RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə86/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

302 
janrlarında özüməxsusluq vardır. Onlara digər janrlarda 
rast gəlmək olmur. Buna görə  də  uşaq folklorunu 
böyüklərin uşaqlar üçün yaratdığı folklor və  uşaqların 
özlərinin yaratdığı folklor (bu ifadə dəqiq səslənməsə də, 
kiçik janrların, uşaq oyunlarının məzmununu əhatə etdiyi 
üçün  şərti mənada işlədirik) kimi baxa bilərik. Prof. 
A.Nəbiyev də V.P.Anikinin təsnifatına  əsaslanaraq uşaq 
folklorunu üç qrupa bölür: 
1. Böyüklərin uşaqlar üçün yaratdığı nümunələr; 
2. Böyüklər tərəfindən yaranıb zaman keçdikcə 
uşaq folkloruna çevrilmiş nümunələr; 
3. Uşaqların özləri tərəfindən yaradılmış 
nümunələr. 
Uşaqlar üçün yaradılan nümunələr içərisində elələri 
vardır ki, onları  şərti olaraq uşaq folkloru adlandırırlar. 
Məsələn, laylalar, oxşamalar analar tərəfindən balalarına 
oxunan kiçik həcmli nəğmələrdir. Bu tipli nəğmələrin 
funksiyası uşağı tərbiyə etmək, onlara ana sevgisi, Vətən 
məhəbbəti və s. aşılamaqdır. Rus tədqiqatçılarından 
N.İ.Kravtsov, S.Q.Lazutin isə yalnız uşaqların özləri 
tərəfindən yaradılan və ifa olunan bədii yaradıcılıq 
nümunələrini uşaq folkloru hesab edirlər. Bu fikrə bir çox 
mütəxəssislər də 
şərik çıxırlar (N.P.Andreyev, 
V.İ.Çiçerov).  
Rus folklorşünaslığında “böyüklərin uşaqlar üçün 
yaratdığı nümunələrin” uşaq folkloruna aid edilməsinə 
Q.S.Vinoqradov, N.P.Andreyev, N.İ.Kravtsov, S.Q.Lazu-
tin etiraz edərək, laylaları, oxşamaları  uşaq folkloru 
nümunəsi yox, sərbəst yaradıcılıq hesab edirlər. 
A.Nəbiyev isə V.P.Anikinin yuxarıdakı təsnifatını Azər-
baycan uşaq folkloru üçün dəyərli hesab edərək onların 
qarşılıqlı öyrənilməsini vacib hesab edir və yazır ki, 
böyüklərin uşaqlar üçün yaratdığı laylalar, oxşamalar və 
düzgülərdə onları  əzizləmə duyğusu nəzərə çarpır. 


303 
Azərbaycan uşaq folklorunda ikinci qrupa aid edilən 
böyüklər tərəfindən yaranıb zaman keçdikcə  uşaq 
folkloruna çevrilmiş nümunələr çox zaman birinci qrupa 
aid edilərək böyüklərin uşaqlar üçün yaratdığı 
nümunələri geridə qoyur. Belə ki, ikinci yaranan 
nümunələr böyüklər üçün adiləşir, uşaq təfəkkürünə daxil 
olur. Çünki belə nümunələr müəyyən inkişaf 
mərhələsində böyüklər tərəfindən həyatı  dərketmə 
prosesində yarandığından, onların  şüurlu fəaliyyəti 
nəticəsində öz ilkinliyini itirir, uşaqların fiziki, əqli, zeh-
ni, mənəvi inkişafını  şərtləndirən nümunələr kimi dildə 
qalır. Belələrinə sanamalar, sayqaclar, yanıltmaclar, 
çaşdırmalar və s. misal ola bilər. 
Lakin diqqətlə yanaşılsa, böyüklərin uşaqlar üçün 
yaratdığı nümunələrdə 
uşağın yaşına və yaş 
psixologiyasına uyğun gələn stereotiplər vardır. Və 
müəyyən zaman keçdikdən sonra bu nümunələr uşaq 
hafizəsinə keçir, əzbərlənir, müəyyən məqsədlər üçün 
istifadə olunur. Azərbaycan uşaq folklorunun təsnif 
edilməsində  də  məhz bu xüsusiyyətlər  əsas götürülərək 
onlara uşaq folkloru janrı kimi yanaşmağa  əsas verir. 
Belə nümunələrə Azərbaycan folklorunda çoxlu sayda 
rast gəlinir, laylalar, oxşamalar,  əzizləmələr və 
arzulamaları  çıxsaq, düzgülər, yanıltmaclar, sanamalar, 
tapmacalar böyüklər tərəfindən yaradılsa da, onları 
yaşadan, ifa edən balacalardır. Çünki burada subyekt və 
obyekt  əlaqələri vardır. Böyüklər özləri üçün layla 
yaratmamışlar, laylanın obyekti körpə uşaqdır, bu fikri o 
biri janrların hər birisi üçün demək olar. Böyüklərin 
uşaqlar üçün yaratdığı bu nümunələrdə bir əzizləmə 
duyğusu, motivi vardır. Bu əzizləmə arxasında ananınmı, 
bacınınmı, babanınmı  uşağa sonsuz qayğısı, məhəbbəti, 
onu sağlam, xoşbəxt, böyük və gözəl, ağıllı  və qeyrətli 
görmək istəyi əks olunmuşdur. Uşaqların yaş səviyyəsinə 


304 
uyğun gələn folklor nümunələri içərisində elələri vardır 
ki, onların janr xüsusiyyətlərinə görə  təsnif edəndə 
yuxarıdakı bölgü dəyişir. Məsələn, oyun və nağıllarda 
daha ilkin dövrlərlə  səsləşmə olduğundan uşaq 
təfəkkürünü inkişaf etdirmək baxımından və uşaqlar üçün 
əhəmiyyətinə görə onları xüsusi təsnif kateqoriyasına 
daxil etmək lazım gəlir. Bu da ondan irəli gəlir ki, 
bəşəriyyətin ilkin çağlarındakı bu nümunələr mifoloji 
ədəbiyyatda adlandırıldığı kimi, “uşaqlıq dövrünün 
məhsulu”dur. Bu, xüsusilə  uşaq nağıllarına aid  bir 
prosesi özündə  əks etdirir. “Çünki bu nümunələrdə, 
xüsusən, oyun və nağıl tiplərində daha ilkin təsəvvürlərin 
mühafizə edilmiş izləri nəzərə çarpır. Vaxtilə böyüklər 
tərəfindən yarananlar bəlkə  də ibtidai insanın özünün 
inkişaf prosesində yaratdığı ilk nəğmələr, nağıllar və 
oyunlardır” (59, s.13). 
Bütün bunlara rəğmən, ilkin uşaq folklorunun 
janrları içərisinə yaxın olan laylalar, oxşamalar və 
əzizləmələri beşik nəğmələri adı altında qruplaşdırmaq 
olar. “Beşik nəğmələrindəki ahəng və ritmlərdə milli 
düşüncənin ilkin notları, ladları vardır. Bu nidalar altında 
tərbiyələnən körpələr hələ gözünü açmamış, 
qəhrəmanlıq, saflıq, doğruçuluq, düzgünlük kimi dəyərlər 
sisteminin sədaları altında böyüyür, bu səslər sistemi 
uşaq xarakterini formalaşdırır” (59, s.12).  
Uşaq folklorunun yaranma prosesi iki yolla inkişaf 
edir:  
1) kortəbii yaradıcılıq prosesi vasitəsilə. “Bu o deməkdir 
ki, uşaq folklorunun bir sıra nümunələri müəyyən  əmək 
və oyun prosesində ayrı-ayrı  uşaqlar tərəfindən oyunun, 
görülən işin ümumi ritminə, ahənginə uyğun yaranır, elə 
oradaca uşaqlar arasında yayılır, təkrar olunur. Təkrar 
prosesində yeni-yeni variantlar düzəlir və beləliklə 
coşğun yaradıcılıq prosesi başlanır” (59, s.16). 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə