RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə84/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

294 
müəyyən olunması janrın öyrənilməsinə kömək edər. 
Belə demək olar ki, alqışda bir arzu ifadə olunursa, dua 
çoxlu arzuların birləşməsi, bir məzmunda ifadə olunması 
nəticəsində  əmələ  gəlir. Lakin alqışdan duaya keçid də 
baş verə bilər. Məsələn, “Səni görüm xoşbəxt olasan” 
kimi ifadələrdə alqışla duanın sərhədini məzmuna görə 
fərqləndirmək mümkündür. Əgər ata qızına “Səni 
xoşbəxt olasan” deyib xeyir-dua verirsə, bu zahiri 
cəhətdən dua olsa da, atanın alqışıdır. Bu isə alqışla 
duanın arxaik mənasının eyni olduğunu göstərir. 
 
Cadu.  
Caduya da folklorun kiçik janrlarından biri kimi 
yanaşmaq olar. Cadunun məzmununda insan psixikasına 
təsir göstərmək, onun semantikasında kiminsə 
iradəsindən asılı olmaq kimi mənfi hallar görünür. Cadu 
qara magiya ilə birbaşa bağlıdır. Folklor mətnlərində 
cadu kiminsə dilini-ağzını bağlamaq, onu 
neytrallaşdırmaq və s. xüsusiyyətlərə malikdir. Xüsusi 
olaraq cadu mətnləri vardır ki, onlar da dualar adlanır. 
Deməli, dua öz struktur funksiyasına görə cadu ilə  də 
bağlıdır. Məsələn, “Qurd ağzı bağlamaq” üçün xüsusi 
duaların mətnləri vardır. Bu mətnlərdə dua cadunun 
janriçi funksiyasına daxildir. Bu da duanın janriçi (əfsun, 
alqış, cadu və s.) əlaqələrdə  də rol oynadığını göstərir 
(əfsun-dua, alqış-dua, cadu-dua). 
Caduların ilkin təsəvvürdə  qəbul olunmuş magik 
xüsusiyyətləri onların bənd edildiyi fetişlərlə bağlıdır. 
Cadularda fetişin rəmzi kimi predmetm özü iştirak edir. 
Məsələn, araya ayrılıq salmaq üçün qurd yağından 
istifadə olunur. Deməli, qurd yağının fetişin rəmzi kimi 
istifadə olunması qurdun totem olmasını  işarələyir. 
Yaxud qəbiristanlıqdan 40 günlük ölünün başdaşı 
tərəfdən torpağın götürülməsi və  hər hansı qapı  ağzına 


295 
basdırılması  həmin ailəyə cadu edilməsi kimi başa 
düşülür. Burada ölü kultuna olan işarə ilə  həmin ailəyə 
bədbəxtlik gətirilməsi istənilir. Deməli, ölü, başdaşı 
cadunun rəmzləşmiş ünsürüdür. Lakin mifoloji 
təsəvvürlərdə  də  rəmzlər həm müsbət, həm də  mənfi 
çalarlı olub özünün ənənəvi strukturunu yaratmışdır. 
Rəmzlərin sistem təşkil etməsi onun poetikləşməsinə  də 
təkan olmuşdur. Cadu özünün poetikası ilə simvollaşır. 
Məsələn: 
 
Ey Əqrəb bürcü, 
Bu cavanın gözünün işığını 
Balıq bürcündən al qaytar özünə 
Qoy gözləri anadangəlmə olsun. 
 
– misralarında Balıq bürcü zülmətin, qaranlığın simvolu, 
Əqrəb bürcü isə insanların dostu, hamisidir. İki simvolun 
qarşılaşdırılması  mətnin poetik imkanlarını da artırır 
(poetik simvollar sətiraltı mənalardadır). 
Azərbaycan folklorunun kiçik janrlar üzrə  təhlil 
edilməsi imkanları janrın funksionallığının başqa 
metodlar üzərində  də  tədqiqinə yol vermiş olar. 
Tədqiqatlardan da aydın olur ki, ilkin əməklə bağlı 
yaranan nəğmələr və  məişət həyatı ilə bağlı yaranan 
nəğmələr struktur-semantik funksiyalarına  əsasən seçib, 
modellər üzrə qruplaşdırıb təhlil etmək olar. Kiçik nəğmə 
janrlarının spesifikası  və inancların, andların, alqış  və 
qarğışların,  əfsun və falların, duaların, türkəçarələrin, 
cadu və yalanların semantikasındakı yaxınlıq tədqiqata 
yeni metodların tətbiqini tələb edir. 
Ümumiyyətlə, folklor janrlarının geniş strukturu, 
növ və tipləri vardır.  Əgər belə demək mümkün olarsa, 
hər yaşa uyğun olan janr tiplərinə Azərbaycan 
folklorunda rast gəlmək mümkündür. Azərbaycan 


296 
folklorunun janr özünəməxsusluğunu nəzərə alıb uşaq 
folklorunun janr xüsusiyyətlərindən də danışmağı 
məqsədəuyğun hesab edirik.  
 
