RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə96/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   89   90   91   92   93   94   95   96   97

337 
bütün surətlər alleqorik obrazlar olmaqla yanaşı, sırf milli 
dəyərləri özündə yaşadır. 
Belə  uşaq nağıllarına “Cik-cik xanım”, “Sərçə”, 
“Pıspısa xanım və siçan Soluq bəy”, “Dana, keçi və 
qoyun”, “Cırtdan”, “Aslan, tülkü və canavar” və 
başqalarını misal göstərmək olar. Bu nağıllar müstəqil 
şəkildə yaranan, Asərbaycan ictimai düşüncəsinə xas 
xüsusiyyətləri əks etdirə bilən milli mətnlərdir. Məsələn, 
“Cik-cik xanım” nağılında sərçənin timsalında 
təkəbbürlük, özündənrazılıq tənqid olunur. Bu nağılı 
dinləyən balaca uşağa lovğa olmamaq təlqin edilir. Nağıl 
adi nağıllar kimi başlayır. “Biri bardı, biri yoxdu, 
Allahdan başqa heç kim yoxdu” (4, s.289). Nağılda 
alleqoriyadan və mübaliğədən geniş istifadə olunmuşdur. 
Cik-cik xanımın bir çörəyi, bir qoyunu aparması çox 
mübaliğəli  şəkildə  təsvir olunur: “Cik-cik xanım 
ayağında bir qoyun uçurdu” cümləsində hiperboladan 
istifadə olunmuşdur (4, s.290). Bu nağıl bağçayaşlı 
körpələrin dünya haqqındaki təsəvvürlərinə çox 
uyğundur. Çünki onların təsəvvüründə  sərçənin qoyunu 
apara bilməsinə  fərq qoyulmur. Belə  uşaqlar üçün əsas 
olan nağıldakı hadisələrin təsviridir, hadisələrə olan 
inamıdır. Balaca uşaqlar Cik-cik xanımın camaat qazısı 
ilə bir boşqabda yemək yeməsinə inanırlar. Nağılçı 
nağılın bu yerini inandırma üsulundan istifadə edərək 
söyləyir. “Cik-cik xanımla camaat qazısı bir boşqabda 
yemək yeyirdilər, qazı yeyib boşqabı qurtardı. Cik-cik 
xanım ac qaldı. “Qoyunumu yediniz, mən də  əvəzində 
gəlini götürüb aparacağam” dedi. Gəlin içəri keçəndə alıb 
qaçdı” (4, s.291). Belə bir hadisəyə balaca uşaqların 
inanması  təbiidir. Çünki onların düşüncəsində  hələ 
fərqləndirmə xüsusiyyəti olmadığından balaca sərçənin 
gəlini apara bilməsi real görünə bilər. Nağılda Cik-cik 
xanımın oxuduğu nəğmə  də balaca uşaqların  əhval-


338 
ruhiyyəsinə uyğundur: 
Tikan verdim, çörək aldım.  
Sazım dınqır, dınqır, dınqır.  
Çörək verdim qoyun aldım, 
Sazım dınqır, dınqır, dınqır. 
Qoyun verdiı gəlin aldım, 
Sazım dınqır, dınqır, dınqır. 
Gəlin verdim saz aldım, 
Sazım dınqır, dınqır, dınqır. 
 
“Cik-cik xanım” nağılının uşaq təfəkkürünün 
formalaşmasında böyük rolu vardır. Balaca uşaq nağıldan 
başa düşür ki, sərçə balası bu alış-verişdə heş  nə 
qazanmır. Körpələr sərçə balasının təkəbbürlü olmasını 
müşahidə edir, nağılın sonundakı cümlədən (“Bir fındıq 
düşdü başına, ordaca öldü”) bu əziyyətlərin mənasızlığını 
başa düşür. 
“Dana, keçi və qoyun” nağılı isə  məktəbyaşlı 
uşaqların dünyagörüşünə uygundur. Bu nağılda da 
heyvanlar şəxsləndirilir, insan kimi danışır. Nağılda əsas 
xüsusiyyət məktəbyaşlı  uşaqları dostluğa, birliyə 
alışdırmaq, bir-birini qorumağa sövq etməkdir. Nağılda 
dana, keçi və qoyun hiyləgərlik edərək özlərindən güclü 
düşmənlərini qorxudurlar. Keçi söyüdün lap başına 
dırmaşır. Qoyun da bir təhər çəxır, dana da bir budağa 
çıxır. Bura bir canavar gəlir, onları görür. Dana qorxudan 
uçunur, tappıltı ilə yerə düşür. Canavar onu yemək 
istəyəndə keçi qışqırır: “Dana qardaş, canavarı  bərk tut 
gəldim”. Canavar qorxusundan qaçır (4, s.292). Nağıldan 
uşaqlar heyvanların davranışını öyrənirlər. Ağıllı olmaq 
təkcə insanlara xas xüsusiyyət deyil, heyvanların da 
davranışında yaşamaq uğrunda mübarizə bioloji 
xüsusiyyət kimi özünü göstərir. 
Nağılın ardı  uşaqlar üçün daha böyük maraq kəsb 


339 
edir. İnsan cəmiyyətində güclülərlə  zəiflər arasında olan 
mübarizə nağılda da vardır. “Qoyun, keçi ağacdan düşdü 
gəldilər bir dəyirmana. Keçinin bir çomağı, bir çürçənəsi 
vardı. Çomağı qapının dalına qoydular. Çürçənənin üstdə 
oturdular. Söhbət eləyirdilər. Qapı açıldı. Bir aslan, 
dalınca bir canavar, sonra bir tülkü gəldi. Aslan canavara 
dedi bunları böl. Canavar dedi dana bizim səhər 
ertəmizin, qoyun günortamızın, keçi də axşamımızın. 
Onun başına aslan bir pəmpəcə vurdu, gözlərinin 
ikisi də  çıxdı. Dedi: tülkü baba, canavar qardaş bölə 
bilmədi. Sən böl. 
Tülkü dedi: Elə bunu allah bölüb, mən daha nə 
bölüm. Qoyun səhər ertənə, keçi günortana, dana da 
axşama. Aslan dedi: Ay sağ ol, sən bunu hardan 
öyrənmisən? Tülkü dedi: Gözü çıxmış qardaşımdan. 
Aslan dedi: Tülkü baba, bir çölə bax, adam yoxdu ki, 
mən dananı yeyim. Tülkü çıxıb gördü ki, qapıda 
əliçomaqlı bir adam durub. Qorxusundan götürüldü. 
Gözlədi, gördü bular gəlmədi. Gördü  qapının ağzında 
əliçomaqlı bir adam durub. Bu da qaçdı. Keçi də 
çomağını götürdü. Çoban qoyun otarırdı. Gördü dana, 
qoyun, keçi gəlir. Sevinib bunları apardı, qatdı sürüsünə” 
(4, s.292-293). 
Uşaqların tərbiyəsində bu nağılın bir neçə ictimai 
təsiri vardır.  Əvvəla, nağıl uşaq təfəkkürünü 
genişləndirir, ikincisi, onları heyvanlar aləmi ilə tanış 
edir, üçüncüsü, səif heyvanların öz ağlı ilə özlərindən 
güclü düşmənə necə qalib gəldiyini göstərir. Bu xüsusiy-
yətlər məktəbyaşlılar üçün olan bütün uşaq nağıllarında 
vardır. Bu sıradan “Cırtdan” nağılı xüsusilə  fərqlənir. 
Nağılda Cırtdanın öz ağlı ilə özündən  qat-qat güclü 
düşmənə, divə qalib gəldiyi təsvir olunur (4, s.296-298). 
Nağılda Cırtdan boyu balaca oğlan kimi verilir. Uşaqlar 
üçün Cırtdanın mənşəyi maraqlı deyil, onun düşmənə 


340 
qarşı nə cür mübarizə aparması cəlbedicidir. Uşaq təfək-
küründə azman divlə balaca Cırtdanın mübarizəsi təzadlı 
görünür. Nağılçı bunu dinləyicisinə başa salmaq üçün 
Cırtdanın ağıl və vasitələrdən necə istifadə etdiyini 
göstərir. 
Azərbaycan uşaq nağılları içərisində  hər yaşa 
uyğun olan nağıllara rast gəlmək mümkündür. Təbii ki, 
böyüklər üçün olan nağılları kiçik və ortayaşlı  uşaqlara 
söyləmək çətinlik törədər. Belə  uşaqlar üçün  kiçik 
məzmuna malik, oynaq süjetli heyvanlar aləmindən bəhs 
edən nağıllar daha çox maraq kəsb edər. Məsələn, 
“Armudan bəy” nağılını danışarkən tülkünün 
hiyləgərliyini daha yaxşı  təsvir etmək üçün söyləyici 
müxtəlif səs templərindən istifadə edə bilər. Nağılçı uşaq 
nağıllarını sevdirmək üçün söyləyicilik məharətindən 
istifadə edib. Uşaqlarda müxtəlif heyvanlar haqqında 
geniş  məlumat verə bilər. O, hər bir heyvanın 
xüsusiyyətinə uyğun olaraq, onları  uşaqlara tanıtmalıdır. 
Məsələn, qurd acgöz, ayı axmaq, tülkü hiyləgərdir. Oha 
görə də “Əlcək” nağılında onların daşıdığı adlar məhz bu 
cür verilir: ayı axmaq, donuz toxmaq, qurd ulavuş, çaqqal 
çavuş, ilan qamçı, tısbağa çanaq və s. 
Uşaqların yaş  səviyyəsi artdıqca repertuardakı 
nağıllar  da  öz  məzmunlarını mürəkkəbləşdirir. Orta 
məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan 
nağıllarda nisbətən mürəkkəblik yer almağa başlayır. Bu 
da yetkin uşaqların nağıl dünyasına marağının artmasına 
görədir. Onlar nisbətən mürəkkəb süjetləri qavraya bilir
belə nağıl qəhrəmanlarını tez tanıya bilirlər. Məsələn, 
“Cırtdan” nağılı öz süjetinə görə sadə uşaq nağıllarından 
çox fərqlənir. Yetkin uşaqların təfəkküründə  Cırtdan 
nağıl qəhrəmanı kimi asan qavranıla bilir. 
Qısaca onu demək istəyirik ki, uşaq nağıllarını 
söyləyərkən janrın özünəməxsusluğunu, təsnif edərkən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə