RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə73/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

254 
qoç Koroğlunun müdrik çağırışı, dəli nərəsi ilə birləşib 
yağılara aman verməmişlər. “Kitabi-Dədə Qorqud” 
dastanında ozanlar ozanı  Dədə Qorqudun özü özünə 
tərəf-müqabil kimi duet-dialoq məqamında düzüb-
qoşduğu deyişmənin - məhz “Qazan bəyin dustaq olduğu 
boy”da bu çağırışın, bu birliyin səbəb və  nəticəsinə 
diqqət yetirmək yerinə düşərdi.  
Oğuz titulları (ləqəbləri). Dastanda Dədə Qorqud 
Qazan xanın çağırışını  eşidib gələn Oğuz igidlərinin 
titullarını bir-bir sadalayır: Qaradərə ağzında Allah verən, 
qara buğra dərisindən beşiyinin örtüyü olan, ağacaı 
tutanda qara daşı kül eyləyən, qara bığını  ənsəsində 
düyünləyən Qazanın qardaşı Qaragünə çapar yetdi: “Çal 
qılıncını, Qazan qardaş, çatdım!” – dedi. 
Onun ardınca, görək, kimlər yetdi: 
Gəlib Bayındır xanın düşmənini icazəsiz basan, 
altmış min kafirə qan qusduran Qəflət Qoca oğlu  Şir 
Şəmsəddin çaparaq yetidi: “Çal qılıncını, ağam Qazan, 
çatdım!” - dedi. 
Onun ardınca, görək kimlər yetişdi: 
Çaya baxsa, qılınc çalan, qara quş ərdəmli, qurama 
qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir 
atdan yıxan, Qazılıq Qoca oğlu Yeynək bəy çaparaq yet-
di: “Çal qılıncını, ağam Qazan, çatdım!” - dedi. 
Onun ardınca, görək kimlər yetişdi:
 
İyirmi dörd boyunu tərif edib oxşayan Dəli Tondaz, 
yetdi onun ardınca min nəfərin başçısı Düyər yetdi. Onun 
ardınca minbaşı  Bəgdüz-Əmən yetdi. Onun ardınca 
doqquz tayfanın başçısı Aruz yetdi… 
Oğuz qəhrəmanlarının xarakteri, zahiri 
görkəmi. Onlar ucaboy, enli kürək, ağır zəhmlidirlər. 
Onlarla təkbətək döyüşdə üz-üzə  gələn kafirlərin 
qorxularından bağırları yarılır. Təkcə  Bəkilin zəhmini 
xatırlamaq kifayətdir. Onun qorxusundan heç bir kafir 


255 
Oğuz sərhədindən aşa bilmir. Onun ayağının sındığını 
biləndə kafirlər hücum etmək istəyirlər. Onlar yenə 
Bəkilin zəhmi ilə qarşılaşırlar. Bu dəfə  Bəkilin oğlu 
atasının dava paltarını geyinib onların qarşısına çıxır. 
Ozan Dəli Dondazın görkəmini təsvir edəndə onun 
altmış tutamlıq böyük nizəsinin olduğunu, bu nizənin 
ucunda kafirləri bəyirtdiyini qeyd edir. 
Ozan Aruzun boyunun uca olduğunu, zahiri 
əlamətlərini isə xüsusi olaraq qabardır. Altmış tutam təkə 
dərisindən olan kürkü topuqlarını örtmür, altı erkək 
dərisindən olan papağı qulağını örtmür.
 
Bəkdüz  Əmən hirslənəndə  bığlarından qan damır. 
Prof. M.Həkimov yazır ki, “boylarda xüsusi qəhrəmanlıq 
göstərən bu alp-ərənlərin ozan Qorqud dədənin 
təqdimatında qəhrəmanlıq keyfiyyətlərinə görə 
fərdiləşdirilməsi olduqca maraqlı  və yadda qalandır. Bu 
isə Oğuz bəylərinin xarakter-xasiyyəti haqqında oxucuda 
lazımınca təsəvvür yaradır. Boylardan o da aydın olur ki, 
Oğuz qəhrəmanlarının hamısı iri gövdəli, bəzən heybətli 
cüssəyə malik adamlardır. Onlar nəinki daxili 
xarakterləri, eləcə  də zahiri simalarına görə müəyyən 
heyvanların şücaət rəmzində tərəf-müqabilləşirlər”. 
Qopuza hörmət. “Kitabi-Dədə Qorqud” 
dastanında qopuza hörmət qədim türkün milli-etnik 
ənənəsidir. Dastanda qopuz Dədə Qorqudun ağsaqqal 
kimi  şəxsiyyətini təsdiq edən vacib atributdur. Qopuz 
səsi türklərin qəhrəmanlıq ruhunu oyadan vasitədir. Həm 
də onun yaradıcısı  Dədə Qorqud sayılır. Buna görə  də 
kimin  əlində qopuz görsələr, Dədəm Qorqudun xatirinə 
ona hörmət edirlər. “Səgrəyin boyu”nda da Əgrək yatmış 
qardaşının yanında qopuz görür və deyir: “Dədə Qorqud 
xatirinə çalmadım”. Qopuz ozanın alətidir. 
Yarış. “Kitabi-Dədə Qorqud” boylarında təşkil 
olunan yarış milli kimliyi sübut etmək cəhətdən diqqəti 


256 
cəlb edir. Dastanlarda yarış termini həm dar, həm də 
geniş  mənada başa düşülmüşdür. “Beyrəyin boyu”nda 
Beyrəklə Banıçiçək arasında sınaq məqsədilə keçirilən 
yarış  təsvir olunur. Bu yarış  hər iki adaxlı  gəncin nəyə 
qadir olmalarını üzə  çıxarmaq məqsədilə  təşkil 
olunmuşdur. Dastanda təsvir olunan geniş  mənada yarış 
keçirilməsi isə oyun xarakterlidir. Belə yarışı Bayındır 
xan keçirir. Qalib gələnə  xələt və s. verilir. Belə 
yarışların birində Qazan xan da qalib gəlmişdi. 
“Kitabi-Dədə Qorqud”da silahlar. Qədim 
dövrlərdən başlayaraq, orta əsrlərə qədər türk igidlərinin 
əsas silahı  qılınc, qalxan, nizə, cida, ox, yay, əmud, 
şeşpər, xəncər, toppuz olmuşdur. Bu qədim silahlarla 
davranmağı  hər bir türk qəhrəmanı bacarmışdır. Onlar 
bunu uşaqlıqdan öyrənirdilər. Bu təlim daha çox 
əsilzadələrə aiddir. Müəyyən yaşdan sonra gənc 
şahzadələrlə bu silahlarla vuruşmağı bacaran pəhləvanlar 
məşq edirdilər. “Kitabi-Dədə Qorqud”da Qazan xan 
oğluna deyir ki, bu yaşa çatdın, nə ox atdın, nə qurşaq 
tutdun. Dastandan məlum olur ki, qəhrəmanlar silahlarla 
davranmağı uşaqlıqdan öyrənirmişlər. 
Qılıncın altından keçmək. Bu, çox müqəddəs bir 
adətdir. Türk qəhrəmanları öz qılınclarına xəyanət 
etmirlər. Onlar düşmənini bağışlayanda da ona qılıncın 
altından keçməyi  əmr  edirlər. Bu xüsusiyyəti Beyrəyin 
də xarakterində görürük. Qılınc müqəddəs silahdır. Onun 
xatirinə Beyrək düşmənini bağışlayır. Folklor 
materiallarında qılıncın müqəddəsliyini təsdiq edən çoxlu 
faktlar vardır. Nağıllarda da qəhrəman anasından soruşur 
ki, atasından ona nə miras qalıb? Ana isə  qılınc və 
qalxanı  gətirib oğluna verir. Bununla da qəhrəmanlığın 
atadan oğula miras qaldığı görünür. Belə  qılınc və 
qalxanda sakral güc vardır. 
Taleyə inanma. “Kitabi-Dədə Qorqud” 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə