RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə93/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   89   90   91   92   93   94   95   96   97

327 
“mən də, mən də” deməklə ikinci uşaq gülüş  hədəfinə 
çevrilə bilər. Məsələn, 
Birinci tipdə 
 
Ley, ley, ley balası, 
Arvadının qayınanası 
Sizə gəlsə neylərsən? 
- Döyüb qovlayaram. 
 
İkinci tipdə 
- Gəlin gedək bağa 
- Mən də, mən də. 
- Çıxaq budağa 
- Mən də, mən də. 
- Bağban gəlsin 
- Mən də, mən də. 
- İti çağırsın 
- Mən də, mən də. 
- İt mənə hürsün 
- Mən də, mən də. 
 
Çaşdırmanın cavabı axırda verilən fikirdə öz əksini 
tapır. 
Bu zaman ikinci uşaq mənanı yaxşı anlamadığından 
“döyərəm”, “mən də, mən də” deyə bilər. 
Üçüncü tip yanıltmaclar isə sözlərin, səslərin 
təkrarından, alliterasiyasından, tərkiblərdən ibarət olur. 
Bu cür yanıltmaclar hazır qəliblərdə olur və bir nəfər onu 
düzgün tələffüz edir, qarşı tərəf onu yamsılamağa çalışır, 
bu hərəkəti neçə  dəfə  təkrar edəndən sonra yanıltmac 
deməyi öyrənir. Məsələn, “Aşpaz Abbas aş asmış, aş assa 
da, az asmış”, “Aşpaz Abbas bozbaş asır o başda, bu 
başda”, “Gedim görüm cijim gəlin görməsindən gəlibmi, 
gəlməyibsə, gedim götürüm gəlim”  və  s.  Bu  cür 
yanıltmacın əsas xüsusiyyəti onların tez deyilməsidir. 


328 
Yanıltmacların üç tipini göstərmək olar. Birinci 
tipdə sözlərin yeri dəyişdirilir. Belə yanıltmaclar məhdud 
məhəlli  ərazilərdə yayılmışdır. Qarşı  tərəf sözlərin 
dəyişdirilmiş formasını öz təbii  şəklində  bərpa edərək, 
yanıltmacdakı yanlışlığı düzəldir. Yanıltmacın bu 
forması sözlərin bir-biri ilə morfoloji əlaqələri  əsasında 
qurulur. 
İkinci tip yanıltmacların bir adı da çaşdırmadır. 
Çaşdırmada uşaqlar arasında söz fikrin təsdiqi kimi çıxış 
edir. Məsələn, çaşdırmada deyilən fikrə qarşı  tərəf öz 
razılığını bildirir, axırıncı momentdə qarşı  tərəfi 
çaşdırmaq üçün deyilən  əks fikrə ikinci uşaq “mən də, 
mən də” deyərək dialoqu özünün əleyhinə olaraq başa 
vurur. 
Çaşdırmaların bir qismini də ijmələr təşkil edir. 
İjmələr böyüklərin bir-birini çaşdırmasına çalışdıqları söz 
oyunudur. Padar Yusifin Şunquruxla olan ijmələri daha 
çox məşhurdur. 
Üçüncü tip yanıltmaclar öz yayılma arealına görə o 
birilərindən daha böyük ərazilərdə  məşhurdur. Bu tipli 
yanıltmacları  uşaqlar  əzbərləsələr də, böyüklər arasında 
da xüsusi mətnlər kimi deyilir. Belə  mətnlər mürəkkəb 
ifadəli yanıltmaclardır. Sadə ifadəli yanıltmaclar isə söz 
və ifadələrdə  səslərin təkrarlanmasından ibarətdir. 
Məsələn, “Səhər saat səkkizdə sovet sədri Səlimxan 
Səlimxanov suçu Səlimin səhəngini suya salıb sındırdı” 
yanıltmacında səslərin alliterasiyasından cümlədə ritm 
alınır. 
 
Uşaq nağılları.  
Azərbaycan uşaq folklorunun bir qolunu da uşaq 
nağılları  təşki edir. Azərbaycan nağılları içərisində  uşaq 
nağılları özünəməxsus tutuma malikdir. Şifahi xalq 
yaradıcılığının az öyrənilmiş sahələrindən biri də  uşaq 


329 
nağıllarıdır. Uşaq nağılları  şərti xarakter daşıyır.  Əslində 
bütün nağıllar uşaqlar üçündür. Sadəcə olaraq uşaqların 
yaş qrupuna uyğun olaraq nağıllar seçilir və onlara 
söylənilir. Məsələn, böyük yaşlı  uşaqlar sehirli nağıllara 
həvəslə qulaq asırlar, kiçik yaşlı  uşaqlar isə sehirli 
nağılların süjetindən qorxuya düşərək belə nağılların 
söylənməsini istəmirlər. Belə olduğu halda onların 
xoşuna heyvanlar haqqında olan nağıllar gəlir. Heyvanlar 
aləmindən bəhs edən alleqorik nağıllar balaca uşaqların 
yaş xüsusiyyətlərini nəzərə almaqla bərabər, heç bir 
qorxu yaratmadan onları heyvanlar aləminin sirləri ilə 
tanış edir. Alleqorik nağılların həm də əsas xüsusiyyətini 
insanların arasında baş verən hadisələrin heyvanlar 
aləminə köçürülməsi təşkil edir. Belə nağıllarda 
heyvanlar insan kimi dil açır, insan xasiyyətinə malik 
olur, bir sözlə,  şəxsləndirilmiş  şəkildə  uşaqlara təqdim 
olunur. Uşaqlar alleqorik nağıllara ona görə  həvəslə 
qulaq asırlar ki, belə nağıllar yığcam olur, onu yormur
heyvanlar onlar üçün maraqlı olan dildə danışdırılır.  
Vaxtilə nağıllar böyüklərin dünyagörüşünü və 
marağını  əks etdirirdi. Buna görə  də nağılları uzun qış 
gecələrində  əhalinin toplaşdığı el məclislərində 
söyləyicilər ifa edirdilər. Daha sonralar nağıllar söyləyici 
repertuarında fərdiləşərək söylənməyə başladı.  Əgər 
böyüklər üçün sehirli nağıllar söylənilirdisə, ortayaşlı 
dinləyicilər üçün heyvanlar haqqında nağıllar, məişət 
nağılları repertuara daxil edilirdi. Uşaqlar üçün söylənən 
nağıllar isə onların zövqünə  və dünyagörüşünə uyğun 
olaraq söylənilirdi. Uşaqlar üçün söylənən nağıllarda əsas 
motivlər maraqlı, bəsit  şəkildə, sadə kompozisiyada və 
sadə bir dildə danışılırdı. B.Həsənli uşaq nağıllarının 
dilinin sadə, aydın, mürəkkəb məcazlara, cümlələrə yol 
verilmədiyini yazır (31, s.19). 
Uşaq nağıllarında  əsas ideya və  məqsəd balaca 


330 
dinləyiciləri böyüklərin yaşadığı mühiti, onun 
ziddiyyətlərini anlaşıqlı  şəkildə, uşağın başa düşəcəyi 
dildə alleqorik və heyvan obrazları vasitəsilə başa 
salmaqdan ibarətdir. 
Uşaq nağıllarında iki əsas qüvvə  iştirak edir. 
Onlardan birincisi zülmün, şərin təmsilçisi olan mənfi 
qüvvələr, ikincisi haqqın,  ədalətin tərəfində dayanan 
müsbət qüvvələr. Biz hər hansı bir uşaq nağılını götürsək, 
orada alleqorik obrazların bu iki formada bir-biri ilə 
mübarizə apardığını görərik. Onu da deyək ki, uşaq 
nağılları özləri yaş qruplarına görə növlərə bölünür. 
Uşaqların mənimsəmə qabiliyyətindən asılı olaraq uşaq 
nağılları repertuara daxil edilir.  
Azərbaycan nağılları içərisində  uşaq nağılları öz 
tematikasına görə xüsusilə seçilir. Uşaq nağılları ümumi 
nağıl prinsipləri ilə  təsnif olunmur, onun özünəməxsus 
janr prinsipləri vardır. Həmin janr prinsiplərindən çıxış 
edərək uşaq nağıllarını  uşaqların yaş səviyyəsinə uyğun 
olaraq təsnif etmək daha məqsədə uyğundur. Təxmini 
bölgü əsasında uşaq nağıllarını belə qruplaşdırmaq olar: 
1.
 
Kiçikyaşlı uşaqlar üçün nağıllar; 
2.
 
Məktəbyaşlı uşaqlar üçün nağıllar. 
Kiçikyaşlı  uşaqlar üçün olan nağılların özü də yaş 
qrupuna görə bir neçə qrupa ayrıla bilər. Yaşı lap az olan 
balaca uşaqların dünyagörüşünü nəzərə alıb “Cik-cik 
xanım”, “Sərçə” və s. nağılları söyləyici repertuarına 
daxil etmək olar. Belə nağıllarda uşaq dünyasına təsir edə 
biləcək təbiət haqqında bilgilər vardır. 
Nağılların yaş  səviyyəsi artdıqca uşaq nağılları da 
məzmununa görə  dəyişir. Be, həm də  uşaqların maraq 
dairəsindən asılıdır. Uşaqları daha çox maraqlandıran 
heyvanlar aləmindən bəhs edən nağıllardır. Belə 
nağıllarda tülkü, xoruz, qurd, ayı,  şir kimi heyvanlar 
obrazlaşır, müxtəlif məzmunlu nağılların qəhrəmanlarına 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə