RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə74/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

257 
qəhrəmanları taleyə inanırlar. Dastandakı  qəhrəmanların 
hər birinin öz taleyi vardır. Onlar bəxtlərindən narazı 
deyillər. Oğuz qəhrəmanları taleyə çox inanırlar. Hətta 
Dirsə xan üçün “oğlu-qızı olmayanı allah-təala 
qarğayıbdır, biz də qarğarız” deyirlər. Dədə Qorqudun da 
taleyə inamla bağlı səsləşən fikirləri vardır: 
 
Hanı dediyim bəy ərənlər? 
Dünya mənim deyənlər! 
Əcəl aldı, yer gizlədi 
Fani dünya kimə qaldı? 
Gəlimli-gedimli dünya, 
Son ucu ölümlü dünya! 
 
Göy Tanrıya inam. 
 Qədim türkün Tanrısına sitayişi  ərəblərin Allaha 
inamından üstündür. Qədim türk Tanrısını öz duaları ilə 
əzizləyir. Bu tanrını o, öz ruhundan ayırmır, bu Tanrı ona 
qardaşdır, atadır.  Türkün ən böyük inamı Göy Tanrıya 
olan inamıdır. Lakin dastandakı Tanrı islamlaşdırılmış 
Allah ilə çarpazlaşdırılmış türk Tanrısıdır. Bəkilin oğlu 
kafirlə üz-üzə gəlir. İki dəfə kafirə məğlub olan İmran öz 
tanrısına – Allahına ən səmimi hisslərlə xitab edir. Tanrı 
onu eşidir.  İmran düşmənə qalib gəlir, türk tanrısının – 
Allahının gücünü hiss edən kafir müsəlman olur, onun 
dininə girir. 
Toy mərasimi.  
Toy mərasiminin  ən qədim forması “Kitabi-Dədə 
Qorqud” dastanında Beyrəyin boyunda təsvir olunur. Bu 
toyun  əsas  əlamətləri aşağıdakılardır: Ox atıb gərdəyin 
yerini təyin etmək, toyda bəyin yanında sağdış  və 
soldışın oturması, gəlin tərəfindən oğlana bəy köynəyinin 
verilməsi, 40 gün 40 gecə toy edilməsi, bəyin 
oğurlanması. Prof. M.Həkimov yazır ki, ulu Oğuz adət-
ənənəsində cinsə görə  nəsil artımına xüsusi diqqət 


258 
verilmişdir. Dastanda atanın arxası  oğul hesab olunur. 
Məhz ona görə  də  İç Oğuz, Daş  Oğuzlarda toy 
mərasiminin də özünə  məxsus xüsusiyyətləri nəzərə 
çarpır. Toydan sonra yurd seçilir, ev tikilir. Bu qayda ilə 
Oğuz sərhədləri genişləndirilir. 
Ox atıb toy gərdəyi qurmaq. Bu, çox qədim bir 
adət olmuşdur. Bəy gərdəyinin belə  təyin olunması 
türklərin hələ alaçıqlarda, göy çadırlarda yaşadıqları 
dövrün relikt izlərindən biridir. Bu adətin “Kitabi-Dədə 
Qorqud”da “Beyrəyin boyu”nda təsvir olunması isə 
nəsildən-nəsilə ötürülən və günümüzə  gəlib çatmayan 
qədim toy ritualının tərkib hissəsidir. Bu adətin  əsas 
mahiyyətini türk ulusunun çevrəsini böyütmək, Oğuz 
inzibati ərazisinin sərhədlərini genişləndirmək təşkil edir. 
Bu, Göy Tanrının öz övladlarından tələbidir. Onlar 
evlənməli və türk soyunu artırmalıdırlar. Burada əsas 
vasitə müqəddəs hesab olunan yay-oxdur. Evlənən 
qəhrəman öz təzə yurdunu – çadırını qurmaq üçün öz 
yayından ox atır. Oğuz sərhədlərindən atılan ox türkün 
son sərhədlərini təyin edir. “Kitabi-Dədə Qorqud”da 
Beyrək də Göy Tanrının  əmrinə  əməl edib ox atır, öz 
gərdəyini qurur. Oğuz kağan da ox atıb övladlarına 
səltənət vermişdi. 
Bəyin qaftanının öz igidlərinin geyinməsi. Qədim 
adətlərdən biri də  qız evindən oğlan üçün qaftanın 
göndərilməsidir. Nişanlı qız öz əlləri ilə bu qaftana naxış 
salır, onu nişanlısına göndərir. Bəy öz toyunda bu qaftanı 
geyinməlidir. “Beyrəyin boyu”nda da bu adətin izlərinə 
rast gəlirik. Banıçiçək Beyrəyə  qırmızı qaftan göndərir. 
Bu adətin ardınca başqa bir adət boyda təsvir olunur. 
Beyrəyin yoldaşları deyirlər ki, sən qırmızı qaftan 
geyinirsən, biz ağ qaftan. Beyrək qırmızı qaftanı  bəy 
günündə geyinib sonra onlara verəcəyini, 40 gün növbə 
ilə igidlərin də geyinəcəyini vəd edir. 
 


259 
40 gün bitəndən sonra qaftanı  dərvişə verəcəklərini 
söyləyir. 
Prof. M.Həkimov həmin adətin bu gün 
respublikamızın Qərb zonasında “təzə  bəyin taxtdan 
düşməsi”, yəni bəylik yerini, libasını ondan sonra yeni 
evlənən cavana təhvil verməsi ənənəsi ilə eyniyyət təşkil 
etməsini yazır. 
Beyrəyin toyu ilə bağlı olaraq 40 yoldaşının 
evlənməsi. Beyrəyin 40 yoldaşının evlənməsi motivi 
bəyin (Beyrəyin) qaftanı ilə bağlı olan motivin ardıdır. 
Dastanda təsvir olunur ki, Beyrək Baybecan bəyin qızını 
aldı. Hündür evlərinə, ağ otağına qayıtdı. Toy şənliyinə 
başlandı. Bu 40 igidin bir neçəsinə Qazan xan, bir 
neçəsinə Bayındır xan qız verdilər. Beyrək də yeddi 
bacısını yeddi igidə verdi. Qırx yerdə  qırx otaq tikdirdi, 
otuz doqquz qız hərə öz bəxtinə-taleyinə görə bir-bir ox 
atdı. Qırx gün, qırx gecə toy-düyün etdilər.
 
Pul vahidi. Ticarət  əlaqələri. “Kitabi-Dədə 
Qorqud”da təsvir olunduğuna görə, Oğuz türklərinin pul 
vahidi axçadır. Bunu “Dəli Domrulun boyu”ndan 
görürük. Dəli Domrul quru çayın üzərindən saldığı 
körpüdən keçənlərdən 33 axça, keçməyənlərdən 40 axça 
alır. Lakin tarixdən qədim türk xalqlarında pul vahidi 
kimi tanqadan da istifadə olunduğu məlumdur. Oğuz 
tacirləri qonşu tayfalarla ticarət  əlaqələri quraraq 
onlardan Oğuzda az tapılan, yaxud olmayan şeyləri alır, 
hətta silah-sursat alış-verişi də etmişlər. Bunun izlərinə 
yenə “Kitabi-Dədə Qorqud”da rast gəlirik. “Beyrəyin 
boyu”nda Baybecan bəy tacirləri çağırıb oğlu üçün ona 
yaraşan silahların alınmasını xahiş edir. Oğuzların ən çox 
ticarət etdiyi şəhərlər, ölkələr arasında Trabzon, Bizans 
mühüm yer tuturdu. Onlar Həştərxan, Səmərqənd,  İran 
tacirləri ilə də alış-veriş edirdilər. 
Oğuzda  İslam. Axirət. Namaz.  İslam mütərəqqi 


260 
bir dindir. Oğuzlar  İslamı ona görə  qəbul etmişlər ki, 
İslam qanunları türklərin dini etiqadları ilə üst-üstə 
düşürdü. Oğuzların  İslamı  qəbul etməsi “Kitabi-Dədə 
Qorqud”dakı informasiyalara görə VII əsrdə olmuşdur. 
İlk dövrlərdə  oğuzlarda  İslamı  qəbul etmə prosesi ləng 
getmişdir. Türklər, o cümlədən Oğuz türkləri  İslamı 
qəbul edəndə müəyyən maneələrlə üzləşirdilər. Tarixi 
məlumatlardan aydınlaşdığına görə, qədim türklərdə 
İslamın qəbul edilməsi yalnız XII əsrdə tam başa 
çatmışdır. “Kitabi-Dədə Qorqud”da İslamı  qəbul edən 
türklər müsəlman, etməyənlər isə kafir adlanırlar. 
Oğuzlar arasında  İslamın yayılmasında Dədə Qorqudun, 
Bəkdüz Əmənin və b. böyük rolu olmuşdur. Hətta Dədə 
Qorqudun Məhəmməd peyğəmbərlə (s) görüşməsi, ondan 
İslamı yaymaq barədə göstəriş alması da söylənilir. 
Türklər  İslamı  qəbul edənlər arasında  ən birincilərdən 
olmuşlar. “Daş Oğuzun İç Oğuza asi olduğu boy”da Daş 
Oğuz bəyləri ortaya Quran gətirib bir-bir əl basırlar. 
Bütün müsəlmanlar kimi, “Dədə Qorqud” oğuzları 
da axirətə inanır, bu dünyanın puç olduğunu 
düşünürdülər. Beyrək ölüm qabağı Qazan xana xəbər 
yollayır ki, Qazan xan qisasını dayısı Aruzdan almasa, 
sabah qiyamət günündə  əli onun yaxasında olacaq. 
Dastanda axirətə inam İslamdan daha öncəki  türk 
qiyamətinə olan inamdır. 
Dədə Qorqudun məntiqində bu dünya gəlimli-
gedimli dünyadır, son ucu ölümlü dünyadır. Özündən 
deyən çox igidləri əcəl alıb, yer gizləyib, fani dünya kimə 
qalıb? Oğuzlar hərbi yürüşlərə getməmişdən  əvvəl arı 
sudan abdəst alır, ağ alınlarını yerə qoyaraq iki rükət 
namaz qılırlar. Namaz qılmanın indiki təhərinə dastanda 
rast gəlinmir. Dastanda qılınan namaz ilkin namaz 
formasıdır. Din tarixindən də  məlumdur ki, hələ 
Məhəmməd peyğəmbərin (s) vəhy aldığı ilkin vaxtlarda 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə