RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə78/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

272 
“Koroğlu”sunun “Alı kişi” qolu xalqın arxaik mədə-
niyyətini, mifoloji təsəvvürlərini qoruya bilmişdir. Həm 
də bu qolda macəraçılıq yoxdur, dastan yaradıcılığında 
rast gəldiyimiz epik-romantik qəlibə  də uyğun gəlmir. 
“Eposun baş  qəhrəmanı Koroğlunun bədii obraz kimi 
formalaşmasında erkən qəhrəmanlıqla bağlı döyüş 
meydanında kor edilən arxaik qəhrəman motivindən 
istifadə bunu aydın göstərir” (58, s.80).  
Milli səviyyəsinə görə üstün olan azərbaycanlı 
qəhrəman Koroğlu  Şopen Koroğlusundan qat-qat 
güclüdür.  Şopen Koroğlusu istismarçılara və yadellilərə 
qarşı mübarizədə  zəifdir, mübarizədən yorulur, qatı 
dindara çevrilir, dəlilərinin qatili olur, gürcü qızını sevir. 
Buna baxmayaraq, Xodzko variantında Koroğlu 
qəhrəman tipi kimi nəzərə çarpdırılır. Xodzko variantında 
hadisələrin inkişafı məlum “Koroğlu” dastanında olduğu 
kimi cərəyan edir: Dəli Həsənlə qarşılaşma, Nigarın 
ardınca səfərə  çıxmaq, dəlilərlə  məşq, nəhayət, Eyvazın 
ardınca getmək, övladsızlıq, Qıratın oğurlanması, 
dəlilərin öz məhəbbətləri yolunda səfərə  çıxmaları 
Azərbaycan variantlarında müştərək süjetlərdir.  
Azərbaycan “Koroğlu”sunda Rövşənin atası Alı 
kişi, özbək “Goroğlu”sunda Goroğlunun atasının adı 
Rövşəndir (qəribə analogiya alınır: göyü işarələyən dağ 
ruhu – diaxroniya, yeri işarələyən gor – sinxroniya 
qəhrəmanların mənşəyində biri işığı, o biri qaranlığı 
doğurur). Hər ikisinin məqsədi birdir – Rövşən Alı 
kişinin intiqamını aldıqdan sonra ictimai mübarizəyə 
qoşulur.  
“Koroğlu” dastanında qoşalaşdırma üsulundan 
istifadə olunur. Buraya atların qoşalaşdırılması, 
xanımların qoşalaşdırılması daxildir. Övladların 
qoşalaşdırılması isə  təkcə Azərbaycan “Koroğlu”sunda 
müşahidə olunur. Bu isə daha bir motivi dastan 


273 
rüşeyminə çevirir.  
Atalar və  oğullar arasında mübarizə folklorda çox 
qədim hadisədir. Zevs – Prometey, Oğuz xan – Qara xan 
qarşıdurması  həmişə  oğulların qələbəsi ilə başa çatır. 
“Koroğlu” dastanında da Kürdoğlu (Qurdoğlu) ilə 
Koroğlunun “mübarizə”sində Koroğlu iki dəfə  məğlub 
olur. “Koroğlunun Dərbənd səfəri” qolu aşıq-dastançılar 
tərəfindən daha qədim dövrlərdə yaradılmışdır (56, s.59). 
Bu dastanda qoşalaşdırmanın struktur hadisəsi olmasını 
nəzərə alsaq, Kürdoğlunun da dastana əlavə edilməsinin 
qanuni olduğunu düşünə bilərik. Bu isə folklorda 
üçləşmənin bir əlamətidir. “Koroğlu” dastanındakı 
üçbucaqlar Koroğlu, Nigar, Eyvaz və Koroğlu, Möminə 
xatun, Kürdoğlu birliyindən qurulur. Başqa bir üçbucaq 
Nigar, Möminə xatun və Kürdoğlu xətlərini birləşdirir 
(iki dəfə  və iki qat üçləmə). Oğuz mifində olduğu kimi 
“Koroğlu”da da üçbucaqlar ata, ana və  oğulları 
birləşdirir. Yəni Koroğlu üçbucağın birinci, Nigar və 
Möminə xatun ikinci tərəfi olarsa, onda üçbucağı 
tamamlayan tərəflər kimi Kürdoğlunu və Eyvazı görərik. 
Dastanda bu proses – yəni birin ikini, ikinin üçü 
yaratması öz-özünü daxilən təkrarlayan, öz içindən 
inkişaf edən retortasiya prosesidir. Belə prosesə 
nağıllarda  da  rast  gəlirik. Məsələn, qəhrəman obyekti 
nişan alarkən birinci ox hədəfə  dəyməsə dizə  qədər daş 
olur, ikinci ox hədəfə dəyməsə qurşağa qədər daşa dönür, 
üçüncü oxda nişanı düz vurur və bütün bədəni daşdan 
silkinir. Burada daxili inkişafda bir-birini təkrarlayan 
hərəkət vardır, məhz üçüncü oxdan sonra hərəkətin 
fasiləsizliyi təmin olunur. Çox zaman bu qanunauyğun-
luğu bilməyən tədqiqatçılar “Kürdoğlu” qolunun süni 
olduğunu, yaxud qondarma bir əlavə olduğunu 
söyləyirlər. Göründüyü kimi, burada riyazi dəqiqlik 
nəzərə alınmışdır. Məhz qoşalaşdırmadan sonra 


274 
retortasiyanın gəlməsi özü də bir qanunauyğunluqdur. 
Dastanda Eyvaz da aparıcı surətlərdəndir. O, 
oğulluğa götürülmüşdür. Bu obrazın kökündə “Kitabi-
Dədə Qorqud”dakı Uruz obrazı dayanır. Hətta 
Azərbaycan “Koroğlu”sunda (Xodzko variantında) 
Eyvazın inciyib Koroğluya qarşı vuruşması motivinə rast 
gəlirik. O, səhvini başa düşür və yenidən Koroğlunun 
tərəfinə keçir. Uruz da Qazan xana deyir ki, kafir elinə 
gedərəm, kafir qızını alaram və s. 
Azərbaycan “Koroğlu”su tarixi şüurun folklor 
hadisəsidir. Dastanın strukturunda əvvəlcə Koroğlu 
cavan bir qəhrəman kimi təqdim olunur, qoldan qola 
onun döyüş hünəri artır. Azərbaycan Koroğlusunun tarixi 
şəxsiyyət olaraq aşıq kimi fəaliyyət göstərdiyi,  İran – 
Türkiyə müharibəsində yeniçəri kimi şücaət göstərdiyi də 
söylənilir. 
Folklor mətnlərinin arxetipində elə hazır qəliblər, 
modellər vardır ki, oradakı süjet qalmaqla qəhrəmanları, 
xüsusən, mənfi qəhrəmanları başqası ilə əvəz etdikdə heç 
də  məzmun dəyişmir. Burada dəyişən ancaq tarixi 
zamandır. Folklor düşüncəsində qarı yerin simvoludur, 
keçəl yeraltı dünya ilə bağlıdır, keçəl Həmzə  qışı 
işarələyir, at göy simvolikasında günəşlə bağlı zoomorf 
obrazdır. Hətta Azərbaycan nağıllarında qarılar 
qəhrəmanların gözəl arvadlarını aldadıb qaçıran mənfi tip 
kimi xatırlanır.  
Azərbaycan “Koroğlu”sunda Koroğlunun atını  və 
mifik qılıncını  əldə etmək üçün Hasan paşa onları 
oğurlayanlara evlənmək üçün qız təklif edir. Dona 
xanımın və Mahnur xanımın bu işdə  hədiyyə kimi rol 
oynaması axırda onların da Çənlibel xanımları ilə bir 
səviyyədə durmasına gətirib çıxarır. Bu isə dastanın 
daxili inkişafını  təmin edən dinamikadır, deməli, dastan 
öz içindən boy verir, inkişaf edir. Bu da Azərbaycan 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə