RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə82/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

286 
inamdan istifadə olunmuşdur. Hətta aramsız yağan 
yağışın kəsməsində də daşa olan inamdan istifadə olunur. 
Başqa bir mətndə qodu daşının yağışın kəsməsində rolu 
göstərilir: 
 
Qodu daşı 
Odu daşı 
Qodu kəssin 
Belə yağışı. (57, s.65)  
 
Bitki və heyvanları qorumaq məqsədilə yaranan 
əfsunlar 
 
da xalq arasında geniş yayılmışdır. Bu cür 
əfsunların yaranmasında əsas məqsəd insanların gündəlik 
həyatında rol oynayan bitki və heyvanları, onların 
məhsullarını (meyvə, süd, ağartı) nəzərdən, pis gözlərdən 
qorumaqdır. Mal-qaranın çoxalmasına mane olan xəs-
təlikləri aradan qaldırmaq, onlardan çoxlu süd, qatıq və s. 
əldə etmək məqsədilə  əfsundan istifadə edilməsi  şaman 
təsəvvürlərinin doğurduğu görüşlərdən biridir. 
İnsanın gündəlik həyatı, məişəti və sağlamlığı ilə 
bağlı olan əfsunlar da geniş ayılmışdır. Bunlara itqapma, 
atvurma, cinvurma və s. ilə bağlı əfsunlar misal ola bilər. 
Qədim mifoloji təsəvvürlərdə  xəstəlik yaradan bəd 
ruhlara qarşı  əfsunların müalicəsi  şaman görüşlərinin 
təsiri altında qoşulan nəğmələrlə aparılırdı. Bədəndən şər 
ruhu çıxarmaq üçün xəkəndaza od qoyulur, üzərinə soğan 
qabığı və üzərrik əlavə olunurdu. Tüstü xəstənin yaxınına 
gətirilir, tüstünün şər ruhu çıxaracağına inam bəslənilirdi. 
Bu gün əfsun xalq arasında istifadə olunan və 
hörmət bəslənən inamlardandır. Əfsunu söyləmək xüsusi 
səriştə  tələb edir, əfsunçular onu öyrətmir, mətnini də 
gizli saxlayırlar. Çünki əfsunu bilən olsa, o, öz gücünü 
itirər. Ona görə də əfsunçuların sayı tək-tükdür. 


287 
Təbiəti, xüsusilə  təbiət hadisələrini öz şüurunda 
obrazlaşdıran qədim insan onunla üzbəüz qalanda onu 
ram etməyin yolunu əfsunda görmüşdür.  İnsanın özünə 
inamı artdıqca mifoloji mənfi qüvvələrlə mübarizənin də  
yolunu  əfsunun gücündən istifadə edərək onları özünə 
tabe etməyə çalışmışdır.  Əfsun sözün gücünə inamı  əks 
etdirən bir janrdır. “Bu janrda oxşar səslər, sözlər 
vasitəsilə insan psixikasına, təbiət qüvvələrinə  təsir 
göstərilir, sözün gücü, təsiri inamın təntənəsinə çevrilir” 
(57, s.62). Əfsunun  əsasını sehir təşkil edir, onun əsas 
funksiyası  hər hansı bir əşyanı, predmeti, canlını 
sehirləməkdir. Sehir əfsunun predmetə göstərdiyi təsir 
vasitəsidir. Bu mənada əfsun tilsimə də yaxınlaşır, çünki 
tilsimi də sehir vasitəsilə edirlər. Predmeti sehirləməklə 
onun neytrallaşdırılması, predmetə sözlə  təsir etməklə 
arzunun yerinə yetirilməsi insanın təbiəti dərk etməsinin 
tamam yeni mərhələsi sayıla bilər.  Əgər  əcdadlarımız 
“Çax daşı, çaxmaq daşı, Allah versin yağışı” və “Allah 
kəssin belə yağışı” deyirsə, bu, onu göstərir ki, sözün 
sehiri ilə  təbiətə qalib gəlmək olar və s. Əlbəttə, bu 
ideyanın kökündə xalq inamı durur. 
Əfsunu janr kimi formalaşdıran onun növlərə 
ayrılma xassəsidir. A.Nəbiyevin təsnifatında  əfsunların 
aşağıdakı qaydada düzülüşünü görürük:  
1. Təbiət qüvvələrini ram etmək üçün yaranan 
əfsunlar; 
2.  İnsanın həyat və yaşayışını  təmin edən bitki və 
heyvanları qorumaq məqsədilə yaranan əfsunlar; 
3.  İnsanın gündəlik məişəti və sağlamlığı ilə 
əlaqədar yaranan əfsunlar. 
Təbiəti ram etmək üçün yaranan əfsunlar ibtidai 
insanın təbiət qüvvələri qarşısında aciz olmadığını 
göstərir. Onlar müəyyən magik hərəkətlərlə  təbiətə  təsir 
etmək iqtidarında olduqlarını göstərirdilər. Məsələn, 


288 
ibtidai insanlar yağışı  kəsmək üçün onu qaba yığır, 
ocağın üstündə buxarlandırır, yaxud yağış  dəyməyən 
yerdən quru daş parçası götürüb göyə ataraq yağışın 
kəsməsinə sehirli sözlərlə təsir etmək istəyirdilər.  
İnsanın həyat və yaşayışını  təmin edən bitki və 
heyvanları qorumaq məqsədilə yaranan əfsunlarda isə bu 
məqsədlə  tərənnüm olunan canlı  və cansızların, bitki və 
heyvanların həyatdakı (məişətdəki) rolunu (mənfi və 
müsbət) göstərmək  əsas götürülür. Xüsusilə maldarlıqda 
əfsunlar söyləməklə mal-qaranın müəyyən xəstəlikdən 
sağalmasına inam güclü idi. Müəllif M.Cəfərzadəyə 
istinad edərək yazır ki, dabaq olmuş mal-qaranı 
sağaltmaq üçün tabaq əfsunu oxumaqla şaman rəqsləri 
formasında hərəkətlər edərək xəstəliyi yox edirmişlər: 
 
Tabaq gəldi 
Dabaq qaç 
 
Bundan başqa məişətdə gözdəymə, ittutma, 
cinvurma, ruhtutma və s. ilə bağlı  əfsunların oxunduğu 
da məlumdur. Məsələn, itin ağzını bağlamaq üçün “İt 
üstü, itin üstü, itin gözünə tüstü…” deyib üfürərlərmiş. 
Nəzərə gələn adamın başına üzərrik tüstüsü hərləyib “Ağ 
göz, qara göz, göy göz, ölünün gözü, dirinin gözü, 
dayısının gözü, əmisinin gözü… bu duz kimi çatlasın, 
partlasın” deyib gözdəyməni aradan qaldırarlar. 
Üzərriyin  əfsun mətnlərində yayılması ondan istifadənin 
geniş şəkildə olduğunu göstərir. 
Əfsunlar insanların təbiət qarşısında acizliyindən və 
qorxularından yaranmışdır. Onlar qorxunun qarşısını 
almaq üçün magiyadan istifadə etməyi düşünmüşlər. Bu 
qənaətə  gəlmək olar ki, ata-babalarımız qorxu və 
magiyanın bir-birinə 
təsirini xalq təbabətinin 
formalaşması üçün əsas faktor saymış, xəstəliklərin 


289 
sağalmasında dərman bitkilərinin rolunu əfsunla yanaşı 
görmüş, bu zaman sözün sehiri ilə dərman bitkisinin daha 
güclü olacağına olan inamın daşıyıcısının  əfsunçu yox, 
loğman olduğunu düşünmüşlər. Deməli,  əfsunçu daha 
sonrakı mərhələdə türkəçarə həkimidir. 
Biz alqış  və qarğışlardan, saya nəğmələrindən, 
holavarlardan,  əfsunlardan və s. danışanda bu qərara 
gəlirik ki, mətniçi informasiyalar folklor materiallarının 
modelləşdirilməsində elmi təfəkkürün  əsas həlqəsini 
təşkil etmişdir. Hər bir folklor janrının daxili məzmunu 
onun xarici əlamətləri ilə qarşılıqlı öyrənilir. Əgər falları, 
falaçmanı müstəqil janr kimi tədqiq etmək mümkün olsa, 
bu işi onun təsnifləndirilməsi,  əsas xüsusiyyətləri, təsir 
etmə dərəcəsi və s. ilə əlaqəli şəkildə götürüb öyrənmək 
düzgün olar.  
 
Fallar.  
Əfsuna yaxın janrlardan biri də fallar sayılır. Fərq 
ondadır ki, əfsunçular sözlə, onun magik qüvvəsi ilə təsir 
göstərirlər, falçılar isə  rəqəmlə, işarə  və  xətlərin, 
şəkillərin köməyi ilə obyektə şərh verirlər. İlk sadə fallar 
belə keçirilirmiş: Qarşı-qarşıya duran adamlardan biri 
ürəyində arzu tutub gözlərini yumub barmaqlarını bir-
birinə yaxınlaşdırardılar,  əgər barmaqlar bir-birinə tuş 
gələrdisə, arzunun yerinə yetəcəyinə inanardılar. 
A.Nəbiyev falın  əmələ  gəlməsinin gen nəzəriyyəsi ilə 
əlaqəsini belə açıqlayır: insan həyatında baş verər 
müxtəlif uğursuzluqlar onun fizionomiyasında – əl və 
barmaqlarında, üzündə müəyyən genlərin məhvi ilə bağlı 
cizgilər, izlər qoyur. Yaxud bunun əksinə, baş verəcək 
uğurlu hadisədən xeyli əvvəl insanın üzünə, alnına, 
gözlərinə genlərin parlaqlığı ilə bağlı müxtəlif uğurlu 
cizgilər, nöqtələr, bir sıra hallarda isə  ləkə  və  ləkəciklər 
yayılır (57, s.70). Bu mətndən çıxış edərək falların 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə