RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə81/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

282 
kor olsun”, “Səni görüm çörək tapmayasan”, “Qırılıb 
suya dönəsən”, “Yurduna süpürgə çəkilsin”, “Bala üzünə 
həsrət qalasan” və s. sırf məişət qarğışları, “Arpan quru 
qalsın”, “Buğdan nəm çəkməsin”, “Çörəyin ətirli olsun” 
kimi alqışlar təsərrüfat mahiyyətli, bunun əksinə olan 
“Buğdan çürüsün”, “Arpan nəmə qalsın”, “Buğdana qurd 
düşsün”, “Çəltiyinə bit düşsün” və s. məzmunlu qarğışlar 
isə təsərrüfat mahiyyətli qarğışlardır. 
Mifoloji və dini motivlərin  əks olunduğu alqış  və 
qarğışlara aşağıdakılar misal ola bilər: “Bəxtinə gün doğ-
sun”, “Qapın xeyirliyə açılsın”, “Bəxt ulduzun sayalı ol-
sun”, “Ağ günə  çıxasan”, “Xızır yol yoldaşın olsun”, 
“İmam Hüseyn köməyin olsun”, “Həzrət Abbas 
köməyinə çatsın”, “Şərdən uzaq olasan”, “Qırxlar yoluna 
çıxsın”; “Qapın qaralsın”, “İmamlar belindən vursun”, 
“Bəxtin dönsün”, “Üzünü mürdəşir yusun”, “Sənin yasını 
tutum” və s. 
Alqış  və qarğışlarda sözün düşərli olması onların 
xüsusi pafosla deyilməsindən asılıdır. 
Folklorda alqış  və qarğış problemi də müəyyən 
dərəcədə inanclarla bağlıdır, qədim insanların xeyir və 
şərlə qarşılaşdıqdan sonra onlara olan münasibətinin 
nəticəsi kimi yarandığı qeyd olunmalıdır. Bu problem sırf 
mifoloji görüşlərlə  əlaqəlidir. Mifologiyada Xeyir və 
Şərin inanclar sistemində  rəmzləşdirilməsi, onlara 
konkret münasibətin üzə çıxması niyyətin icra olunduğu 
obyektin təsirinə olan inamla bağlıdır. Biz görürük ki, 
alqışlarla xeyir əməllər təqdir olunur, qarğışlarda isə pis 
əməllərə, şərə qarşı insanların fikri ifadə edilir. Alqış və 
qarğışlara “Kitabi-Dədə Qorqud”da rast gəlinməsi bu 
qənaətə  gətirir ki, onun şifahi  ənənədə möhkəm 
qorunması  hətta yazılı folklora keçməsini mümkün 
etmişdir. Alqış  və qarğışların arxaik semantikasını bu 
deyimlərin (“Kitabi-Dədə Qorqud”dakı yumların) ifadə 


283 
etdiyi məzmunda aramaq olar. Ona görə  də onların 
müəyyən təsnifatını vermək aktual məsələdir. Daxili 
məzmununa görə alqış  və qarğışların üzərində kiçik 
qruplaşdırma aparmaq mümkündür. Məsələn, “Sucan 
ömrün olsun”, “Çörəyin bol, suyun sərin olsun”, “Allah 
əvəzini versin”, “Çırağın gur yansın”, “İşığın sönməsin”, 
“Torpağın rahat olsun”, “Namərdə möhtac qallmayasan”, 
“Südüm sənə haram olsun”, “Çörəyim gözünü tutsun”, 
“Südüm burnundan gəlsin”, “Adın daşlara yazılsın”, 
“Halvanı çalım”, “Boyuna qamış ölçüm”, “Toyun vaya 
dönsün” və s. 
Bu cür alqış  və qarğışları bir neçə qrupda 
birləşdirmək olar: 
 
1. Mərasimlərlə bağlı alqış və qarğışlar; 2. Məişətlə bağlı 
yaranan alqış  və qarğışlar; 3. Mifoloji və dini 
təsəvvürlərin təsiri ilə yaranan alqış  və qarğışlar. 
Yuxarıda verilən misalların hər birinin kiçik də olsa, 
etimoloji kökü vardır. Məsələn, “Boyuna qamış ölçüm” 
ifadəsinin yaranması qədim dəfn adəti ilə, daha doğrusu, 
qəbir qazılarkən ölçü vasitəsi kimi qamışdan istifadə 
olunması ilə bağlıdır. Ölünün boyunu qamışla ölçüb 
qəbrini qazırmışlar. Sonrakı qarğış vahidinə çevrilən bu 
ifadə dildə arzu mənasını bildirmişdir. 
 
Əfsun. 
 Eyni  fikirləri  əfsunlar haqqında da demək olar. 
Sözün sehirinə tabe olan janrlardan biri də  əfsunlardır. 
Əfsun janrı xalq arasında ovsun kimi yaşamaqdadır. 
Mifoloji çağlarda ibtidai insanın gündəlik məişət 
həyatında, həyatı  dərketmə  və öz bildiyi kimi onu ifadə 
etmək prosesində  əfsundan istifadə bacarığı  təbiət 
üzərindəki hökmranlığını saxlaman arzusundan irəli gəlir 
(21, s.62). Əfsun sözün gücünə inamı əks etdirir. 
Əfsun oxşar səslərin və sözlərin müəyyən ahəngdə 


284 
deyilişi ilə ifadə olunan inanclardan biridir. Əfsunun 
deyilməsində  əsas amil insan və ya başqa canlıya 
(məsələn, ilana) psixi təsir göstərməkdir. Əfsundan təbiət 
hadisələrini cilovlamaq, onu öz arzusuna ram etmək 
məqsədilə  də istifadə olunur. Obyektdən kənarda  əfsun 
yoxdur. Odur ki, əfsunları  təsnif edərkən onun obyektə 
münasibətini nəzərə alıb quraşdırırlar. Məsələn, təbiət 
qüvvələrini ram etmək üçün yaranan əfsunlar insanın 
təbiət qüvvələri qarşısında aciz qaldığı dövrlərdə onun 
üzərində hökmran olmaq arzusunu ifadə edir. Yağış 
yağdırmaq arzusunu ifadə edən  əfsunlar daha çoxluq 
təşkil edir. Bu da əkinçilik mədəniyyətində suyun vacib 
atribut olmasından irəli gəlir. Məsələn, A.Nəbiyev belə 
bir  əfsunun məzmunu ilə oxucunu tanış edir: Bir dəstə 
adam əlinə su dolu qab götürür, əlini qaba salıb ovcunu 
su ilə doldurub suyu göyə atır, su yerə yağış kimi tökülür, 
onda əfsunçu belə oxuyur: 
 
Su səpdim, 
Suyu səpdim. 
Arana suyu 
Səpdim… 
Dağdan gələn seldi ho
Dərələrdə göldü ho. 
Su səpdim, 
Suyu səpdim. 
Arana suyu 
Səpdim…  (57, s.63)  
 
Hətta yağış yağdırmaq üçün hər hansı bir daşdan 
istifadə olunması da əfsunun vacib tərəfi kimi diqqət 
çəkir. A.Nəbiyev Babadağdan gətirilən yeddi daşın 
dəlinərək bir ipə düzüldüyünü və ananın ilki olan qız 
uşağının onu suya salıb, bir ucunu da qarağac və ya 


285 
fındıq ağacına bağladığını, bununla da yağışın 
arzulandığını misal çəkir. Burada da əfsun mətni həmin 
arzunun gerçəkləşməsində rol oynayır: 
 
Daş başım 
Yaş başım 
Yaş oldu 
Üst-başım. 
Suda daşım 
Quda daşım 
Baba daşım  
Gələr getməz yağışım. (57, s.64)  
 
Daş ilə yağış yağdırmaq  əfsununun izləri 
Azərbaycanda  ən qədim dövrlərlə bağlıdır. Belə bir 
dünyagörüşü aşağıdakı şeirdə təqdim etmək olar: 
 
Ada, ada, ada hey 
Yada, yada, yada hey 
Adamı adam tutdu 
Yadam yadamı tutdu. 
 
Yağışın kəsməsi üçün bu şeiri toplaşanlar oxuyur, 
sonda əfsunçu da onlara qoşulur: 
 
Yadam gur huya düşdü 
Yadam gur suya düşdü 
Yadam qara daş oldu 
Yadam yaman yaş oldu. 
 
Bu mətnlərdə “ho” - hey eyni məzmunlu çağırışdır. 
Digər mətndəki “Baba daşım” ifadəsində Baba dağın adı, 
daş isə  əcdada işarədir. Mətndən göründüyü kimi, 
quraqlıq zamanı yağışın yağdırılması üçün daşa olan 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə