daha da 
dəqiqləşdirir. “Koroğlu” və “Goroğlu”nu müqayisə edən 
müəllif birincinin daha erkən yarandığını, özbək 
“Goroğlu”sunun XIX əsrin sonlarında formalaşdığını 
qeyd edir. Ancaq Koroğlu obrazı  özbək folklorunda da 
yaşamış, Azərbaycan “Koroğlu” dastanı yayıldıqdan 
sonra özbək qəhrəmanı Goroğlunun adına qəhrəmanlıq 
salnaməsi qoşulmuşdur (56, s.42).  
“Koroğlu” dastanının yaranması üçün çox vacib 
olan bu qaynağın – süjetin  müxtəlif variantlarda 
yaranma zəmininin Azərbaycan xalqının qəhrəmanlıq 
tarixi, bədii təfəkkür dünyasından kənarda olmamasın 
sübut edilmişdir. Məsələyə bu cəhətdən yanaşsaq, tarixi 
şərait faktoru “Koroğlu”nun erkən qaynağı olan bu 
tayfaların içərisində “Koroğlu” süjetinin yaranması  və 
yayılmasına səbəb ola bilərdi. Bu da bir faktdır ki, 
Azərbaycan və türkmən “Koroğlu”su da eyni tarixi 
şəraitdən bəhrələnərək formalaşmışdır. Azərbaycan 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə