RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə85/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

298 
rezonansı göstərmək olar. Belə demək olarsa, yuxu psixi, 
ruhi, fiziki, bioloji və s. proseslərin məhsuludur. 
Yuxugörmənin səbəbləri isə  həddindən artıq çox 
olduğuna görə onun qruplaşdırılması da çətindir.  İnsan 
kosmik varlıq olduğu üçün təbiətdənkənar yuxuları, 
məsələn, “kosmik yuxuları” yuxu – paralel dünya 
ilişgiləri ilə bağlamaq olar. Bu isə  qədim insanın 
təhtəlşüurunda yatıb qalan gen informasiyasının 
doğurduğu  əks-səda kimi maraq doğurur. Yəni ibtidai 
insanın mənşəyinin başqa qalaktikadan olduğunu 
söyləyiriksə, onda belə yuxuların da səbəbi həmin gen 
informasiyasıdır. 
Yuxugörmənin strukturunda bir çox elementlər 
iştirak edir ki, bunların da ən birincisi gözdür. İnsan 
gözünün yuxu prosesində oynadığı rol bu orqanın bir çox 
bizə  məlum olmayan sirləri ilə bağlıdır. Fenomenal bir 
hadisə kimi göz yaddaşının yuxugörmədə oynadığı rol 
hələ açıqlanmamışdır. Ola bilər ki, gözün yaddaşında 
insanın həyatındakı hadisələr müəyyən zaman 
çərçivəsində qorunub saxlansın.  Əgər insanın bioşüuru 
30-40 ilin hadisəsini qoruyub saxlaya bilirsə, bu 
proseslərin gözdə də qalması mümkündür. 
Yuxugörmədə  əsas faktor ruhun fəaliyyətidir. 
İnsan yatarkən yuxugörmə zamanı onun ruhu bədəndən 
ayrılır, məkansızlıq və zamansızlıq  şəraitində dövr edir. 
Bunu təsdiq edən çoxlu folklor mətnləri də vardır. Belə 
mətnlərin birində birisi yuxuda olarkən dostu onun 
burnundan bir milçəyin çıxıb uçduğunu, bir müddətdən 
sonra yenə qayıdıb buruna girdiyini, onu oyadarkən 
yoldaşına yuxu gördüyünü, yuxunun yarımçıq olduğunu 
söyləyir. 
Yuxu zamanı  şüur fəaliyyətdə olmur, insanın 
psixikası şüursuzluq vəziyyətində öz funksiyasını davam 
etdirir. Yuxu zamanı insanın ruhu və  şüuru özündə 


299 
olmursa, deməli, “Dədə Qorqud”da deyildiyi kimi, bu, 
kiçik ölümdür. 
Yuxuya fasiləsizlik və  təkrarlanmaq xassələri 
xasdır. Yuxunun bütün modelləri insan şüurunun alt 
qatında yatıb qalmaqdadır. Bizim gördüyümüz bütün 
yuxuların kiçik modelləri  şüurumuzun alt qatında 
donmuş  vəziyyətindədir. Gündəlik həyatda həmin kiçik 
modellərə uyğun nəsə baş verirsə, alt qatdakı 
modelləşmiş yuxu informasiyası beyinə ötürülür və 
gündüz baş verən hadisəyə uyğun şəkil alır.  
Yuxunun vacib bir funksiyası da xəbərvermədir. 
Yuxu həyatımızda nəyinsə baş verəcəyindən bizi 
xəbərdar edir. Bu isə yuxunun qabaqcadan psixoloji 
dərketmə imkanına bağlı olduğunu göstərir.  
İslam dinində yuxugörmənin izahı tamam başqa 
cürdür. Yuxular Allahın iradəsi ilə insanların yuxusuna 
göndərilir. Onlara həyatda necə yaşamağı başa salır. 
Peyğəmbərimiz (s) Məhəmməd Mustafaya yuxuda 
vəhylər göndərilmişdir ki, bunlar da quranda təsbit 
olunmuşdur. Belə yuxulara peyğəmbər yuxuları da 
deyilir.  
İnsanın gördüyü yuxular rəngarəngdir. Yuxunun  
növləri arasında aydın görünən yuxular və tutqun 
görünən yuxuları da qeyd edə bilərik. Yuxulardakı 
informasiya sıxılmış informasiyadır. Yuxudakı hadisələr 
bəzən insanın həyatında günlərlə davam etsə  də
yuxugörmədə bu prosesin çox qısa zaman ərzində başa 
çatmasının şahidi oluruq. Bu halı daha çox məişətimizlə 
bağlı olan yuxularda hiss edirik. Məişətimizlə bağlı 
olmayan, izahı çətin olan kənar yuxularda isə bu sıxılma 
zamandan kənar olan təsirə əsaslanır. Belə yuxularda da 
sıxılma vardır, lakin bu sıxılmış informasiya daha 
dərinliklərlə bağlı olub, 3-5 qat, bəlkə  də daha artıq 
sıxılmadır. 


300 
Aydın görünən yuxularda sıxılma bir qat ola 
bilirsə, tutqun yuxularda bu sıxılmanın ölçüsü 
dəfələrlədir. Bu cəhətdən, yəni informasiyanın sıxılması 
səbəbindən yuxu ilə mif arasında da bağlılıq görünür. 
Bildiyimiz kimi, mifdə informasiya sıxılmış 
vəziyyətdədir, vaxt ölçüsünə görə  də yuxu ilə mif 
arasında zaman müddəti çox yaxındır. Mifi də söz izah 
edir, yuxunu da sözlə ifadə edirlər. Yuxunun 
fizionomiyası ilə mifin fizionomiyası arasında da bizə 
bəlli olmayan oxşarlıqlar vardır.  
Yuxu sinkretik bir hadisədir.  Əvvəlcə yuxunun 
görülməsi üçün sosial şərtlər hazırlanır. Sonra lazım olan 
bilgilər yuxu informasiyaları şəklində beyinə ötürülür. Bu 
informasiyalar beyində  şəkilləşir və göz yaddaşına veri-
lir, elektromaqnit və ya dalğavari şüalarla əks olunur. Bu, 
yuxunun fiziki quruluşunu təyin edir. Yuxunun maddi-
mənəvi quruluşu isə onun izah olunması, nəyi  əks 
etdirməsi, uğurlu və ya uğursuz olması, söylənməsinin 
mümkün olub-olmaması kimi xüsusiyyətlərlə bağlıdır. 
Yuxu insan şüuruna tabe olmayan fizioloji 
hadisədir. Ruhun ikinci bir fəaliyyət sferası fiziki 
cisimdən ayrılandan sonra doğmalarını pozitiv və neqativ 
hadisələrdən xilas etmək üçün informasiyaları yuxu 
vasitəsilə ötürməsi ilə bağlıdır. Yuxu vasitəsilə verilən bu 
informasiyalar söz materialına çevrildikdən sonra bədii 
təhkiyə yolu ilə folklor mətni şəklini alır. 
Yuxular folklor mətni olsa da, kollektiv yaradıcılıq 
süzgəcindən keçmir və  fərdi xarakter daşıyır və digər 
şifahi xalq yaradıcılığı nümunələrindən ancaq üslubuna 
görə  fərqlənir. O, kollektiv ifadan əvvəlki mərhələnin 
xüsusiyyətlərini saxlayır. 
 


301 
UŞAQ FOLKLORU 
 
Hər bir folklor nümunəsi estetik  zövqün inkişaf 
etdirilməsinə xidmət göstərir. Folklorda estetiklik xüsusi 
kateqoriyadır. Estetik zövqün inkişaf etdirilməsində uşaq 
folkloru da böyük önəm daşıyır. Folklorun böyüklər üçün 
nə dərəcədə estetikliyə malik olması uşaqlara da aid edilə 
bilər. Estetika həm də  tərbiyə ilə bağlıdır. Uşaq 
folklorunun da uşaqların tərbiyəsində rolunun 
müəyyənliyi onun estetiklik dərəcəsindən asılıdır. 
Məsələn, laylanın estetik gözəlliyi onun lirizmində, 
poetikasındadır, ifadə etdiyi mənəvi dəyərlərlə ölçülür.  
Uşaq folklorunun ən zəngin nümunələri lirik, epik 
və dramatik üslublar üzrə yaranmışdır. Uşaq folklorunun 
yaranması, xüsusiyyətləri, üslubu, forması  və s. 
cəhətlərinin öyrənilməsi rus folklorşünaslığında elmi 
təhlilini almışdır.  
Uşaq folkloru nisbi anlayışdır. Belə folklor 
nümunələrini də böyüklər yaradır. Uşaq folkloru adı 
altında sistemləşdirilən bədii yaradıcılıq nümunələrini 
ayırmaq, janr xüsusiyyətlərini tədqiq etmək, üslublar üzrə 
təyin etmək bir qədər çətinlik törədir.  Məsələn, lirik 
üslubda yaradılan uşaq folkloru janrı sadə  xüsusiyyətlərə 
malikdir, amma uşaq oyunlarını hansı üsluba aid etmək, 
onun janr xüsusiyyətlərini tapmaq isə mürəkkəb 
məsələdir. Uşaq oyunlarının xüsusiyyətləri orada primitiv 
də olsa, dramatik ünsürlərin olduğunu aydın göstərir. 
Uşaq oyunları Azərbaycan folklorunda geniş yayılmışdır. 
Buna görə də oyunları ayırarkən belə qənaətə gəlirlər ki, 
həm oyunlarla bağlı bədii mətnlər, həm də bunlardan asılı 
olmayaraq uşaq repertuarında ifa olunan nümunələr 
vardır.  
 Azərbaycan uşaq folklorunun hər üç üslubunda 
uşaqlar üçün janr təsnifatını aparmaq olar. Lakin uşaq 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə