RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə90/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

316 
xüsusiyyətlərindəndir. Dörd barmağa ad qoyandan sonra 
5 rəqəminin “əl” sözü ilə  işarə olunması 10-luq, 20-lik 
say sistemində mürəkkəb sayların ifadə olunmasında 
irəliyə doğru bir sıçrayışdır. Sanamalarda birdən beşə 
qədər olan rəqəmlər yeni məna çalarlarına uyğun adlarla 
adlanır, beşinci – çeçələ barmağın balacalığından çıxış 
edib onu “bəbə”, iş görmək qabiliyyəti olmayan uşaq 
adlandırırlar.  
Bundan başqa  əşyaların sayılmasında rəqəmlərin 
qoşalaşdırılması sistemindən də istifadə olunur. Qoşa 
rəqəmin axırıncısının qafiyəsinə və ritminə uyğun olaraq 
gələn söz də bu ritmə tabe olur, obyektlərin 
simvollaşdırılmasına xidmət edir. Məsələn,  bir-iki 
müəyyən sayından sonra gələn söz ikinci rəqəmə qafiyə 
olaraq onun təyininə çevrilir, üç-dörd müəyyən sayından 
sonrakı söz hərəkətin tamamlanmasını ifadə edir. Bu cür 
yolla uşağa sayla başqa nitq hissələri arasındakı rabitənin 
davamlılığı başa salınır. Eyni zamanda sanamada başqa-
başqa adlardan istifadə olunması sayların magik 
xarakterindən xəbər verir. Məsələn, məişətdə toyuqları, 
onların yumurtalarını saymırlar. Bunun toyuğa
yumurtaya  əks təsir göstərə biləcəyini düşünürlər 
(toyuqlar ölə bilər, yumurtadan kəsilə bilər və s.). 
Sayların rəmzlərlə ifadə olunması  uşaq folklorunda 
sanama adlı bir kiçik janrın əsasını təşkil etmişdir. 
Sanamalarla bağlı riyazi təfəkkürdə sağdan sola 
sayılma, yaxud rəqəmlərin yuxarı  həddən aşağı  həddə 
qədər sayılması prinsipinə isə oyunlarda rast gəlinir. 
Məsələn, belə bir sanama-oyunu nəzərdən keçirək. On 
dörd uşaq oyunda iştirak edir. Oyunbaşı onları oyundan 
çıxdaş etmək üçün rəmz-saylardan istifadə edir: iynə-
iynə (1), ucu düymə (2), bal ballıca (3), ballı keçi (4), 
şam ağacı (5), şatır keçi (6), qoz ağacı (7), qotur keçi (8), 
hoppan (9), hoppan (10), yarıl (11), yırtıl (12), su iç (13), 


317 
qurtul (14) deyərək barmağını kimə tuşlayırsa, o çıxmalı 
olur, hər dəfə dövrə qapananda axırıncı saya tuş  gələn 
oyunçu oyundan çıxır. Beləliklə, oyunçular 14, 13, 12, 
11, 10, 9, 8… bu qayda ilə azalırlar.  
 
Düzgülər.  
Uşaq təbiətinə yaxınlığına görə seçilən janrlardan 
biri də düzgülərdir. Tədqiqatçılar düzgülərin ilkin xalq 
poeziyası kimi formalaşdığını qeyd edirlər. Düzgülərdə 
də  əsas  əlamət ritm, alliterasiya, ahəngdir. Belə 
mətnlərdə təşbehlərdən, istiarələrdən, yalanlardan istifadə 
edərək həqiqətlə ziddiyyət qarşılaşdırılır. 
Şifahi xalq poeziyasında düzgülər ilk bədii mətnlər 
kimi qiymətlidir. Düzgülərdə konkret məna, obraz, süjet 
olmasa da, informasiya baxımından qədim insanların 
təbiətə münasibətini, ilkin əmək prosesinin 
xüsusiyyətlərini görürük. Həm də düzgülər  əmək 
prosesinin başlanğıcında  əməyin ağırlığını yaddan 
çıxartmağa xidmət edən  şeir növü kimi qiymətləndirilir. 
Düzgülərin söylənməsində bir rabitəsizlik, heca vəzninin 
pozulması da hiss olunur. Misralar arasında məna, 
məzmun yaxınlığı yoxdur və s. A.Nəbiyev nağılın 
əvvəlində deyilən pişrovları da düzgülər sırasına  əlavə 
edir və qeyd edir ki, belə düzgülərdə poetikliklə yanaşı, 
yalan ünsürü də çox güclüdür. O, belə  mətnlərin poetik 
üslubda deyilmiş yalanlar əsasında yarandığını güman 
edir. Məsələn, nağılın  əvvəlində deyilmiş “hamam 
hamam içində, xəlbir saman içində” misralarını yalan 
elementləri üzərində qurulmuş  mətn tipi kimi düzgü 
adlandırır. Düzgülərin  əksəriyyətində ibtidai insanların 
kosmoqonik görüşlərinin poetik dərki təsvir olunur. 
Məsələn, “Üşüdüm, ha üşüdüm” düzgüsündə 
kosmoqonik təsəvvürlərin inikası insanın özünün poetik 
obrazı vasitəsilə  dərk olunur. O, düzgüdə dünyanın 


318 
obrazlaşdırılmış  mənzərəsini görür, onun elementlərinin 
bir-biri ilə əlaqədə olduğunu müşahidə edir. İnsan özünü 
düzgü vasitəsilə orada təsvir olunan proseslərin iştirakçısı 
hesab edir. Ancaq pişrovların sadalanmasında insan – 
düzgü  əlaqələri insan – kosmos – zaman – məkan 
əlaqələri  şəklində daha da aktuallaşdırılır. Burada motiv 
zamana və  məkana tabe edilir. A.Nəbiyev insan və 
zaman-məkan münasibətlərini bu düzgüdə (pişrovda) 
“hamam hamam içində” (zaman) “xəlbir saman içində” 
(məkan), “dəvə  dəlləklik eylər” (insan), “köhnə hamam 
içində” (zaman və 
məkanın qovuşuğu) kimi 
fərqləndirərək bu münasibətləri rabitəli komponentlər 
(“hamam hamam içində” “köhnə hamam içində” 
elementləri) kimi qiymətləndirir. Rabitəsiz komponentlər 
isə (ilk baxışda rabitəsiz görünür, ancaq xəlbirin 
dairəviliyi dünyanı, kainatı, saman isə insanları 
rəmzləşdirdiyindən burada insan – kosmos əlaqələri 
vardır) “xəlbir saman içində” formulunda ziddiyyətin, 
əksliyin mövcud olmasında (əslində saman xəlbirin 
içində olar) duyulur, ara komponentin (“dəvə  dəlləklik 
eylər”) məntiqi isə insanların bu fani dünyada 
obrazlaşmış surəti və  səciyyəsini, xarakterini göstərir. 
A.Nəbiyev özü də qeyd edir ki, düzgülərdə bir sıra 
hallarda rabitəli və ara komponentlər iştirak etmir, təkcə 
rabitəsiz komponentlərin  əsasında yalan ünsürünə 
əsaslanan düzgü mətni yaranır. Buradan belə  nəticə 
çıxarmaq olar ki, hər üç kompoenentin iştirakı ilə düzələn 
düzgülər yalanı  əks etdirməklə yanaşı  ən kamil poetik 
mətnə çevrilirlər. 
 
Acıtmalar.  
Uşaqların dünyagörüşünə müsbət təsir edən 
janrlardan biri də acıtmalardır. Bu janrın əsas xüsusiyyəti 
qarşı  tərəfi həm acıqlandırmaq, həm də  uşaqların 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə