703
Sözardı
əvəzi
müqavimət başqa bir meyillə – son illərdə keçmiş SSRİ ölkə-
lərində, Qərbi Avropada, Latın Amerikasında, Yaxın Şərqdə
və digər regionlarda demokratiyanın yayılması ideyasının
özünə qarşı ehtiyatlı münasibətlə də bağlıdır. T.Karuzers
hesab edir ki, belə münasibətin yaranmasında demokratiya-
nın yayılmasında istifadə etdiyi üsullara görə Prezident
C.Buş da az məsuliyyət daşımır. Başqa ölkələrdə Vaşinqto-
nun dilində səslənən “demokratiyanın yayılması” ifadəsi
ABŞ-ın prinsipial mövqeyi kimi deyil, “rejimlərin dəyişmə-
si” sözlərinin evfemizmi, arzuolunmaz hökumətlərin hərbi və
ya digər vasitələrlə devrilməsi kimi başa düşülür.
“Hətta demokratiyanın yayılmasını İraqa soxulmaq üçün
başlıca dəlil kimi qələmə verən Buş administrasiyasının hərə-
kətləri üzündən, həmin formul indi bilavasitə ABŞ-ın hərbi
müdaxiləsi və başqa ölkələrin işğalı ilə assosiasiya olunur.
Administrasiyanın ABŞ-ın təhlükəsizlik maraqlarına zidd
gedən digər hökumətlərin – məsələn, İran və ya Suriya höku-
mətlərinin devrilməsində marağı olması barədə təəssürat ya-
ratması nəticəsində prezidentin “azadlığın yayılması proqra-
mı” daha da qorxulu və düşmənçilik proqramı kimi səslənir.
Buş və onun yaxın məsləhətçiləri “istibdad forpostları” haq-
qında danışmağa başladıqdan sonra, bu, özünü xüsusilə bü-
ruzə verdi: həmin siyahıya yalnız ABŞ-a düşmən münasibət
bəsləyən rejimlər düşür. Bununla yanaşı, eyni dərəcədə
repressiv, lakin dost dövlətlərin, məsələn, Səudiyyə Ərəbista-
nının adı bu kontekstdə çəkilmir”.
Belə davranış bir çox dövlətləri Amerikanın “demokrati-
yanın təşviqi” ilə bağlı bütün, hətta ən mühafizəkar və ya
ziyansız proqramlarına da şübhə ilə yanaşmağa məcbur edir.
Bundan əlavə, davranış öz mülahizələrinə görə bu cür proq-
ramlardan yaxa qurtarmağa çalışan hökumətlərə öz hərəkət-
704
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
lərini ABŞ-ın təcavüzkar müdaxiləçi siyasətinə qarşı alicə-
nab akt kimi göstərməyə əlverişli bəhanə yaradır. Prezident
Buş demokratiyanın yayılmasını nə qədər tez-tez öz “şəxsi
işi” adlandırırsa, dövlətlərin liderlərinə xaricdə onun son də-
rəcə qeyri-populyar olmasından istifadə etməklə, ideyanın
özünü gözdən salmağı asanlaşdırır.
Təhlilçilərin çoxunun vurğuladığı kimi, Buş administrasi-
yası demokratiyanın yayılmasının Amerika tərəfdarlarının
nüfuzuna həm də azadlığın və insan hüquqlarına əməl edil-
məsinin simvolu kimi ABŞ-a olan inamı bütövlükdə qır-
maqla ziyan vurdu. “Azadlığın yayılması proqramına” sadiq
olduğunu daim söyləyən prezident, eyni zamanda, İraqdakı
və Əfqanıstandakı Amerika obyektlərində məhbusların və
saxlanılan şəxslərin işgəncəyə məruz qalmalarına yol ver-
məklə, Quantanamo həbsxanasında yüzlərlə adamı məhkə-
məsiz və istintaqsız saxlamaqla, saxlanılmış əcnəbiləri işgən-
cə tətbiq olunan dövlətlərə “dindirmə üçün ötürməklə”, baş-
qa dövlətlərdə Amerikanın gizli həbsxana şəbəkəsini yarat-
maqla və ABŞ-ın özündə məhkəmənin sanksiyası olmadan
telefon danışıqlarının dinlənilməsinə icazə verməklə
Amerikanın demokratik prinsip və normalarına zərbəni zərbə
dalınca endirir. Elə bu baxımdan dünyanın istənilən öl-
kəsində Amerika hökumət orqanları tərəfindən saxlanılmış
şəxslərlə qəddarcasına, insan ləyaqətini alçaldan rəftara hü-
quqi qadağanın tətbiq edilməsinə qarşı Ağ evin müqavimət
göstərməsini də xatırlatmaq olar.
T.Karuzers hesab edir ki, ümumilikdə bu addımlar de-
mokratiyanın dünyada yayılmasının mahiyyətinə ölçüyəgəl-
məz ziyan vurmuşdur. “Lakin Prezident Buşun və onun ko-
mandasının, ola bilsin ki, dövlət katibi Kondoliza Rays is-
tisna olmaqla, deyəsən, bu barədə məlumatları yoxdur, yaxud
705
Sözardı
əvəzi
yaranmış vəziyyət, sadəcə, onları narahat etmir. Bununla be-
lə, ABŞ-ın səylərinə müqavimət göstərən avtoritar liderlər
məhz həmin vurulan ziyan səbəbindən bütün iradları dəf edə
bilirlər: “Xaricdə məhbuslara işgəncə verən və öz vətəndaş-
larının hüquqlarını tapdayan bir ölkənin başqalarına necə
davranmaq lazım olduğunu öyrətməyə nə ixtiyarı var?”.
Demokratiyanın yayılmasının əleyhdarlarına qarşı çıxış
etmək xeyli diplomatik səylər tələb edəcəkdir. Müqavimət
göstərməyin mahiyyəti ondan ibarətdir ki, demokratiya yeni
geosiyasi sxemin girovuna çevrilməsin. Tamamilə aydındır
ki, bəzi hallarda açıq və sərt hərəkətlər lazımi nəticəni verir;
başqa hallarda isə onlar səmərəsizdir və millətçi əhval-ru-
hiyyəni yalnız gücləndirə bilər. Birləşmiş Ştatlar digər döv-
lətlər tərəfindən atıla biləcək addımlar barədə ağıllı müna-
sibət işləyib hazırlamalı və demokratiyanın “ixracının” mən-
tiqə sığan meyarlarını müəyyən etməlidir.
Siyasi idarəetmənin demokratik metodlarını müəyyən
edən ardıcıl beynəlxalq normalar sistemi mövcuddur. Lakin
öz sərhədlərindən kənarda demokratik proseslərdə iştirak et-
mək barədə dəqiq, sabit meyarlar yoxdur. Bundan əlavə, si-
yasi sahədə xarici köməyin əsaslandırılmış və əsaslandırıl-
mamış şəkildə məhdudlaşdırılması arasında sərhəd o qədər
də aydın deyildir. Əgər Vaşinqton, sadəcə olaraq, başqa döv-
lətlərin Amerika və ya Qərb standartlarına riayət etməsini
tələb etsə, çox güman ki, bunun bir nəticəsi olmayacaqdır.
Əgər bu sahədə hər hansı beynəlxalq meyarlar varsa da,
ümumən onlar xaricdən təsir göstərmək üçün Qərb təşkilat-
larının istədiyindən daha az imkan yaradır. Məgər elə Va-
şinqtonun özü seçkilər keçirilən zaman öz ölkəsində xarici
təşkilatların, – xüsusilə də güclü, ola bilsin ki, düşmən möv-
qedə dayanan xarici dövlətin maliyyələşdirdiyi, seçicilərin
Dostları ilə paylaş: |