275
“Koroğlu”sunun hələ cavan olduğunu, hər nə qədər
köhnə variantlar olsa belə, qəhrəmanlıq dastanı kimi
dəyişən və inkişaf edən dastan tipi olduğunu göstərir.
276
AZƏRBAYCAN FOLKLORUNDA KİÇİK
JANRLAR
İnanclar.
İnanclar ibtidai insanların şüuruna təsir edən ən
arxaik folklor düşüncəsidir. İnancın kökündə sınama,
yozma, inam dayanır. Sınama folklorun, xalq
yaradıcılığının əksər kiçik sahələrini – alqış, qarğış, and,
əfsun, cadu, fal, atalar sözü və s. əhatə edir. İnamların
yaranma səbəblərini bu kiçik janrlarda axtarılması o
demək deyildir ki, iri janrlarda, məsələn, mif və
əfsanələrdə inama rast gəlinmir. Ona görə də tədqiqatda
inancların yaranma yollarını müəyyənləşdirərkən əksər
janrlara diqqət yetirilməsi vacib olardı. Məsələn, “Kitabi-
Dədə Qorqud”da ana südü ilə dağ çiçəyinin yaraya
məlhəm olması kimi faktın eposda qalması eposun inamı
yaşada bilməsi dəlilini təsdiq edir. İnanclar aşağıdakı
qaydada təsnif edilir:
Məişət həyatı ilə bağlı inanclar.
Belə inanclar xalqın gündəlik həyatında təcrübədən
keçirdiyi, inandığı etiqadlardır. Məsələn, “Çörəyi bir əllə
kəsməzlər”, “Yemək yeyəndə danışmazlar”, “Süfrəyə
duz dağılanda dava düşər” kimi inanclar xalqın sınaqdan
keçirdiyi, təsadüfi hadisələrin belə proseslərlə üst-üstə
düşməsi nəticəsində formalaşmışdır.
Uğur və uğursuzluq kimi anlayışların da gündəlik
həyatda təkrar olunan hadisələrlə bağlı olduğu aydındır.
Məsələn, “Qabağına qara pişik çıxsa geri qayıt”, “Qozbel
qarının üzü düşərli olmaz” kimi inanclar da həyatda baş
verən təsadüflərin nəticəsində yaranmışdır.
Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə
bağlı inanclar.
277
Belə inanclar təbiət hadisələrinin baş verməsi, bitki
və heyvanların müəyyən xüsusiyyətləri ilə bağlı olaraq
yarana bilir. məsələne, uzun sürən quraqlığın qarşısını
almaq, yağış yağdırmaq üçün həyatda baş verən
təsadüflər də rol oynaya bilir. Məsələn, baltanın üzü
yuxarı qoyulması ilə yağışın yağması arasında heç bir
məntiqi bağlılıq yoxdur. Bu, sadəcə olaraq bir inancdır.
Deyirlər ki, “Baltanı üzü yuxarı qoysan yağış yağar”.
Eləcə də “Tısbağanı ayağından assan yağış yağar”
inancında da onun su ilə bağlılığı görünür və bu hərəkətin
özündə baş verən qəddarlığın cəzası kimi onu himayə
edən suyun, yağışın hiddətlənərək öz qəzəbini göstərməsi
fikri hiss olunur.
Bundan başqa heyvanlarla bağlı inanclar da
insanların həyatını idarə edə bilir. “Qurd üzü mübarək
olur”, “Yuxuda at görən murada çatar”, “İt göyə hürüb
daldalı gedərsə, xeyir olmaz” və s. belə inanclarda əks
olunan fikirlər insanların uzun zamanlardan müşahidə
etdiyi empirik biliklərinin nəticəsindən doğmuşdur.
Müəyyən kosmoqonik və astral təsəvvürlərin
nəticəsində yaranan inanclar da bu qəbildəndir. Məsələn,
“Ay işığında doğulan uşaq sakit, ayın qaranlığında
doğulan uşaq pəhləvan olur”, “Ayın üç günündə doğulan
uşaq gözəl olur”, “Günbatan vaxt doğulan gününü
qürbətdə keçirər”, “Gün doğan vaxtı doğulan uşaq
cəngavər olar” və s.
Əsatiri görüş və təsəvvürlərlə bağlı inanclar.
Bu tipli inanclar daha çoxdur. Xalqın mifoloji
görüşlərini əks etdirən belə inanclarda kifayət qədər kult,
totem, müqəddəs şəxslər haqqında qədim bilgilər
toplanmışdır. Belə inancları da kiçik qruplara ayırmaq
olar: su ilə, od ilə bağlı, kultlarla, totemlərlə, torpaqla
bağlı xüsusi deyimlərdə ən qədim mifoloji təsəvvürlərin
278
izlərini görmək mümkündür. Məsələn, “İlan ulduz
görməsə ölməz”, “Vəfat edənin ovcu açıq qalarsa, torpaq
qoysan yumular”, “Ölümə yaxın torpaq çəkib gətirər”,
“Qorxana su verərlər”, “Şər qarışan vaxtı yerə su
atmazlar”, “Pis yuxu görəndə suya danışarlar”, “Su içəni
ilan vurmaz” və s.
Azərbaycan folklor mühitində toy və yasla bağlı
inancların olması da bu mərasimlərin əski zamanlardan
gələrək bu günümüzə çatmasını
təsdiq edir.
Ümumiyyətlə, inanc xalqın məişəti ilə bağlı olan
məsələdir. Hətta müəyyən folklor janrlarının
təşəkkülündə inancların özündən yaradıcılıqla istifadə
olunmasına rast gəlinir. Xalq məişətində olan bu
inancların mövqeyi uğur və uğursuzluq anlayışlarının
sınanması ilə əlaqədardır. Uğur və uğursuzluq əsasən, bir
iş arxasınca getmə, səyahətə çıxma və eləcə də gündəlik
məişət həyatı çərçivəsində müşahidələrlə əlamətdar
olmuşdur. Aşağıdakı inancları misal göstərmək olar:
“Çörəyi bir əllə kəsməzlər”, “Yemək yeyəndə
danışmazlar”, “Süfrəyə duz dağılanda üstünə qənd
qoyarlar”, “Ağızdan loxma düşəndə sevinərlər”,
“Qabağına boş qabla çıxsalar, getdiyin yerdən qayıt”,
“Qabağından dovşan qaçsa, ovun boş keçər”, “Axşam ev
süpürməzlər, süpürəndə də toy evi süpürürəm deyərlər”,
“Qaynar suyu həyətə atmazlar, cinin balasını
yandırarsan”, “Çörək əlindən düşəndə üç dəfə öpüb
gözünün üstünə qoy” və s.
İnancların böyük bir qismi təbiət hadisələri, bitki və
heyvanat aləmi ilə bağlı yaranan inanclardır. Alim
bunların qədim rituallarla bağlı olduğunu, ritualdan
ayrılaraq sonrakı inkişaf mərhələlərində müstəqil inanc
formasına çevrildiyini də dəqiqləşdirmişdir. Məsələn,
“Qurd üzü mübarək olar”, “At nalı qapıda assan, evin
bərəkətli olar”, “İt göyə hürüb daldalı gedərsə, xeyir
Dostları ilə paylaş: |