RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə89/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

312 
üslubi məqamlarda bu iki dil faktının bir-birindən 
ayrılması, aralarında məzmun fərqinin yaranması onların 
inkişaf yollarını da ayırmışdır. A.Nəbiyev həm bayatı 
sözünün etimologiyasının açılmasında, həm də layla 
sözünün mənasının incələnməsində vacib olan bir detalı 
göstərir. O, rus folklorşünası V.A.Vasilenkoya istinad 
edərək yazır ki, beşik nəğmələrinin ikinci adı – bayki 
qədim rus dilindəki “баят”, yəni danışmaq, söyləmək 
sözündən əmələ gəlmişdir. “Bayat” feli canlı rus dilində 
XVII əsrə qədər yaşamış, sonra isə o “danışmaq”, “nəql 
etmək” feli ilə əvəz olunmuşdur (58, s.39). Bu məntiqdən 
çıxış edən A.Nəbiyev “bayatı” adının da bayatı demək, 
bayatlamaq felinin xalq arasında qədimlərdə “nəğmə 
oxumaq” mənasına uyğun gəldiyini, “bayatlama” 
sözünün eyni zamanda oxşama,  əzizləmə, layla 
mənasında qəbul edildiyini, 7-lik şeirin yaranmasına 
qədər beşik nəğmələrinin Azərbaycan folklor 
yaradıcılığında 4 – 5, 7 hecalı laylaların yayılmasını 
yazır.  
 
Sanamalar. 
 Uşaq folklorunda diqqət çəkən janrlardan biri də 
sanamalardır. Uşaq sanamaları ilkin təfəkkürün yaratdığı 
poetik formadır. Sanama vasitəsilə mal-qaranı, 
heyvanları xüsusi simvollarla sayan əcdadlarımız 
rəqəmlərin poetik xüsusiyyətlərini, ifadə etdiyi mənaları, 
uşaq yaddaşının möhkəmləndirilməsindəki rolunu 
topladığı mətnlər əsasında vermişdir. 
Ən ibtidai çağlarda qədim insanlar sayı öyrənənə  
qədər özlərinin bədii təfəkkürünün imkanlarından istifadə 
edərək təbiətdə qarşılaşdıqları  şeyləri barmaqla 
hesablamağı öyrənirdilər. Sonradan insanlar say sistemini 
tam mənimsədikdən sonra poetikləşdirdikləri təbiətdəki 
əşyaların, hər hansı bir predmetm poetik adını ibtidai say 


313 
əmələ  gətirmədə istifadə etdikdən sonra da ona biganə 
qalmamış, müxtəlif məqsədlər üçün yararlanmağa 
çalışmışlar. Sayların poetikləşdirilməsi ritual xarakterli 
oyunlarda sanamada istifadə olunmasına ilkin 
səbəblərdən biri kimi baxmağa imkan verir. Məsələn, ilk 
insanlar barmaqlarının sayını 
 
Baş barmaq 
Başala barmaq 
Uzun Hacı  
Qıl turacı 
Xırtaca bacı  
 
– deməklə bir-birindən fərqləndirə bilərdilər. Beləcə 
barmaqlara ölçüsünə görə ad qoyulması onun poetik adı 
ilə uyğunlaşdırılmışdır. 
Mətndən görünür ki, ibtidai insanlar ilk dövrlərdə 
birdən beşə  qədər saymağı öyrənmişlər. Digər bir 
sanamada riyazi əməllərin ibtidai təfəkkürdə poetik 
sözlərlə işarələnməsi bildirilir. Məsələn, 
 
Bu vurdu (çıxma) və ya (vurma) 
Bu tutdu (vurma) və ya (toplama) 
Bu bişirdi (toplama) və ya (çıxma) 
Bu yedi (bölmə)  və (bölünmə) 
Vay – bəbəyə qalmadı (sıfır) 
 –  misralarının poetik qəlibləri vasitəsilə 4 riyazi əməlin 
nəticəsinin sıfıra bərabər olması görünür: (1-1) ּ (1+1) : 1 
= 0, yaxud 1·1+1-1:1=0. 
Nəzər yetirdikdə 
rəqəmlərlə ifadə olunan 
sanamaların poetik mətninin riyazi mifologiya üçün 
dəyərli materiallar verdiyini görürük. Yenə  mətnə 
müraciət edək: 
 
Bir-iki                         Yeddi-səkkiz 
Bildirki                        Firəngiz 


314 
Üç-dörd                       Doqquz-on 
Qapını ört                    Qırmızı don 
Beş-altı 
Daş altı  
 
Göründüyü kimi, bu poetik mətndə saylar 
qoşalanmışdır. Bir-iki bildirki, yəni köhnə  məzmununu 
verir, üç-dörd – ilk insanlar 4-ə qədər rahat saya biliblər – 
qapını ört simvolu ilə bu rəqəmlərin yaddaşda asan 
qaldığını başa düşüblər. Beş-altı çətin başa düşülmüşdür 
– yəni daş altındadır. Yeddi-səkkiz rəqəmi Firəngiz adı 
ilə qafiyələnib, doqquz-on isə  qızmızı dona bərabərdir, 
burada məcazi məna duyulur. Bir günəş tsiklinin dairəvi 
olaraq 9-cu nöqtəsindən 10-cu nöqtəyə çıxışı olanda odlu 
kürədə temperatur artacaq, Yer kürəsi qırmızı alova 
bürünəcəkdir. Poetik mətndəki qoşa rəqəmlər ilk 
saylardakı rəmzlərlə birbaşa bağlıdır. “Sonradan bütün bu 
rəmzi mənalar unudulmuş, lakin yaranan poetik parçalar 
uşaq folklorunda sanamalar kimi yaşamışdır” (55, s.31). 
A.Nəbiyev yazır ki, sanamalarda rast gəldiyimiz “bir-iki 
bildirki”, “üç-dörd qapını ört” anlayışları da bu 
təsəvvürlərlə bağlı yaranmışdır. 
Sanamalarda sayların məcazi ifadələrlə 
sadalanmasını başqa bir yozumda da yozmaq olar. Bu da 
ilk insanın öz məhsulunu, inəyini, qoyununu və s. 
sayarkən onu bəd-nəzərdən,  şər qüvvələrdən qorumaq, 
onları aldatmaq məqsədilə etdiyi bədii priyomudur. 
Məhsulun sayı artdıqca insanla təbiət arasında bu cür 
“razılaşma” onun bədii təxəyyülünün məhsulu kimi 
təhtəlşüurundan başqa bir şey deyildir: Doxsan bir – 
torpaqdır, doxsan iki yarpaqdır, doxsan üç – addır, 
doxsan dörd oddur, doxsan beş baladır, doxsan altı 
bəladır, doxsan yeddi dünyadı, doxsan səkkiz röyadı, 
doxsan doqquz səsdir, yüz bəsdir (59, s.32). 
A.Nəbiyev qoşalaşdırma yolu ilə yaradılan 


315 
sanamaların ikili xarakterini göstərir. “Birincisi odur ki, 
daha qədimlərdən insanlar say sistemini öyrənmək 
məqsədilə sanamaları yaratmışlar. Ayrı-ayrı say 
sistemlərini, daha doğrusu, rəqəmləri yadda saxlamaq 
üçün bu rəqəmlərin arxasına təbiətdəki müəyyən əşyalar 
əlavə olunmuş və beləliklə insanın təfəkkür hüdudlarının 
genişlənməsi yolu ilə say sistemləri yadda saxlanmışdır”  
(59, s.32 – 33). 
Sanamaların xarakterik xüsusiyyəti ondan ibarətdir 
ki, ondan müəyyən oyunlarda istifadə edilir. Oyunda 
uşaqlardan kimi isə çıxdaş etmək istədikdə poetik rəmzi 
sanamalardan istifadə olunur. Axırıncı  rəmz dövrədə 
kimin üzərinə düşsə o çıxır. Sanamaların yaddaşın inkişaf 
etdirilməsində böyük rolu vardır. Oyundaxili sanamada 
uşaqların yaddaşını təbiətdəki əşyaların xüsusiyyətləri ilə 
tanış etmək məqsədi də güdülür. 
Azərbaycan uşaq folklorunda sanamaların 
öyrənilməsi uşaq təfəkkürünün nəyə qadir olmasını 
araşdırmaqda çox əhəmiyyətli ola bilər. Sanamalar 
saylarla bağlıdır. ibtidai insanlar sanama vasitəsilə 
təbiətdəki predmetlərin sayını, rəngini, ölçüsünü
keyfiyyətini və s. müəyyənləşdirir, bu vaxt sözün poetik 
imkanlarından istifadə edirdilər. Xüsusi məcazlar sistemi 
vasitəsilə sanamalar bədii şəkil alır, həm də riyazi dəyər 
qazanırdı. Məsələn, uşaq barmaqlarını sayanda çeçələ 
barmağı ilə “bu vurdu”, gəlin barmağı ilə “bu tutdu”, orta 
barmaqla “bu bişirdi”,  şəhadət barmağı ilə “bu yedi” 
deyirsə, beşinci barmağa heç nəyin qalmaması  qədim 
insanların ibtidai riyazi təfəkküründə “1+2+3+4”-dən 
sonra yeni işarənin sıfır olmasını  və riyazi ardıcıllıqla 
artmasını göstərir (4=0, 5=1 və 9=0, 10=1). 
Sanamalardan uşaqların yaddaşını möhkəmlətmək üçün 
istifadə edirlər. Sanamalarda barmaqlara ad qoyulması 
qədim türklərdə istifadə olunan termin – istilahların ilk 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə