RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə75/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

261 
iki rükət namaz qılınmış  və sonradan bu dini ayin 
təkmilləşdirilmişdir. 
Üç dünya modeli. Oğuz kosmosu. Yalançı 
dünya. Oğuz mifik təsəvvüründə dünya üçqatlıdır. 
Yuxarı dünya, orta dünya, aşağı dünya. Yuxarı dünya 
Oğuz tanrısının məskən saldığı məkandır. Çox əski Oğuz 
düşüncəsində  Oğuz tanrısının yeri göyün beşinci qatı 
olmuşdur. Oğuz mifologiyasının tarixi mifoloji zaman 
kəsimində 
qədimlik baxımından ilkin mifoloji 
düşüncənin rüşeym halında olduğu dövrlə bağlıdır. Bu 
mifoloji Oğuz zamanının tanrı  işarəsi beşdir. Oğuz 
mifologiyası ilə türk mifologiyasının çarpazlaşdığı 
dövrdə bu işarə yeddiyə çevrilmişdir. Oğuzlarda orta 
dünya real insanların yaşadığı dünya, aşağı dünya isə 
axirət dünyasıdır. Bu üç dünyanı  Oğuz tanrı idarə edir. 
Onlar üç dünyanın varlığına inanmışlar. Oğuz tanrısının 
sevdiyi insanların ruhu ali dərgaha, pis ruhlar isə  aşağı 
dünyaya qayıdırlar. Oğuz kosmosunun əsasında Oğuz 
mifik ağacı dayanır ki, budaqları göyə çatan bu ağacın 
kökləri yerin alt qatlarına, aşağı dünyaya uzanır. 
Dastandakı bu üç dünyanın təsvirini Dədə Qorqudun 
söylədiyi ustadnamələrə əsasən belə qeyd etmək olar: 
- Bizi əhatə edən maddi varlıq,  əzəli-əbədi dünya 
(yuxarı dünya); 
- Ailə-əxlaq, ismət-qeyrət, inam-etiqad (orta 
dünya); 
- Aşağı dünyaya inam (ölən adam dirilməz, çıxan 
can geri gəlməz). 
Oğuzların dünyagörüşünə görə  aşağı dünya Oğuz 
dünyasının tərsidir. Oğuzlar bu dünyanı yalançı dünya 
adlandırırlar. S.Rzasoy yazır ki, toy gərdəyindən 
qaçırılan Beyrəyin aparıldığı yer yalançı dünyadır. O, 
yalançı dünyada Oğuz əxlaqına əks olan hərəkətlər edir. 
Onun yalançı dünyaya düşməsi inisiasiya miflərində 


262 
təsvir olunan ölüb-dirilmə, yeni statusda doğulma 
prosesini keçməyi ilə xarakterizə olunur. 
Ana haqqı, tanrı haqqı. Ananın, qadının bu 
dərəcədə yüksək tərənnüm olunduğu “Qurani-Kərim”dən 
sonra ikinci kitab “Kitabi-Dədə Qorqud” dastanıdır. Dədə 
Qorqud dastanda təsvir olunan anaların, qadının 
portretini yaratmış, ana obrazının tipik formasını 
vermişdir. Bu cəhətdən dastanda iki ana obrazı diqqət 
çəkir. Birincisi Buğacın anasıdır, bu ana oğlunu hamıdan 
çox sevir. Ovdan bikef qayıdan Dirsə xanın təhər-
töhüründən Buğacın başına iş gəldiyini duyan ana-xatun 
onu Qazılıq dağında yaralı halda tapır. Burada ana ilə 
oğul arasında olan mükalimə ananın iztirablarını üzə 
çıxarır. Dastanda ikinci ana surəti Burla xatundur. Ozanın 
obrazyaratma xüsusiyyəti Burla xatunun bədii-emosional 
təsvirində təsirli boyalarla verilir. Övladlarına olan sevgi 
hər iki ananı müqəddəsləşdirir. Ana-xatun Dirsə xandan 
soruşur ki, “Köksü gözəl böyük dağa ova çıxdın, iki 
getdin, bir gəlirsən, balam hanı? Qara dövranda tapdığım 
oğul hanı?”. Eyni cür təsirli sözlərlə Burla xatun da 
Qazan xandan sual edir: “Dilək ilə bircə  oğul güclə 
tapdım. Yalnız oğul xəbərini, a Qazan, söylə  mənə!”. 
Boylardakı ana təşvişini  əks etdirən poetik parçalarda 
xatunların ərləri ilə qurduqları duet-dialoq məhkəməsi bir 
ailənin deyil, bütün Oğuz xatunlarının, ulu türk dünyası 
analarının bala istək-arzusundan irəli gələn  ədalət 
məhkəməsidir.
 
Dastanda ana övladının nəinki tərbiyəçisi, 
qoruyucusudur, o, həm də övladını ölümün pəncəsindən 
xilas edən şəfqətli bir təbibdir – loğmandır. 
Dastanda Uruz ana haqqını tanrı haqqı bilir. 
Özünün anası yolunda qurban getməyə hazır olduğunu 
bildirir. Qazan xanın da ana haqqının tanrı haqqı 
olmasına münasibəti bu cürdür. O, Şöklü Məliyə deyir ki, 


263 
xəzinəmi götürüb gəlmisən, sənə  xərclik olsun. Qırx 
incəbelli qızla Burla xatunu gətirmisən, sənə  əsir olsun. 
Qırx igidlə  oğlum Uruzu gətirmisən, sənin qulun olsun, 
qoca anamı  gətirmisən, anamı ver mənə, savaşmadan – 
vuruşmadan qayıdım, geri dönüm. Qazanın anası yolunda 
xatununu, oğlunu qurban vermək istəməsi anaya olan 
ehtiramın ən yüksək zirvəsidir. 
Yas mərasimi. Qəhrəman öləndə atının 
kəsilməsi
 “Kitabi-Dədə Qorqud” dastanından yas mərasimi 
haqqında ötəri məlumatlar əldə etmək olar. “Dəli Domrul 
boyu”nda Domrulun körpüsü yanında alaçıq quran kiçik 
obanın adamları, ana, bacıları ölən igid üçün başına, 
gözünə döyür, ağı deyir, saçlarını yolurlar. Başqa bir 
boyda – Daş  Oğuzun  İç Oğuza asi olduğu boyda 
öldürülən Beyrək vəsiyyət edir ki, onun ağ-boz atını 
boğazlayıb kəssinlər, ehsanını versinlər. Boyda Beyrəyin 
yas mərasimi verilməsə  də, aydın olur ki, bacıları qara 
geyiniblər, onun atını  kəsib  ətindən ehsan veriblər. 
Qədim türk adətinə görə igid öləndə onun atını  kəsər, 
başını payaya keçirib qəbrin üstünə qoyarlarmış. 
Dastandakı yas mərasimi ilə bağlı hadisələri izlədikcə 
məlum olur ki, burada həm  İslamdan çox-çox qabaqkı 
inamlar, həm də az da olsa, İslam dininin təsiri özünü 
göstərməkdədir. Qəhrəmanın ölümündən sonra “ağ 
çıxarıb, qara geyinmək”, “göy sarınmaq” məhz  İslam 
dininin təsirindən irəli gəlirsə, ölümündən sonra 
qəhrəmanın atının quyruğunu kəsmək, “baş geyimlərini 
yerə  çırpmaq” və s. daha ulu türklərin çox-çox qədim 
inamlarından, adət-ənənələrindən xəbər verir. 
Folklorda bədii təsvir və ifadə vasitələrindən 
istifadə olunması bir ənənə şəklini almışdır. Bu cəhətdən 
“Kitabi-Dədə Qorqud” boylarının da dilində  bədii 
boyalara geniş yer verilmişdir.  İlk növbədə ayrı-ayrı 


264 
boylarda qüvvətli portretlər yaradılmışdır. Xalq bədii 
düşüncəsi və ozan dili ilə yaradılan bu bədii portretlər 
dastan qəhrəmanlarının hərəkət və  fəaliyyətini təcəssüm 
etdirir. Onların fəaliyyəti mübaliğəli olur, real qəhrəman 
tipindən çox əsatiri qəhrəman tipi kimi diqqət çəkir. 
Burada M.Həkimov  əsas diqqəti qəhrəmanın adının 
qarşısında işlənən bədii epitetlərə verir. Məsələn, 
dastanda Qaragünə üçün belə bir epitet işlənmişdir: 
Qaradərə  ağzında qara buğa dərisindən beşiyinin yerliyi 
olan, acığı tutanda qara daşı kül eyləyən, bığını ənsəsində 
7 dəfə düyünləyən, igidlər igidi, Qazan xanın qardaşı 
Qaragünə. 
“Dədə Qorqud”un şeir dilində diqqəti bədii sual və 
onun ifadə etdiyi ritorik məna cəlb edir və M.Həkimov 
yazır ki, “Kitab”ın  ən çox şeir hissəsində  təsadüf edilən 
bədii sual hadisənin doğurduğu əhval-ruhiyyəyə müvafiq 
olaraq elə bir həyəcanla səsləşir ki, sanki bu vəziyyəti 
başqa cür ifadə ilə təsvir etmək olmazmış. O, öz fikrinin 
təsdiqi kimi şeir məntiqində təsadüf olunan “durummu”, 
“tutummu”, “salımmı”, “edimmi”, “olmazmı olur” kimi 
suallar qarşısında lirik “mən”in həyəcanlarını misal çəkir. 
Beyrəyin dilindən deyilən ritorik suallar da eyni məntiqi 
təfəkkürə əsaslanır: 
 
Xan qızı, səhər tezdən yerimdən durmadımmı?
 
Boz ayğırın belinə oturmadımmı? 
 
Bu  şeir parçasında təsvir olunan dramatizm 
Beyrəklə Banıçiçək arasındakı  məhəbbətin təsdiq 
olunmasına yardım edir. Bu dramatizm şeirlərdə duet-
dialoq səpkisindədir. Bu duet-dialoqda Ozan dədənin rolu 
sənətkar məharəti də aşkar görünür. O, üçüncü şəxs kimi 
şeir mətninin arxa üzündə hiss olunur. 
Prof. M.Həkimov “Kitabi-Dədə Qorqud”dakı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə