691
Sözardı
əvəzi
V.L.İnozemtsevin yazdığı kimi, bu narahatlıq əsassız
deyil, çünki hazırda ABŞ “özünü məramı bütün dünyada sülh
və demokratiya ideallarını yaymaq olan seçilmiş millət hesab
edir. Bir çoxları beynəlxalq münasibətlərdə demokratiya
prinsiplərinə hörmət etməyən və insan hüquqlarına dair baza
konvensiyalarını imzalamayan dövlətin demokratiya və azad-
lıq uğrunda başladığı bu “səlib yürüşlərinə” şübhə ilə ya-
naşırlar. Lakin bu şübhə daha çox belə bir inamdan irəli gəlir
ki, tam bir sıra xalqlara yabançı ideyanı sırımaq olmaz, nə ilə
əvəzlənəcəyi barədə ümumi təsəvvür belə olmadan, təşəkkül
tapmış dünya nizamını dağıtmaq ağılsızlıqdır”
1
.
Luis Xarts yazır: “Qərbdə Lokkun doktrinası rasionalizmin
rəmzi sayılır, lakin ABŞ-da ona bağlılıq o dərəcədə irrasional-
dır ki, hətta bu doktrinanın məğzi olan liberalizmi belə duya
bilməmişlər”. Buradan müəllif belə bir nəticəyə gəlir: “Ameri-
kada heç vaxt liberal hərəkat və ya əsl liberal partiya olmamış-
dır. Yalnız “Amerika həyat tərzi” – Lokk ideyalarının spesifik
milli yozumu olmuşdur… Nə qədər qəribə olsa da, “libera-
lizm” onun maksimum dərəcədə həyata keçirildiyi ölkəyə yad-
dır. Məsələ bununla da bitmir. Söhbət bütün Qərb dünyasında
şəxsiyyətin azadlığının rəmzi kimi göylərə qaldırılan doktrina-
dan gedir, lakin Amerikada onun təsiri o qədər güclü olmuşdur
ki, azadlığın özü üçün təhlükə yaratmağa başlamışdır”
2
.
ABŞ-da siyasi mədəniyyət haqqında söylənmiş bir çox
məşhur fikirlər real vəziyyətlə heç də həmişə üst-üstə düş-
mür. Rocers M.Smit hesab edir ki, ABŞ heç zaman eqalitar
3
dövlət olmayıbdır. Eyni zamanda, Amerikanın “intellektual
1
“
Теория и практика демократии”. Избранные тексты. М., 2006,
стр. IX.
2
Yenə orada, səh. 106.
3
E q a l i t a r i z m – insanlar arasında sosial fərqlərin legitimliyini inkar
edən ümumi rifah dövləti nəzəriyyəsinin əsas müddəası.
692
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
və siyasi elitası tərəfindən askriptiv (statusu doğumla müəy-
yənləşdirən) sosial sistemin mövcudluğuna haqq qazandırıl-
ması dəqiq və dürüst ifadə olunmuşdur… Askriptiv amerika-
nizmin tərəfdarlarının bir çoxu iddia edirdi ki, dövlətin iqti-
sadi və siyasi strukturları hətta ümumi hüquq prinsiplərinə
riayət olunmamaq hesabına belə, formal olaraq təbii və mə-
dəni qeyri-bərabərliyi əks etdirməlidir
1
.
Beləliklə, Amerika demokratiyası barədə Tokvilin hey-
ranlığı özünü bir o qədər də doğrultmur, Amerika cəmiyyətini
isə əsaslı olaraq eqalitar yox, multiənənəvi cəmiyyət sırasına
aid etmək olar. Müəllifin fikrincə, “Amerika heç vaxt
tamamilə liberal ölkə olmayıb, dəyişikliklər gərgin səylər
nəticəsində başa gəlmişdir və tez-tez dayanıqsız olur”. Ta-
mamilə mümkündür ki, “gələcəkdə Amerikada yenidən bir
daha irqi, etnik və gender qeyri-bərabərliyini möhkəmləndirən
təzə intellektual, siyasi və hüquqi sistemlər yarana bilər”
2
.
ABŞ-ın özündə nəzəriyyə və praktikanın uyğunluğu haq-
qında tənqidi fikir Qərbin və bütövlükdə ABŞ-ın xüsusi ola-
raq işlənib hazırlanmış və ayrı-ayrı ölkələrdə hakimiyyətin
dəyişilməsinə yönəldilmiş inqilabi texnologiyalardan istifadə
etməklə, dünyanın qalan hissəsində demokratiyanı yaymağa
göstərdikləri səylərin nə dərəcədə doğru olub-olmaması mə-
sələsini (yenə də Amerika tədqiqatçılarının yanaşmaları priz-
masından) nəzərdən keçirməyə imkan verir. Postsovet məka-
nındakı hadisələrə nəzər salaq.
Sual etməyə dəyər: totalitarizmdən demokratiyaya keçid
həmişə ciddi ictimai sarsıntılarsız və toqquşmalarsızmı olub?
Son dərəcə mürəkkəb və əsla ritorik olmayan sualdır. De-
1
“
Теория и практика демократии”. Избранные тексты. М., 2006,
стр. 415.
2
Yenə orada, səh. 416.
693
Sözardı
əvəzi
mokratiyaya keçidin xarakterini müəyyənləşdirən amillər
çoxdur. Ölkənin taleyini avantürist eksperimentlərlə imtaha-
na çəkməmək üçün cəmiyyətin demokratik dəyərlərə doğru
davamlı, sabit və rəvan hərəkətini təmin edən yol seçmək la-
zımdır. Bu, xüsusilə demokratik baxışların ənənəvi institu-
sional normalar və stereotiplərlə bir qədər münaqişəli müna-
sibətdə olduğu ölkələrə aiddir.
83 yaşlı Q.Kissincer (ABŞ-ın keçmiş dövlət katibi) postso-
vet respublikalarında gedən demokratikləşmə proseslərinə ki-
fayət qədər real baxır. O, bu ölkələrdəki demokratiyaya qarşı
səslənən bütün iradları rədd edərək yazır: “İstənilən ölkədə baş
verən təkamül prosesi haqqında düşünmək lazımdır”
1
. Mövzu-
nu davam etdirən siyasətçi vurğulayır ki, o, “bu ölkələrdə ge-
dən təkamül prosesləri haqqında tamamilə müsbət fikirdədir”.
Bir tərəfdən, dövlətçiliyi qoruyub saxlamağa, digər tərəf-
dən isə, demokratik transformasiyanı həyata keçirməyə im-
kan verən optimal şərait ilkin mərhələdə milli tranzitin daya-
nıqlığını və səmərəli dövlətçiliyin qurulmasını təmin edə bi-
lən güclü hakim elitanın olmasından ibarətdir.
Azərbaycan milli tarixinin xüsusiyyətləri nəzərə alınmaq-
la, müasir cəmiyyətin universal dəyərlərinə əsaslanan de-
mokratik inkişafın təkamül yolunu seçmişdir. Bizim priorite-
timiz çoxpartiyalılığın olmasını nəzərdə tutan insan hüquq-
ları və vətəndaş azadlıqlarına riayət edilməsidir. Müstəqillik
illərində demokratik tranzitin institusional əsaslarını yarat-
maq və demokratiyanın bərqərar olması mərhələsini təmin
etmək üçün ölkə bir çox ciddi çətinlikləri (dövlət çevrilişi
cəhdləri, dövlət başçısına sui-qəsdlər, Ermənistanla Dağlıq
Qarabağ üstündə müharibə, erməni separatçılarının terror
1
“İzvestiya” qəzeti (Rusiya), 07.06.2006.
Dostları ilə paylaş: |