RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə88/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

308 
janrları arasında  ən çox yayılmışı da oxşamalardır. 
Oxşama uşağı oxşatmaq, əyləndirmək məqsədini daşıyır. 
Buna görə də janrın adı ilə məzmunu arasında çox böyük 
yaxınlıq vardır. Deməli, bu kiçik janrın  əsas funksiyası 
uşağı oxşatmaq, onu əyləndirməkdir. Janrın adı ilə 
məzmunu arasında da bir yaxınlıq vardır. Bu da 
maraqlıdır ki, oxşamalar uşağın lap çağalığından 
başlamış müəyyən yaş dövrünə  qədər müxtəlif çeşiddə 
oxunur.  
 
…A tanrı bundan beş dənə ver, 
Göydə uçan quşlara ver, 
Qarımış, qocalmışlara ver, 
Evində qalmışlara ver. 
 
– misralarının oxşama səciyyəsi mətnin daxili 
məzmunundadır. Bu mətndə oxşamanın obyekti körpədir. 
Burada körpənin yaşını müəyyənləşdirmək çətindir. 
Lakin  şeir parçasında oxşanan uşağın bir neçə aylıq 
olduğu görünür. Eləcə də 
 
Atın-tutun bu balanı, 
Qəndə qatın bu balanı 
Atası evə gələndə 
Çayına qatın bu balanı. 
– oxşaması da oxşanan körpənin yeni ailə üçün nə qədər 
sevinc gətirdiyini göstərir. Bu şeirdən həmin balanın təzə 
ailənin ilki də olduğu bəlli olur. 
Oxşamaların uşağın müəyyən aylıqlarında deyilən 
formaları, məsələn, iməkləmək məqamında, dil açmaq 
məqamında söylənən formaları da bir-birindən fərqlidir.  
Lakin ana üçün oxşamaların heç bir yaş fərqi yoxdur, ona 
görə  də oxşamalarda yaş  sərhədi qoymaq olmur. Ancaq 
oxşamaları növünə görə fərqləndirmək olar.  
Uşaq folklorundakı oxşamalarla yas mərasimindəki 
ağı-oxşama omonim cərgə  təşkil edir. Onların arasında 


309 
müəyyən fərqlərin, məzmun fərqlərinin də olması 
mümkündür. Bundan başqa, oxşamaların sinonim 
cərgələri də vardır. Oxşamaların sinonim cərgəsində 
arzulamaları,  əzizləmələri qeyd etmək olar. Onların 
arasında məna fərqi nəzərə çarpmadığından oxşama 
mətninə  əzizləmə kimi yanaşmaq olur. Ancaq 
arzulamaların elə nümunələrinə rast gəlmək olur ki, 
tipinə görə, yaşa görə onu da bu cərgədən ayırmaq lazım 
gəlir. Məsələn, 
 
Altında xalça, 
Çalır kamança, 
On dənə xonça 
Gələr qızım üçün. 
 
– misralarındakı arzulama qız uşağının müəyyən yaşa 
dolmiası, ona elçilərin gəlməsi, xonça gətirməsi, gəlin 
köçməsi arzulanır. 
Arzulamaların ən çox yayılan tipində də obyekt ilə 
subyekt arasındakı  əlaqədə ananın arzusu təsvir olunur, 
yəni arzulamanın semantik yükü ananın arzusunun 
təqdim olunmasında öz əksini tapır. Məsələn, 
Çəkdim cəfasın, 
Gördüm səfasın. 
Böyüdüb bunu 
Görüm səfasın. 
 
– deyəndə  gənc ana əməyinin hədər getməyəcəyinə 
inanır. 
Əzizləmələrdə  də eyni prosesi müşahidə edirik. 
Əzizləmə  mətnlərində  də körpə oxşanılır,  əzizlənilir. 
Əzizləmələrin semantikasında oxşamaların məna yükü 
görünür, ancaq əzizləmələrdəki məna – əzizlənmək 
xüsusiyyəti ondan daha çoxdur. Bununla belə bu 


310 
parçaları bir-birindən ayırmaq çətindir. Ona görə  də 
onları sinonim cərgədə vermək daha məqsədəuyğundur. 
 
Laylalar. 
 Azərbaycan xalqının məişət nəğmələri bitib-
tükənməzdir. Onlardan biri də beşik nəğmələridir ki, 
keçmişdə  ərə gedən qızların beşik nəğmələrini, laylaları 
bilməsi daha vacib sayılırmış. Bayatılarda olduğu kimi, 
laylalarda da gənc ana öz nisgilini, məhəbbətini, səmimi 
hisslərini həzin musiqi ahəngi ilə balasına verirdi. İndi 
psixoloqlar təyin edib ki, ana laylası ilə böyüyən 
körpələrin hamısında yüksək  əxlaqi keyfiyyətlər, nəcib 
hisslər, vətənpərvərlik və s. üstünlük təşkil edir. Çünki 
gənc ana öz laylasında balasına bu keyfiyyətləri aşılayan 
duyğularını verir. Bu laylanı  həmişə  eşidən bala necə 
vətənpərvər olmasın: 
 
Evim-eşiyim laylay, 
Tirim, beşiyim laylay. 
Sən yuxuya getginən 
Mən çəkim keşiyin, laylay. 
 
M.Həkimov qeyd edir ki, “yenicə doğulmuş körpə 
anasının oxuduğu laylaların mahiyyətini bizim başa 
düşdüyümüz qədər anlamır. Lakin ana bətnindən təbii 
imkanlarla gələn, işıqlı dünyaya göz açan körpə, 
şübhəsiz, ananın laylasındakı  həzinliyin, nəvazişin, 
musiqili ahəngin təsiri altında uyuyur”. Layla mətnlərinin 
strukturuna fikir versək, görərik ki, burada da hecaların 
sayı, qafiyələnmə sistemi bayatılarda olduğu kimidir. 
Bunlardan fərqli olmayaraq, laylalar da uşaq 
folklorunun lirik üslubda yaranan, emosional təsirə malik 
olan, yeni doğulan və müəyyən yaşa qədər körpələri 
yatıranda ananın lirik hisslərini tərənnüm edən bədii 
misralarla zəngindir. Uşaq folklorunda ən vacib 


311 
janrlardan biri, bəlkə  də birincisi, laylalardır. Laylalar 
türk xalqlarının folklorunda geniş yayılmış janrdır. 
Laylalar beşik başında oxunan həzin nəğmələrdir. 
Laylalar o qədər həzin olur ki, ana bu təsirdən ayrıla 
bilmir, hətta  əmək prosesində xalça toxuyarkən, inək 
sağarkən, yun əyirərkən layla deməyi unutmur. 
Milli bütövlük bu laylaların  əsas  şərtidir, həm də 
onlarda milli bədii ornament və milli kolorit güclü təsir 
bağışlayır. Laylaların bayatı  qəlibində yaradıldığını da 
qeyd etmək lazımdır. Laylaların nəqarətlərindəki 
təkrarlar, söz və səs komplekslərinin müəyyən ahəng və 
ritmə qarışması, yer dəyişməsi,  əvəzlənməsi və s. 
laylaların ayrıca öyrənilməsinə özünəməxsusluq verir.  
Hətta laylaları ifadə etdiyi məzmuna görə  də 
qruplara ayırmaq olar. Laylalar xüsusi ritm və ahənglə 
oxunan nəğmələrdir. Laylaların konkret məkan və zaman 
daxilində oxunması yuxunun fizioloji proses kimi baş 
verməsində mühüm amildir. Gecənin sakitliyində oxunan 
layla körpəyə yuxu gətirir. Ana laylasında körpəsinə “öz 
canını qurban” deyir. Ana ilə bala arasında görünməz 
tellərlə  əlaqə qurulur. Körpə anasına “arxayın olaraq” 
yuxuya gedir. Doğulan uşaqlarda qorxu adlı bir hiss 
vardır, o, tez-tez uca səsdən səksənir. Ona görə  də 
anasının “sən yat, mən çəkim beşiyin, laylay” deməsinə 
ehtiyac hiss edir. 
Laylalar qədim dövrlərdə beşik nəğməsi kimi ifa 
olunmuşdur. A.Nəbiyev layla janrının qədim dövrlərdə 
“bayat” sözünün əvəzedicisi olması, nəğmə  mənasına 
gəlməsini, laylaların bayatılardan hələ xeyli əvvəl  şifahi 
nitqdə mövcud olduğunu söyləyir. “Bayatı demək, 
bayatlamaq hələ  qədimlərdə oxumaq, nəğmə  mənasında 
işlədilmişdir” (59, s.27). Xalq arasında “layla çağırmaq” 
ifadəsi ilə “bayatı çağırma”ğın üst-üstə düşməsi bu 
yaxınlığın formal xarakter daşımadığını göstərir. Lakin 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə