140
Nəsirəddin vaxt itirmədən işə başladı. Göstəriş verdi ki,
riyaziyyata və astronomiyaya aid olan bütün kitablar (o
cümlədən, hücumlar vaxtı İrandan və İraqdan oğurlanmış
kitablar) axtarılıb tapılsın və təcili Marağaya göndərilsin.
Bu məsələlərə nəzarən etmək üçün Nəsirəddin sonralar
daha bir neçə dəfə Bağdada gəlmişdi.
Nəsirəddin alimlərin axtarışı ilə də ciddi məşğul olurdu.
Mənbələrə arxalanıb deyə bilərik ki, Bağdaddan Marağaya
özü ilə Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəci
(təxəllüsü İbn əl-Bəvvab əl-Bağdadi əl-Katib), Amidəddin
Əbül-Fədail Saib ibn İzəddin Məhəmməd ibn Abdin Əs-
Səlmi əl-Ömüdəddin Münəccim Bağdadini, Nəcməddin ibn
Huab Bağdadini, Kəmaləddin Sufi Bağdadi Əbu Əzizi,
Qavaməddin Bağdadini və 14 yaşında əl-Füvati əl-Bağda-
dini gətirmişdi. Əl-Füvatini Nəsirəddin öz himayəsinə
götürmüş, ona fars dilini öyrətmişdi. Sonralar əl-Füvati
fəlsəfə elminə yiyələnmiş və Marağa rəsədxanasının kitab-
xanasında xəzinədar işləmişdir.
1
Bir çox mənbələrin araşdırılması nəticəsində Marağa
rəsədxanasında çalışan bir neçə tanınmış və nüfuzlu
mütəxəssislərin adları aşkar edilmişdir.
1
A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad”
İslam araşdırmaları mərkəzi, 1996. səh. 94
141
1. Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən
Nəsirəddin Tusi
2. Fəxrəddin Əbülqasim Əhməd ibn Mühəmməd ibn
Mühəmməd ibn Həsən Tusi Maraği
3. Qütbəddin Əbussəna Mahmud ibn Məsud ibn əl-
Müslix əş-Şirazi
4. Qriqori Əbül Fərəc Bar-Ebreus (Suriya)
5. Müəyyidəddin ibn Burayk ibn əl-Mübarək əl-Əmiri
Ordi
6. Nəcməddin Əbül Həsən Əli ibn Umar ibn Əli əl-
Katibi Dəbirani
7. Hiduşah ibn Səncər Naxçıvani (“Sələflərin təcrübə-
si” əsərinin müəllifi)
8. Fəxrəddin Əbülfaz Əbdül Əziz ibn Əbdül Cabbar ibn
əl-İxlati (Gürcüstan)
9. Fəxrəddin Əhməd ibn Osman Əmin ət-Tusi əl-
Marağayi (İraq)
10. Məhiəddin Məğribi (İspaniya)
11. Damğanlı Mahmud Nəcməddin Üstürlabi
12. Hüsaməddin əş-Şami
13. Hüsaməddin Təbrizi
14. Sədrəddin Əbülhəsən Əli Nəsir Tusi
15. Səfiəddin Əbülmömin Ürməvi
142
16. Fəxrəddin Əbu Məsud Mənsur ibn Məhəmməd ibn
Məhəmməd ibn Mənsur əl-Kaziruni
17. İbn əl-Bəvvab əl-Bağdadi Nəcməddin əl-Katib
18.Amidəddin Əbül-Fədail Saib ibn İzəddin Məhəmməd
ibn Abdin Əs-Səlmi əl Ömüdəddin Münəccim Bağdadi
19. Fəxrəddin Əbül Həsən Məhəmməd ibn əl-Həsən əs-
Səcazi
20. Fəxrəddin Əbül Fəth Məhəmməd ibn Camaləddin
Əhməd ibn İsa əl-Qəznəvi
21.Fəxrəddin Əbülleys Fəth Məhəmməd ibn Əbdülməlik
ibn Əbülxaris ibn Sumaym əl-Maraqi
22. Nəcməddin ibn Huab Bağdadi
23. Kəmaləddin Sufi Bağdadi Əbu Əziz
24. Fao Mun-Çi (Çin)
25. İsa Monqol (Monqolustan)
26. Taqiəddin Əli Həşşaşi (İran)
27. Nəfisəddin ben Tolayib
28. Şeyx Kəmaləddin əl-İyqi
29. Nəsrani Səfiəddin oğlu
30. Şəmsəddin Mühəmməd əl-Ordi
31. Mühəmməd ben Müəyyidəddin Ordi
32. Cəmaləddin az Zeydi Buxari (Xorezm)
33. Möhiəddin Kamal
34. Abi Şükr Məğribi
143
35. İbn əl-Füvati
36. Nizaməddin ən-Naysaburi
37. Əsiləddin əl-Həsən ət-Tusi
38.Fəxrəddin Əbül Həsən Əli ibn Heydər ibn Əli ət-Tusi
39. Kəvaməddin Əbu Səd Abdallah ibn Əbdürrəhman əl-
Yazari
40. Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasi
41. Kamal əd-Dövlə ibn əd-Dai
42. Şəmsəddin əş-Şirvani
43. Möhyəddin Əş-Şirvani
44. Kəmaləddin Əflatun Hindi (Hindistan)
45. Əlaəddin Süleyman əl Multani (Hindistan)
46. İzəddin Əbülfəz ibn Yəhya
47. İzəddin Toğrul ibn Səncər
48. Məcdəddin Əbülfutuh Əbdüləziz ibn Haşim əş-
Şəhrabani
49. İmadəddin Əbu Tahir əl-Müsayyib ibn Fəxrəddin Əli
ibn Hüseyn əd-Damqani
50. Fəxrəddin Əbül Abbas Əhməd ibn Məhəmməd ibn
Yunis əl-Əmiri
Onu da xüsusilə qeyd etmək istəyirəm ki, rəsədxana
fəaliyyət göstərən zaman oraya həm Azərbaycanda, həm də
144
yaxın regionlardan çox məşhur şəxsiyyətlər gəlmiş və elm
ocağının alimləri ilə müxtəlif səpkili görüşlər aparmışlar.
On il boyunca kitabxananın qoruyucusu və açarcısı ol-
muş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı
əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin
adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər
variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə
qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı
çəkilir...
Rəsədxanadan danışan Əs Səfədi “Əl-Favi bilvəfayat”
adlı əsərində yazır: “Şəmsəddin əl-Cəzəri Həsən ibn əl-
Həkimə əl-İbrahimlinin dilindən xəbər verir: Mən Marağa-
ya getdim və o rəsədxanaya baxdım (Sədrəddin Əli ibn
Xacə Nəsirəddin Tusinin rəhbərlik etdiyi rəsədxana). O,
gənc və ləyaqətli bir alim, nücumun və fars şeirinin bilicisi
idi. Mən orada Şəmsəddin Mühəmməd əl-Ordi, Şəmsəddin
əş-Şirvani, şeyx Kəmaləddin əl-İyqi, Hüsaməddin əş-
Şamini də gördüm”.
1
Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam
ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən
istifadə edərək, köçürücü funksiyasını yerinə yetirmişdilər.
1
B. Rzayev. Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən –
Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 78
Dostları ilə paylaş: |