Yuxu. 
 Etnopsixoloji 
düşüncədə yuxunun dərk 
edilməsinin tarixi ən qədim mifoloji dövrlərə gedib çıxır. 
İlk dövrlərdə yuxunun ibtidai insanlar tərəfindən  şüurda 
kortəbii proseslərin  əks-sədasının nəticəsinə  əsaslanırdı. 
Belə yuxular bədii düşüncədən keçərək özünəməxsus 
təhkiyə yolu ilə psixoloji dərketmənin izahına gətirib çı-
xarırdı. Bu zaman insan şüurunda yaranan qorxu hissi bu 
prosesin – yuxunun təsirli olmasına səbəb ola bilirdi. 
Qorxu və hiss-həyəcanlar ibtidai insanlar üçün hər hansı 
fövqəladə qüvvəyə inam hissini əmələ  gətirirdi. Müasir 
dövrdə yuxunun izah olunmasında psixoloji, tibbi, ruhi 
və s. yollar əsas rol oynayır. Yuxugörmə daha çox 
beyinlə bağlı olduğu üçün onun izahında da bioloji 
biliklər, insan anatomiyası həlledici rol oynayır. Bununla 
bərabər psixologiya elminin son illərdə qazandığı 
nailiyyətlər də yuxugörmənin başvermə  səbəblərini 
öyrənməyə kömək edir. Xüsusi olaraq ekstrasenslərin
hipnozçuların beyin qabığına təsir etmə bacarığı da 
fenomenal hadisələrin baş verməsinin tibbi-bioloji 
səbəblərinə aydınlıq gətirir. Təbii yolla yuxugörməyə 
təsir edən səbəblərlə hipnoz yolu ilə yatan insanın beyin 
qabığında əmələ gələn kənar qıcıqlandırıcı təsir arasında 
hansısa bir əlaqənin olması düşündürücüdür. 
İlk sözün yaranmasına qədərki dövrdə insanların 
ünsiyyət vasitəsi psixoloji səslər və müəyyən titrəyişlər 
idisə, fikrin ifadəsi vasitəsi ideoqram, piktoqram və s. idi. 
Qədim insanı onu əhatə edən təbiətlə ilk təması müəyyən 
həyəcanların, hisslərin və psixoloji səslərin,  ən qədim 
yazı növlərinin yaranması  və s. kollektiv yaradıcılığa 


297 
təkan verirdi. İlk “dilin”, “nitqin” bütün mədəniyyətlərdə 
eyni olması insan təfəkkürünün sosial-tarixi inkişafının 
eyni səviyyədə getməsi demək idi. İlk ibtidai insanların 
genetik-folklor xüsusiyyətləri kollektivçilik ənənəsində 
inkişaf edərək etnososial mahiyyət alana qədər instinktiv 
şüura  əsaslanmışdır. Bu proses Azərbaycan təbii-tarixi 
mühitində  də olmuşdur. Təkcə onu qeyd edək ki, Azıx 
mağarasının geoloji təbəqələrində ilk Azıx insanının 
şüurunun məhz bu səviyyələrdə olması barədə  dəfələrlə 
deyilmişdir.  İbtidai insanların ilkin folklor görüşlərinin 
öyrənilməsi də  məhz onların mağara dövrünün 
“incəsənəti”nin öyrənilməsini nəzərdə tutur. 
İlk insanlar yuxunun mənasını izah etmək üçün 
sözdən istifadə etmişlər. Bu, ən qədim dövrlərdə insan 
şüurunun psixikasının doğurduğu hiss-həyəcanları ifadə 
etmək üçün “ilk sözə” ehtiyacdan irəli gəlirdi. Belə 
nəticəyə  gəlmək olar ki, sözyaranma prosesi psixoloji 
durumla bağlı olmuşdur. Bizə belə  gəlir ki, ən qədim 
dövrlərdə yuxugörmə prosesi ilə onun nəql edilməsi 
arasında müəyyən zaman çərçivəsi olmuşdur.  İlk insan 
gördüyü yuxunu sözlə ifadə edənə  qədər təhtəlşüurun 
zaman çərçivəsində olmuşdur. Bu zaman çevrəsində o, 
yuxudakı hadisələri obrazlaşdırmış, ona öz təfəkküründə 
inanc formalaşdırmış  və  nəqletmə ehtiyacı yarananda 
bildiyi ilk söz və hərəkətlərdən istifadə etmişdir. 
İlk insanların gördükləri yuxuları sistemləşdirmək 
sonrakı dövrlərin işidir. Bu zaman onları bu yuxuları 
mövzu və  məzmuna görə qruplaşdrır, yuxuyozma ilə 
məşğul olurdular. Bu, artıq qəbilə quruluşunun tam 
formalaşdığı zamana düşür. İlk mifoloji biliklər də qəbilə 
həyatı dövründə yaranmağa başlayır. 
İlk yuxunun görülməsi tarixi bəlli olmasa da, 
yuxunun fizioloji səbəbi kimi həyatda olan səs, söz və 
hərəkət prosesinin insan yuxuda olarkən doğurduğu 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə