279
gəlməz”, “Gün batan vaxtı ev süpürməzlər”, “Ay
tutulanda mis qabları döyərləyərlər”, “Tısbağanı
ayağından assan yağış yağar” və s. inancların kökündə
hər hansı bir arxaik mifin və ritualın dayandığı görünür.
Xüsusən, astral məzmunlu inancların da kosmoqonik
miflərdən, görüşlərdən doğduğunu, astral təsəvvürlərin
inancların yaranmasında rolunu qeyd etmək lazımdır.
Xalq düşünür ki, göydə ulduz axırsa, kiminsə ömrü sona
yetişir. Belə bir inancın yaranmasının səbəbi astral
təsəvvürlərdə insanın kosmik mənşəli olması, bir sözlə,
onun göy adamı olması, yerdə insanların sonsuz sayda
olması ilə ulduzların sonsuzluğunun üst-üstə düşməsi idi.
İnancların kiçik janrlarda – andlar və alqış-
qarğışlarda da təcəssüm olunmasını görürük. Belə
düşünmək olar ki, hər hansı bir andın kökündə kulta inam
durur.
Andlar.
Folklor yaradıcılığında ilkin janrlardan biri kimi
andlardan da istifadə olunur. Andları da məzmununa görə
mifoloji, dini görüşlərlə, kultlarla bağlı görüşləri,
qohumluq əlaqələrindəki inamı əks etdirənlərə bölmək
olar. Ən qədim andlarda - “Ay haqqı”, “Gün haqqı”, “Su
haqqı”, “Torpaq haqqı”, “Bərəkət haqqı”, “Çörək haqqı”,
“Duz-çörək haqqı”, “Un haqqı” - ilkin mifoloji görüşlərə
müqəddəs, toxunulmaz yanaşan insanın ona böyük
sayğısı əks olunur. Dini təsəvvürlərlə bağlı yaranan
(“Allah haqqı”, “İmam haqqı”, “Peyğəmbər haqqı”, “On
iki imam haqqı”, “Vallah”, “Billah”, “İmam Hüseyn
haqqı”, “Quran haqqı”) andlarda insanların dinə və onun
müqəddəs şəxslərinə böyük məhəbbətlə yanaşması,
insanla onların arasındakı dərin bağlılıq hissləri qorunur.
Müxtəlif inkişaf mərhələsində insanın
müqəddəsləşdirdiyi, etiqad etdiyi varlıqlar, sitayiş etdiyi
predmetlər və canlılar andların yaranmasına kömək
280
etmişdir (19, s.56).
Andların da quruluşunda sözün tərkib hissəsi kimi
sitayiş edilən predmet, canlı və ya müqəddəslik
anlayışları, bir də ona olunan sitayişi, səcdəni
istiqamətləndirən “haqq” sözü iştirak edir. Burada ikinci
komponentin mənası məcaziləşərək andın daha da güclü
səslənməsinə şərait yaradır.
Alqış və qarğışlar.
Alqış və qarğışlarda isə mifoloji təsəvvür fikrin
ifadə etdiyi mənanın alt qatında yaşayır. Qədim insanlar
xeyir və şər anlayışlarını öz həyatlarında təcrübədən
keçirdikdən sonra Xeyirin alqışlanmasını, təqdir
olunmasını, Şərin isə lənətlənməsini, qarğışlanmasını
gündəlik həyatlarında həyata keçirirdilər. Təsəvvür
etmək olar ki, alqış və qarğışların ifadə etdiyi məzmunu
əks etdirən mətn tipləri də olmuşdur. Bu mətnlərdə Xeyir
və Şər canlandırılaraq Xeyir və Şər allahları kimi
şəxsləndirilmək imkanı əldə edir. “Bu varlıqları insan
cildində görmək istəyi təkcə qədim türk tayfaları
içərisində deyil, ümumiyyətlə, qədim insanın həyatı dərk
etməsinin əsas mərhələlərindən biri olmuşdur” (19, s.57).
Alqış və qarğışlar sözün qüdrətinə olan inamdan, ağ və
qara magiyanın təsirindən asılı olaraq insanın həyatında
bu və ya digər dərəcədə özünü göstərir. Alqış və qarğışlar
deyilmə məqamına görə də bir-birindən fərqləndirilir.
Məsələn, alqışı sübh tezdən, gün doğmamış edərlərsə, o
tez eşidilir və obyektə qismət olur. Qarğış isə
günbatandan sonra edilərmiş. Bu da günbatandan sonra
şər qüvvələrin çoxalmasını, onların vasitəsilə obyektə
sədəmə toxundurmağın mümkünlüyü haqda olan inamı
göstərir. Buna görə də el arasında deyilir ki, filankəsin
ağzı faldır, nə alqış etsə yerinə yetir və ya əksinə. Xalq
arasında xüsusi alqışçı və ya qarğış edənlər də fəaliyyət
281
göstərirmiş. Onlar alqış və ya qarğışı kəsərli etmək üçün
ritmlərlə söyləyərdilər. Valideyn alqışı və qarğışının
övladlara düşməsi də sınanmış inanca söykənmişdir. Ata
və ya ana alqışı övlada xeyir gətirir. Ana övladına qarğışı
edəndə süd qarğışın təsirini azaldır, qabağını kəsir, ata
qarğışı isə övlad üçün pis nəticələnir. Ata qarğışının
tutması ata kultu ilə bağlıdır. Alqış və qarğışların
semantikasını bu xüsusda öyrənmək aktuallıq kəsb edir.
Alqış və qarğışların nüfuz dairəsinin belə geniş olması
onların motivləndirilməsi ilə bağlıdır. Onların bağlı
olduğu aşağıdakı motivlər vardır: məişət motivləri,
mifoloji və dini motivlər.
Məişətlə bağlı motivlər mərasimlərlə bağlıdır.
Məsələn, toy mərasimi ilə bağlı aşağıdakı alqışlar deyilir:
“Bəylik hamamına gedəsən”, “Bəylik taxtını görüm”,
“Toy şirnini yeyim”, “Bəy xonçası tutum”, “Gəlinlik
xınana gəlim”, “Gəlinlik lampanı yandırım”, “Sənə
güzgü bəzəyim”, “Sənin güzgünü tutum”, “Oğullu-uşaqlı
olasan”, “Ömrün uzun olsun” və s. Yas mərasimi ilə
bağlı olan qarğışlara aşağıdakılar misal ola bilər: “Adın
daşlara yazılsın”, “Adını yadlara qoyum”, “Qulağına
pambıq qoyum”, “Mürdəşir üzünü yusun”, “Paltarın
mürdəşirə qalsın”, “Halvanı yeyim”, “Ölü halvası çalım”,
“Boyuna qamış ölçüm”, “Başın üstdə çıraq yandırım” və
s.
Gündəlik məişətdə işlədilən alqış və qarğışlara da
dil faktoru kimi xalq arasında rast gəlinir. Bu tipli alqış
və qarğış dildə daha çox işlənir. Onlar xalq təsərrüfatının
müxtəlif sahələrinə həsr olunmuş fikirlərin yığcam
ifadəsidir. “Evinizə şadlığa gələk”, “Duz-çörəkli olasan”,
“Süfrən açıq olsun”, “Xoşbəxt olasan”, “Kor qızın ərə
getsin”, “Uşaqlarının toyunu görəsən” və s. sırf məişət
alqışları, “Evin dağılsın”, “Çörəyə möhtac qalasan”,
“İgid öləsən”, “Şərə düşəsən”, “Ocağın sönsün”, “Gözün
Dostları ilə paylaş: |