RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə87/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

305 
İkinci inkişaf yolu fərdi yaradıcılıqla bağlıdır. 
Həyatda  ən çox sevilən, məişətdə insanları  əhatə edən 
heyvan, quş, predmet və s. haqda bir şəxsin qoşduğu 
bədii nümunənin cilalanaraq hamı tərəfindən qəbul edilən 
şəklə salınması  nəticəsində meydana çıxan nümunələr 
uşaq folklorunun inkişafında  əhəmiyyətli rol oynaya 
bilər. Bura uşaq şairlərinin şeirləri də daxil ola bilir. 
Uşaq folklorunda əsas obyekt uşaqdır, uşaq 
folklorunun özünəməxsus özəllikləri, obyekti, mövzusu 
vardır. Bütün bu xüsusiyyətlər onun janryaratma 
qabiliyyətini də üzə  çıxarmağa kömək edir. Janrlar isə 
lirik, epik və dramatik üslublar içində formalaşır. Bu 
üslublarda yaranan janrlar bir-birindən tamamilə 
fərqlənir, həm  şəkli cəhətdən, üslub cəhətdən, həm də 
forma cəhətdən janrları bir-birindən asanlıqla 
fərqləndirmək olur. Uşaq folklorunda köhnə janrlar yeni 
janrları da əmələ gətirə bilir. Lirik və epik üslubda janrlar 
müxtəlif tipli janrlar silsiləsini formalaşdırır, dramatik 
üslubun janrları bir tipli nümunələri  əhatə edir. Bunlar, 
əsasən, oyunlardır. Epik üslubda isə janryaratma zəif hiss 
olunur. Epik üslubun janryaratma funksiyası lirik və 
dramatik üslub arasında ortaq, müştərək mövqeyin 
yaranması ilə xüsusiləşir, belə janrların xüsusiyyətinə 
həm lirik, həm də dramatik üslubda nümunələr yaratmaq 
qabiliyyəti daxildir. Bu tipli janrın izlərini uşaq 
nağıllarının da içərisində araya bilərik. Bu isə onu 
göstərir ki, uşaq folkloru janrları ilə folklor janrları 
arasında qarşılıqlı  əlaqə  də mövcuddur. Uşaq folkloru 
janrlarına iri janrların tərkibində  də rast gəlmək müm-
kündür. Məsələn, nağılın içində laylaya, oxşamaya rast 
gəlinməsi janrlararası  əlaqəni tədqiq etmək üçün yetərli 
ola bilər. Nağılın içində sabitləşən uşaq folkloru daha 
arxaik ibtidai təsəvvürü əks etdirdiyindən onun nağıldan 
ayrılaraq müstəqil janr kimi formalaşmasını və böyüklər 


306 
tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə 
ötürüldüyünü güman etmək olar. “Uşaq folklorunun janr 
sistemi göstərir ki, ümumiyyətlə, xalq yaradıcılığının 
janrlar sistemində bir törəmə qanunauyğunluğu 
mövcuddur” (59, s.20). Həmin qanunauyğunluğu nəzərə 
alaraq,  əvvəlcə kiçik janrların yaranmasını, bir janrdan 
başqa bir janrın törəməsini, sonra onların bir-birini 
assimilyasiya edərək paralel yaşadıqlarını, yeni janrların 
bu yolla əmələ  gəlməsini görmək olar. Beləliklə, janrlar 
zəncirvari yolla bir-birini törədə-törədə 
ağız 
ədəbiyyatının janr sistemini əmələ gətirmişlər. Buna görə 
də  ağız  ədəbiyyatının inkişaf yollarını öyrənmək üçün 
kiçik janrları tədqiqata cəlb etmək lazımdır. Çünki ibtidai 
insanların bədii  şüuru ilk dövrlərdə kiçik ölçülü bədii 
parçaları yaratmağa qabil olmuşdur, sonradan mürəkkəb 
tərkibli söz və ifadələrdən istifadə olunması praktikası 
özünü göstərmişdir. Beləliklə, təsəvvür etmək olar ki, 
uşaq folklorunun bir sıra janrları vaxtilə böyüklər 
tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə verilmişdir 
(59, s.20). 
Azərbaycan uşaq folklorunun janrlarını bir-biri ilə 
birləşdirən  əlaqələr mövcuddur. Bu janrları qruplar 
şəklində birləşdirsək, oxşamalar, arzulamalar, 
əzizləmələr və laylaları bir-birinə yaxın, sanamaları, uşaq 
nəğmələrini, düzgüləri, acıtmaları da bir-birinə yaxın 
qruplar, yanıltmacları, tapmacaları  və  uşaq nağıllarını 
müstəqil qruplar kimi ayırmaq olar. 
Azərbaycan uşaq folklorunun araşdırıcısı kimi 
Azad Nəbiyevi,  Qara Namazovu, Zahid Xəlilovu, 
Ramazan Qafarlını  və başqalarını göstərmək olar. Bu 
araşdırmaçıların elmi fəaliyyətində  uşaq folklorunun 
obyekti, nümunələri, janr, ideya, məzmun xüsusiyyətləri 
aparıcı yer tutur. Əksər tədqiqatlarda oyunlarla 
əlaqələndirilən, oyunlardan kənar və oyunlar daxilində 


307 
götürülən uşaq folklorunun bir çox nümunəsi janr 
xüsusiyyəti nəzərə alınmadan təhlil edilmişdir. 
Azərbaycan uşaq folklorunun həm lirik, həm epik, həm 
də dramatik üslublar üzrə yarandığını, janr əmələ 
gətirdiyini görürük. Burasını da qeyd etmək lazımdır ki, 
uşaq folklorunun janr tərkibini  əvvəlcə kiçik janrlar 
əmələ gətirmişdir. Kiçik janrlar sadə olduğuna görə onun 
başa düşülməsi də asan olmuşdur. Zaman fasiləsi 
nəticəsində  uşaq folkloru bədii təfəkkürün geniş 
formaları ilə zənginləşmişdir.  
Bəşəriyyətin uşaqlıq çağı folklordan başlayır. Xalq 
folklorunu öyrənə-öyrənə yaşa dolur. Bu yaşa dolma 
prosesində folklor cilalanır, yaşlıların sinəsinin  əzbəri 
olur. Onlar folklor nümunələrini nəvələrinə danışdıqca 
folklor da uşaqlarla bir yerdə  uşaqlaşır, uşağın 
yaddaşında təzədən yaşamağa başlayır. Danışılan hər bir 
folklor nümunəsi uşağın milli ruhda böyüməsi üçün vacib 
şərtdir. Bu baxımdan uşaq folklorunun da öyrənilməsi 
günün aktual məsələlərindəndir. Azərbaycanda da uşaq 
folklorunun öyrənilməsinə XIX əsrin axırlarından 
başlanmışdır. Bu sahədə A.O.Çernyayevski, M.Mah-
mudbəyov, F.Ağazadə, R.Əfəndiyev, A.Səhhət, A.Şaiq, 
F.Köçərli böyük işlər görmüşlər. Bu dövrdə uşaq folkloru 
materialları toplanmış, “Məktəb”, “Babayi-Əmir”, 
“Dəbistan”, “Rəhbər” kimi jurnallarda çap edilmişdir. 
1912-ci ildə F.Köçərli “Balalara hədiyyə” kitabını  nəşr 
etdirmişdir. Azərbaycan alimlərindən N.Seyidov, P.Əfən-
diyev, V.Vəliyev, A.Nəbiyev, R.Qafarlı, S.Aslanov, 
S.Axundova və başqaları  uşaq folklorunun toplanması, 
nəşri və tədqiq edilməsində mühüm işlər görmüşlər.  
 
Oxşamalar. 
 Uşaq psixologiyasına təsiretmə mexanizminə görə 
ən çox yaxın olan oxşamalardır. Uşaq folklorunun 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə