RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə92/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   89   90   91   92   93   94   95   96   97

323 
müəyyən simvollarla itən  əşyaları tapmasını  və onların 
bu xidmətinin təriflənməsini tapmaca janrının 
yaranmasında xüsusi mərhələ kimi götürmək olar. Belə 
ki, tapılacaq  əşyanın rəmzləşdirilərək cadugərin ağlı ilə 
ifadə olunması sonradan həmin  əşyaya məxsus cizgilər 
kimi qəbul oluna və yayıla bilərdi. Lakin bu o demək 
deyildir ki, bütün tapmacalar bu yolla yaranmış  və 
yayılmışdır, ancaq simvol tapmaca üçün əsas xüsusiyyət 
olaraq qalır. Başqa janrlar kimi tapmacalar da əvvəlcə 
böyüklərin istifadəsində olmuş, sonra təbii proseslər 
nəticəsində  uşaq folklorunun əsas janrlarından birinə 
çevrilmişdir (59, s.58).  
Tapmacalar uşaqların  əqli inkişafına, onların 
zehninin möhkəmlənməsinə xidmət edən folklor janrıdır. 
Tapmacaların predmetmi təbiətdəki canlılar və cansızlar 
təşkil edir. Tapmacaların yaranması ən qədim zamanlarla 
bağlıdır və fasiləsiz olaraq yaranmaqda da davam edir. 
Məsələn, elmi-texniki nailiyyətlərin tapmacalarda əks 
olunması müasir dövrün əlamətidir. Bu xüsusiyyəti 
Azərbaycan tapmaca yaradıcılığında görmək olar. 
Məsələn, Azərbaycan tapmacasında 
Danışıram hündürdən, 
Səsim gəlir kəndirdən. – deyəndə telefon başa 
düşülür. 
Tapmacalardan belə  məlum olur ki, burada onun 
əlaməti verilir, əlamətin əsasında cavabın tapılması tələb 
olunur. Məsələn: 
 
Göydə durub qızıl daş 
Cümlə-cahan əyir baş. 
 
Deməli, tapmacadakı  əsas  əlamətlərə (göy, qızıl) 
görə  əşyanın obyekti açılır. Tapmacanın  əlaməti 
göstərməsi ilə  hər hansı simvolu işarə etməsi arasında 
fərq vardır.  Əlamət  əşyanın daxili xüsusiyyətini, simvol 


324 
isə xarici xüsusiyyətini ifadə edir. 
Tapmacaları şərti olaraq aşağıdakı qruplara ayırmaq 
olar: 
1. Heyvanlar aləmindən bəhs edən tapmacalar
2. Bitkilər aləmindən bəhs edən tapmacalar; 
3. Meyvələr haqqında deyilən tapmacalar; 
4.Təbiət haqqında deyilən tapmacalar; 
5. Texniki tərəqqi ilə bağlı yaranan tapmacalar. 
Misallar: 
 
Gün çıxar, gülər,                        Min bir oğul,  bir 
ata             
Axşam mürgülər.                      Hamısı minib bir 
ata. 
           (günəbaxan)                                        
(qarğıdalı) 
Aldım bir dənə                          Qızıl ağac allandı 
Açdım min dənə.                       Sırğaları sallandı. 
                             (nar)                                         
(zoğal) 
Uçan bir quş gərəkdir
İşi tamam kələkdir. 
Dəyirmana can verər 
Xırmana da gərəkdir.  
                              (külək) 
 
Tapmacaların yaranmasına təsir göstərən 
amillərdən biri də bu rəmzi yaradıcılıqla bağlı  ənənədir. 
İtirilən hər hansı bir əşyanı tapmaqda da əsas vasitə onun 
rəmzlərinin rol oynamasıdır. Bundan başqa tapmacaların 
yaranmasında ikinci yol ayrı-ayrı predmet və hadisələrin, 
canlıların xüsusiyyətlərini, simvolik mənalarını tapmaca 
yaratmaqda istifadə etməkdir. Birinci yol ixtiyari olaraq 
yaranır, ikinci yol isə  məqsədlidir. Qədim ovçuluq 
həyatını  əks etdirən tapmacaların yaranmasının ikinci 


325 
yolu ovçunun öz ovunu poetik dillə  rəmzləşdirməsi ilə 
bağlıdır. Ümumiyyətlə, tapmaca yaradıcılığı xalq 
arasında sərbəst  şəkildə davam etdirilmişdir.  İlkin 
tapmacaların məzmununa görə heyvanlar və bitkilər 
aləmindən bəhs edən tapmacalara bölünməsi onun 
növlərinin daha çox ola biləcəyi faktını gizlətmir. Sadəcə 
olaraq belə tapmacalar çoxdur, tapmacaların qrup, mövzu 
müxtəlifliyini geniş tədqiqat zamanı aşkarlamaq olar. 
 
Yanıltmaclar. 
 Uşaqlar üçün yaradılan nümunələrdən bəhs edəndə 
yanıltmacları da xüsusi qeyd etmək lazımdır. Bu janrın 
əsas funksiyası  uşaq nitqinin səlisləşdirilməsinə yardım 
etmək, onun nitqini cilalamaqdır. Yanıltmac həm də 
yaddaşla bağlı olan bir janrdır. Ondan süni nitq vərdişi 
yaratmaq, aşılamaq məqsədilə  də istifadə olunmuşdur. 
Hətta tarixi ədəbiyyatdan bir yunan natiqinin öz nitqini 
bərpa etmək üçün xırda daşları dilinin altına qoyaraq 
sözləri və cümlələri tez-tez təkrarlaması faktı da 
məlumdur. Yanıltmacların yaradılmasında  əsas məqsəd 
dildə olan söz və ifadələrin deyilişini yüngülləşdirmək, 
onları  əzbərləməkdir. Yanıltmacların  əsas xüsusiyyəti 
oxşar səs və söz komplekslərinin bir ritmdə  və ahəngdə 
deyilişidir. Yanıltmaclar içərisində  işlədilən sözlərin 
sayına və  tərkibinə görə iki qrupa ayrılır: sadə 
yanıltmaclar və mürəkkəb yanıltmaclar. Məsələn, 
A.Nəbiyevin verdiyi üç sözdən ibarət yanıltmac sadə 
quruluşludur: Ağ balqabaq, boz balqabaq, boz balqabaq, 
ağ balqabaq. Bu sözlərin rəvan deyilişi ilə  səslərin 
harmoniyası yaradılır. Mürəkkəb quruluşlu 
yanıltmaclarda isə bütöv bir mətnin səs, söz, söz tərkibi, 
cümlə, alliterasiya, ritm komponentləri açılır. Burada 
mürəkkəbtərkibli sözlərdən istifadə olunur. 
Uşaq zehninin və yaddaşının 


326 
möhkəmləndirilməsində yanıltmacların da xüsusi çəkisi 
vardır. Bu cəhətdən uşaq folklorunun janr sistemində 
yanıltmaclar mühüm yer tutur. Bu sözün mənası 
yanılmaq, yanıltmaq felinin mənası ilə açılır. Uşaq 
nitqinin inkişaf etdirilməsi üçün seçilmiş xüsusi tip oxşar 
səs və sözlərin, cümlələrin alliterasiya vasitəsilə bir 
ahəng, ritm əmələ gətirməsi və bunların düzgün tələffüzü 
bu janrın  əsas  əlamətidir. Hətta bir zamanlar loqopedlər 
bu vasitədən qüsurlu nitqin açılmasında istifadə etmişlər. 
Yanıltmacda  əsas prinsip sadədən mürəkkəbə doğru 
sözlərin açılışı  və  əksinə, mürəkkəbdən sadəyə doğru 
sözlərin açılışı və deyilişidir. 
Azərbaycan uşaq folklorunda yanıltmacların üç 
tipdə yayıldığını görmək olar. Birinci tip cümlənin içində 
sözlərin yerinin dəyişdirilməsi yolu ilə  əmələ  gətirilir. 
Məsələn, “Günlərin günü bir tək piyada gedirdim yol” 
cümləsi vasitəsilə uşaq təfəkküründə sözlərin sırasının və 
nitq hissələrinin yerinin düzgün təyin edilməsinə çalışılır. 
Çünki bu cümlədə hazır qəliblər vardır. Uşaq öz zehni 
vasitəsilə bu qəliblərin yerini təyin edir, cümlənin 
üzvlərinin bir-biri ilə hansı əlaqədə olduğunu bilir və açıq 
şəkildə öz biliyini cümlənin düzgün qurulmasına tətbiq 
edir. Bu, pedaqoji təcrübə kimi daha çox əhəmiyyətlidir 
və müəllimlər bundan istifadə edə bilərlər. Yanıltmacın 
bu tipi qrammatik əsaslara söykənir. 
Yanıltmacların ikinci tipi çaşdırma adı ilə qeyd 
edilir. Çaşdırmaların bir tipində  uşaqlar öz yaşıdlarının 
məntiqi təfəkkürünü yoxlamaq istəyirlərsə, digər bir 
tipində yaşıdlarının söz ehtiyatını yoxlamaq istəyirlər. 
Burada söz ehtiyatı çox olan uşaq öz qarşısındakını 
çaşdırmağa çalışır. Onun dediyi təklifə o biri uşaq “mən 
də, mən də” deyərək cavab verir. Bu yanıltmacın  əsas 
əlaməti odur ki, ikinci uşaq birinci uşağın dediyinə fikir 
verməlidir. Əks mənalı, yaxud mənası pis anlaşılan sözə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə