62
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
§ Ş.MONTESKYÖ QANUNLARININ RUHU
VƏ J.J.RUSSONUN İCTİMAİ MÜQAVİLƏSİ
Yeni dövrün Qərb demokratiyasının əsasını Maarifçilik epo-
xasının iki ən böyük nümayəndəsinin – Şarl Monteskyönün və
Jan Jak Russonun baxışları təşkil edir. Fransız filosofu, tarixçi,
hüquqşünas, XVIII əsr maarifçilərinin yaşlı nəslinin nümayən-
dəsi Şarl Lui Monteskyö (1689-1755) Fransa burjuaziyasının
mötədil müxalif dairələrinə qoşulmuşdu, feodal qaydalarına,
mütləqiyyətə və feodal-klerikal ideologiyasına qarşı çıxırdı. O,
“mantiya zadəganları”na, yüksək məhkəmə məmurlarına
mənsub olan qədim əsilzadə ailəsində doğulmuşdu. T.Hobbsun
irəli sürdüyü və indiyədək aktual olan hakimiyyət bölgüsü
nəzəriyyəsini məhz Monteskyö inkişaf etdirmişdir.
Yeni dövr siyasi fəlsəfəsinin digər nümayəndəsi Jan Jak
Russo (1712-1778) sosial ədalət uğrunda alovlu mübariz,
Böyük Fransa inqilabı ideologiyasının istər-istəməz əsası
olmuş fəlsəfi-siyasi traktatların müəllifidir.
Azadfikirli və feodal-mütləqiyyət rejiminin tənqidçisi ki-
mi tanınan, “İran məktubları” romanının (1721-ci il) Hollan-
diyada anonim nəşrindən sonra onun müəllifi olduğunu eti-
raf edən Monteskyö, həm də geniş ədəbi şöhrət qazanmışdır.
Monteskyö “İran məktubları”nda uydurma fars səyyahlarının
dili ilə Fransadakı mövcud qaydaları, siyasi özbaşınalığı,
XIV Lüdovikin sarayındakı əxlaqsızlığı, tamahkarlığı,
azadlığın qəddarcasına boğulmasını və kilsənin yadfikirlilərə
divan tutmasını çox ustalıqla masqaraya qoyurdu. Müəllif öz
etiraz səsini təkcə krala qarşı deyil, o vaxtlar katolik
irticasının mərkəzi olan Vatikana qarşı da ucaldırdı.
63
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
“Qanunların ruhu haqqında” traktat (1748-ci il) Montes-
kyönün yekun fəlsəfi əsəri olmuşdur. Burada o, öz fəlsəfi,
sosial, hüquqi, iqtisadi və tarixi baxışlarını ümumiləşdirərək
sistem halına salmışdır. Müasirlərinin etirafına görə,
Ş.Monteskyönün kitabı bütün mütərəqqi ruhlu fransızların
“başını gicəlləndirmiş” və Sorbonna (Paris Universiteti)
irticaçıları və Vatikan ruhaniləri tərəfindən pislənmişdir.
Monteskyö əsərində yazır ki, digər xilqətlər kimi, insan da
daim qanunlarla idarə olunur, amma eyni zamanda, “ağıl-
kamal verilmiş məxluq kimi o, Allahın qoyduğu qanunları
durmadan pozur və özünün müəyyən etdiyi qanunları dəyiş-
dirir”
1
. Monteskyönün fikrincə, insan Allahın qoyduğu, filo-
sofların təyin etdikləri və qanunvericilərin yaratdıqları qa-
nunların daim təsiri altındadır.
Hobbsun “hamının hamıya qarşı müharibəsi”nin ziddinə
olaraq, Monteskyö insan həyatının dörd təbii qanununu irəli
sürür. O, ilk növbədə, insanın əmin-amanlıq şəraitində yaşa-
mağa çalışmasını, ikincisi, özünə qida əldə etməyə çalışma-
sını, üçüncüsü, insanların bir-biri ilə ünsiyyətdə olmağa səy
göstərməsini, yəni “bir adamın digərinə ünvanlanmış xahişi-
ni” fərqləndirir. Nəhayət, Monteskyö insanın cəmiyyətdə
yaşamaq istəyini dördüncü təbii qanun adlandırır. Məhz
cəmiyyətdə yaşamaq dövlət idarəçiliyi formalarını yaradır.
Bu kontekstdə filosof idarəetmənin üç formasını – respubli-
ka, monarxiya və istibdad formalarını vurğulayaraq izah edir
ki, “respublika idarəetmə üsulunda ali hakimiyyət ya bütün
xalqın, yaxud da onun bir qisminin əlində olur; monarxiya
üsulunda idarəetmə bir nəfərin əlində olur, lakin o, müəyyən
edilmiş dəyişməz qanunlar vasitəsilə idarə edir; istibdad
1
Ш.Монтескье. О духе законов, книга 2, глава 1.
64
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
üsul-idarəsində isə heç bir qanun və qayda olmadan, hər şey
bir şəxsin iradəsi və istəyi ilə gedir”
1
.
Monteskyönün yazdığı kimi, demokratik idarəetmənin
əsas prinsipi ondadır ki, “xalq öz müvəkkillərini, yəni
dövlətin vəzifəli şəxslərini özü seçir”
2
. Monteskyö xalqı öz
hakimiyyətinin bir hissəsini verməli olduğu şəxslərdən birini
seçməyə qadir olan ən yaxşı seçici hesab edir.
Hamıya məlumdur ki, demokratiyanın əsası açıq və şəffaf
səsvermədədir. Hələ Siseron deyirdi ki, Roma Respublika-
sındakı gizli səsvermələr onun süqutunun başlıca səbəblərin-
dən biri olmuşdur. Monteskyö səsvermə barədə yazır: “Seçki
bülletenlərinin verilməsi formasının özünü müəyyənləşdirən
qanun... demokratiyanın əsas qanunları sırasına aiddir”
3
.
Lokk kimi, Monteskyö də hesab edir ki, “qanunları qəbul
etmək səlahiyyətinin ancaq xalqa məxsus olduğunu nəzərdə
tutan qanun da demokratiyanın əsas qanunlarına aiddir”
4
.
Monteskyö hesab edirdi ki, idarəetmənin monarxiya for-
masında demokratik rəhbərlik zəruridir, lakin eyni zamanda,
onun qanunları qoruyan təsisatlara ehtiyacı var. “Zadəganlara
xas avamlıq, onların mülki hakimiyyətə diqqətsizliyi və nif-
rəti elə bir idarənin olmasını zəruri edir ki, o, daim qanunları
onların məhv ola biləcəyi unutqanlıq zülmətindən çıxarar-
dı”
5
. İstibdad üsul-idarəsi olan dövlətlərdə belə idarələr
yoxdur, çünki orada qanunun hökmranlığı prioritet deyildir.
Ona görə də belə dövlətlərdə qanunçuluğun qorunmasında
əsas rol çox vaxt dinə, bəzən isə adətlərə keçir.
1
Ш.Монтескье. О духе законов, книга 2, глава 1.
2
Yenə orada.
3
Yenə orada, fəsil 3.
4
Yenə orada, fəsil 2
.
5
Yenə orada, fəsil 4.
Dostları ilə paylaş: |