265
müqəddimənin ustadnamə tipli olduğunu, Dədə
Qorqudun müdrik sözlərinin ustadnamələrdəki eyni
bəndlərlə səsləşdiyini göstərir. O, qədim ozanın söylədiyi
müqəddimənin 3 mərhələli ustadnamə olduğunu
göstərərək deyir ki, dastana verilən bu ustadnamələrdə
həm də mövliyəçilik, öyüd-nəsihətçilik, divani
ünsürlərinin peyvəndləri bir növ müştərəklik təşkil edir.
M.Həkimov bu ustadnamələrdəki poetik cəhətdən
peyvəndləşdirilmiş cümlələri öyüd-nəsihətnamələr,
nəzmə çəkilmiş poetik ata sözləri adlandırır. Bu
ustadnamələrin birinci mərhələsindəki mənzum atalar
sözlərini ümumiləşdirilmiş fikirlər təşkil edir. Bunlar
həm də öyüdnamələrdir.
İkinci ustadnamənin
məzmununu Oğuz – tərəkəmə çoban-maldar adət-
ənənəsindən doğan sözlər təşkil edir:
-
Bəli, mənim şir biləkli, aslan ürəkli birdi bir Allah
eşqində diləkli-döləkli əzizlərim! – deyə ozan giriş edir.
Üçüncü ustadnaməyə Dədə Qorqudun qarılar,
gəlinlər, xatunlar haqqında dediyi ümumiləşdirilmiş
poetik fikirlər daxil edilir. Bu atalar sözləri məqamında
işlənən dədə sözləri alqış, qarğış, tənə, qaxınc, ailə-əxlaq,
öyüd-nəsihət, vəsiyyət kimi qəbul olunaraq dastanda
ictimai mahiyyət daşıyır.
İbtidai Oğuz cəmiyyətində qadının roluna xüsusi
diqqət yetirmək lazımdır, qadın haqqında məşhur
formulu – “Ana haqqı tanrı haqqı” deyimi onun
cəmiyyətdə yüksək rolunu, ananın funksiyalarını,
döyüşçü və sevimli yar olmasını göstərir. Bunlardan ən
mühümü dastanda qadının ana portretinin yaradılması və
onun tipikləşdirilməsidir. Bu problemə geniş rakursdan
yanaşsaq, ana obrazının yüksək tipik səviyyəsi
dastançılıqda mühüm mərhələdir və sonrakı dastanlarda
yaranacaq ana obrazlarına hər cəhətdən təsir edir. Bunun
da nəticəsində şifahi xalq ədəbiyyatda Tomris, Nüşabə,
266
Tutubikə, Nigar, Həcər, Qaratel kimi qəhrəman qadın-
ana obrazları yaranmışdır.
Klassik eposlarda tərənnüm olunan ana obrazları
hər kədərə, ağrıya dözümlüdür, düşmən qarşısında
alçalmır, ərinə və oğluna sədaqətlidir, öz haqları uğrunda
döyüşməyi bacarır. Burada xüsusilə Burla xatunu və
Dirsə xanın xatununa bu keyfiyyətlərin miras qaldığı ən
ibtidai epos dövrünün təsirini qeyd etmək lazımdır.
Tarixdə öz döyüşkənliyi ilə məşhur olan amazonka
qadınların Qafqazda yaşaması, bəlkə də onların
amazonka yox, Oğuz qadını olması daha
düşündürücüdür.
Boylardakı qadın obrazları intuitiv duyumları ilə
bir-birinə oxşayır. Burla xatunun oğlundan ötəri keçirdiyi
iztirabları və onun dilindən söylənən mənzum mətni
Dirsə xanın xatununun oğlu üçün keçirdiyi həyəcanlarla
və eyni ritmik quruluşlu şeir mətni ilə müqayisə edəndə
bu ruhi bağlılığı izləmək olur. Dirsə xan – xatunu –
Buğac və Qazan xan – Burla xatun – Uruz arasındakı ata
– ana – oğul silsiləsi hər iki ailədə baş verən dialoq-
məhkəmənin eyni olması ilə başlanır, anaların övladları
uğrundakı fədakarlıqları ilə sona yetir. Bu ana
obrazlarına o biri boylardakı fəal qadınlar – Banıçiçək və
Selcan xatun da qoşulur və onların ictimai rolu təkcə
sevgili olmaqla bitmir, eyni zamanda döyüşçü-qadın
xüsusiyyətlərini daşıması ilə də yadda qalır. Həm Beyrək,
həm də Qanturalı onların qəhrəmanlığını qəbul etsələr də,
bu qızların Oğuzda öyünəcəklərindən rəncidə olub
üzbəüz döyüşməyi, güləşməyi, onlara öz güclərini
göstərməyi lazım bilirlər. Amma Dəli Domrulun xatunu
başqa qadın tiplərindən fərqli olaraq canını belə qurban
verməyi bacaran obraz kimi səciyyələnir. Bu minvalla
dastanda 3 tip qadın obrazının olduğunu görürük. Bütün
bu qadınları birləşdirən məntiqi təfəkkür isə onların
267
ərlərinə qarşı sədaqətli olmaları haqqındakı düşüncəni
doğurur. Dastanda da sınağa çəkilənlər Dirsə xan, Qazan
xan, Buğac, Uruz, Dəli Domrul, Qanturalı, Beyrək deyil,
məhz onların sədaqətli həyat yoldaşlarıdır.
“Kitabi-Dədə Qorqud” dastanı özündən sonra
yaranan dastanlara da təsir etmişdir. Bu dastanlara
aşağıdakıları göstərmək olar:
1.
Milli qəhrəmanlıq dastanları – “Koroğlu”,
“Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qaçaq Yarəli”, “Dəli
Alı”, “Qaçaq Tanrıverdi”, “Qaçaq Molla Nur”, “Hacı
Məhəmməd” və s.;
2.
Qardaş özbək, qazax, qırğız, başqırd dastanları –
“Alpamış”, “Manas”, “Ural Batır”, “Çora batır”, “Yusif
və Əhməd” və s.
Klassik, orta və yeni dövr dastanlarındakı
qadınların, onların sosial yaşayış tərzinin, milli adət-
ənənələrin, şeir şəkillərinin bir-birinə oxşar olması,
“Kitabi-Dədə Qorqud”dakı “Müqəddimə”nin başqa
dastanlarda ustadnamə şəklində olması, yumların isə
duvaqqapma yerində işlənməsi də epos yaradıcılığı ilə
dastan yaradıcılığının köklərinin birliyini sübut edir.
Milli dastançılıqda qəhrəmanlıqla bağlı “Koroğlu”
süjetləri də aşıq yaradıcılığının əsas tərkib hissələrindən
birini təşkil edir. “Koroğlu” dastanı öz səciyyəsi etibarilə
nəinki milli dastançılıqda, hətta böyük türk aşıq
yaradıcılığında öndə gedən qəhrəmanlıq mövzusu
olmuşdur.
“Koroğlu” dastanı.
Dastan yaradıcılığı həmişə inkişafda olan, daim
yeniləşən bir prosesdir. “Koroğlu” dastanının da möv-
zusu belə bir tarixi inkişafda olmuş, özünün variantlarını
əmələ gətirmişdir. Aşıq yaradıcılığının da dialektikası
dastan yaradıcılığının tərəqqisinə imkan yaratmaqdadır.
268
Bu xüsusiyyət “Koroğlu” dastanının süjetlərinin
artmasında da müşahidə olunur. Həm də bu inkişaf böyük
bir ərazini əhatə etdiyindən aşıq yaradıcılığının bu
xüsusiyyətini izləmək xüsusi diqqət tələb edir. “Koroğlu”
dastanının məkanca yayıldığı ərazilər aşıq məktəbləri
üzrə qruplaşdığından dastanın yenidən yaranma və
qurulma istiqamətləri də bir-birindən fərqli ərazilərdə
genişlənir. Dastan yaradıcılığı qapalı məkanlarda daha
çox inkişaf etdiyindən “Koroğlu” mövzusu da belə
ərazilərdə daha çox yaranma və yayılma səciyyəsinə
malik olur. Aşıq yaradıcılığının təsiri ilə dastan
yaradıcılığı qapalı mühitdən ayrıldıqdan sonra təsirlərə
məruz qalır, ifa zamanı yeni çalarlarla zənginləşir.
Azərbaycan “Koroğlu”sunun tarixi kökündə XVI –
XVII əsr hadisələri dayansa da, dastanın mifoloji kökləri
daha qədim zamanlarla bağlıdır. Kitabın girişində müəllif
özü də qeyd edir ki, “Koroğlu” dastanı XVI əsrin sonu,
XVII əsrin əvvəllərində Azərbaycan xalqının xarici
işğalçılara və yerli feodallara qarşı apardığı qəhrəmanlıq
mübarizəsinin leytmotivi kimi meydana gəlmişdir.
Ümumiyyətlə, türk folklorşünaslığında “Koroğlu” dasta-
nının 20-yədək versiya və variantları tədqiq edilmişdir.
Bunların içərisində Azərbaycan versiyasına yaxın olanlar
və ondan müəyyən mənada fərqlənənlər də vardır.
Məsələn, Azərbaycan versiyası ilə türkmən versiyasının
tarixi köklərinin eyni olduğunu, özbək “Goroğlu”sunun
isə daha çox fantastik, sehirli mahiyyətdə olması ilə
fərqləndiyini söyləmək olar..
“Koroğlu” nəşrləri və tədqiqatçıları. “Koroğlu”
dastanı haqqında ilk məlumatlar XIX əsrin sonlarında üzə
çıxmağa başlamışdır. Bizim milli varlığımızı özümüzdən
yaxşı qiymətləndirən İ.Şopen, A.Xodzko kimi şərqşünas
və etnoqraflar Azərbaycanın qədim kəndlərini gəzərkən
“Koroğu” süjetinin dillərdə əzbər olduğunu duymuş və
Dostları ilə paylaş: |