694
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
aktları, ölkəni parçalamaq cəhdləri və s.) aradan qaldırmalı
oldu. Ancaq hər halda, xüsusi vurğulamaq lazımdır ki, cə-
miyyətimizdə heç də hamı ölkənin inkişafının təkamül yolu-
nu real və məqbul hesab etmir. Bu səbəbdən də müəyyən da-
xili və xarici qüvvələr “demokratiyaya keçidin” inqilabi tex-
nologiyasına üstünlük verirlər.
Adətən, bu cür texnologiyaların ideoloqları və onları ya-
yanlar “zərif” transformasiyaların uğurlarını seçkidən istifa-
dədə görürlər. Milli təcrübə həm də onu göstərir ki, müxali-
fətin ən çox fəallığı əksər hallarda mövcud qayda-qanunun
dəyişməsinə xəlvəti kömək etmək imkanına marağın açıq-
aşkar sezildiyi seçki kampaniyası dövrünə düşür. Respub-
likada vəziyyətin tənqidi qeyri-dəqiq, dayanıqlı demokratiya-
nın mövcud olduğu ölkələrlə müqayisə etməklə aparılır. Nə-
ticədə, demokratiyanın nəzəriyyə və praktikası Avropada,
ABŞ-da, Kanadada və Yaponiyada nə qədər fərqli olsa da,
“postsovet məkanı ölkələri üçün meyar rolunu oynayır. Onlar
bu ölkələrdən hər birinin mədəni-tarixi xüsusiyyətlərini və
tarixi dövrün reallıqlarını nəzərə almadan qarşıya qoyulur.
Ciddi senzorlar və müşahidəçilər …demokratiyanın vəziyyə-
tinin qeyri-qənaətbəxş olduğunu göstərirlər. Sadə dillə desək,
demokratiyanın olmadığını bildirirlər”
1
.
Qloballaşma şəraitində bu cür ssenari demokratik inkişa-
fın təmin edilməsi ilə pərdələnən müəyyən xarici siyasət qə-
rarlarını həyata keçirmək məqsədi ilə ölkə hökumətinə təzyiq
göstərmək siyasətinin ən düzgün yolu hesab olunur.
Xüsusilə vurğulanmalıdır ki, bu halda inqilabi texnologi-
yaların gerçəkləşdirilməsində “məxməri” inqilabın milli
variantına yol açmaq üçün hakimiyyətin yüksək eşelonları,
1
Сергей Мирзоев. Гибель права, легитимность в “оранжевых” рево-
люциях. М., 2006, стр.68.
695
Sözardı
əvəzi
siyasi və biznes elitaları daxilində gizli yenidənqruplaşmaya
nail olmaq cəhdlərinə başlıca ümid bəslənilir. Belə ssenarini
gerçəkləşdirərkən seçkilərin nəticələrini tanımamaq yolu ilə
ölkə rəhbərliyinə göstərilən daxili siyasi təzyiqin gücləndiril-
məsinə xüsusi əhəmiyyət verilir. Belə ssenarilərdə, adətən,
aşağıdakı ardıcıllıq özünü göstərir:
• Qərb müşahidəçilərinin seçkiləri azad və demokratik
saymaqdan imtina etməsi, ATƏT və Avropa Şurası
müşahidəçilərinin “seçkilərin gedişindəki kütləvi po-
zuntular” barədə rəsmi məruzələrinin dərc olunması.
Seçkilərin legitimliyi və onun beynəlxalq seçki stan-
dartlarına uyğunluğu məsələsi xarici qüvvələrin kö-
məyi və müxalifətin əlaqələndirilən səyləri ilə haki-
miyyətin qeyri-legitimləşdirilməsi üçün bəhanəyə,
onun zəiflədilməsi, bəlkə də, “rejimin dəyişdirilmə-
si” üçün siyasi-hüquqi alətə çevrilir;
• hakimiyyətin namizədi seçki marafonundan çıxarma-
sına yönəlmiş fitnəkarlıq kimi; müxalifətin bəzi nü-
mayəndələrinin qüvvədə olan seçki qanunvericiliyini
qəsdən pozması;
• AŞ-də və ya ABŞ Konqresində seçkilərin yekunları
haqqında dinləmələrin təşkili, müvafiq qətnamələrin
çıxarılması;
• obyektiv surətdə mövcud olan sosial etirazdan istifadə
olunması, məsələn, müxalifət partiyaları və onların se-
çicilər tərəfindən namizədliyi dəstəklənməyən ayrı-
ayrı nümayəndələrinin müxtəlif beynəlxalq qurumlara
müraciətlərinin təşviq və təşkil edilməsi. Həmin təzyiq
kanallarını qanuniləşdirmək məqsədi ilə bu qurumlara
sonuncu instansiya kimi müraciət edilir;
696
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
• demokratik hüquq və azadlıqların guya pozulması,
ölkə məhkəmələri tərəfindən ədalətsiz qərarların çı-
xarılması, ölkədə siyasi məhbusların mövcudluğu ba-
rədə ayrı-ayrı şəxslər tərəfindən Avropa Məhkəməsi-
nə müraciətlərin təşkil edilməsi;
• Qərb nümayəndələrinin və Qərb ölkələrinin diploma-
tik korpus işçilərinin müxalifət liderləri ilə müntəzəm
ünsiyyətləri və görüşləri, rəsmi orqanların nümayən-
dələri ilə görüşlərin keçirilməsi və müxtəlif institutlar-
da ölkədəki siyasi vəziyyət haqqında məruzələr etmək
üçün onların müxtəlif ölkələrə səfərlərinin təşkili;
• müxalifət partiyalarının birləşməsinə və onlar tərəfin-
dən vahid liderin irəli sürülməsinə ümid edilməsi və s.
Ölkədə iqtisadi layihələrin həyata keçirilməsində öz şərt-
lərini diktə edən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu
mühüm təzyiq amilləridir. “Qızıl kəmərin” perspektivsiz ol-
duğunu başa düşən bu maliyyə təsisatları çox vaxt siyasi
oyunların iştirakçısına çevrilir. Çox vaxt bu “oyunlara” trans-
milli korporasiyalar da qoşulur.
Artıq deyildiyi kimi, Şərqi Avropa, Gürcüstan, Ukrayna və
Qırğızıstandakı inqilab adlandırılan hadisələr yeni siyasi tex-
nologiyaların hər şeyə qadir olması barədə eyforiya yaratdı.
Lakin 2005-ci ilin sonunda “məxməri” transformasiyaların
qlobal yürüşü” səngidi. Əvvəlcə Azərbaycanda parlament seç-
kiləri keçirildi və nəticədə mövcud hakimiyyət nəinki öz
mövqelərini qoruya bildi, hətta onu möhkəmlətdi. Qazaxıstan-
da prezident seçkilərində Nursultan Nazarbayev qalib gəldi.
Nəticədə “zərif” transformasiyalar texnologiyası XXl
əsrin əvvəlində aşağıda göstərilən səbəblər üzündən
müəyyən qədər uğursuz oldu:
Dostları ilə paylaş: |