697
Sözardı
əvəzi
birincisi, inqilabların texnoloqları və təşkilatçılarının özlə-
ri onlardan məyus olmuşdular. Bişkekdəki talanlar və Qırğı-
zıstanın real olaraq hərc-mərcliyə yuvarlanmaq təhlükəsi de-
mokratiyanın yayılması ilə məşğul olan “beynəlxalq” təşki-
latlar üçün ilk həyəcan siqnalı oldu. Bundan başqa, inqilabla-
rın təşkilatçıları bu cür hakimiyyət dəyişikliyinin nəticələrini
də gördülər: yeni rejimlər dedikcə qeyri-sabit, çətin idarə
edilən və baha başa gələn oldular;
ikincisi, məlum oldu ki, inqilabi texnologiyaların hər şeyə
qadir olması barədə deyilənlər şişirtmədir. Əhalinin hakimiy-
yətə qarşı loyal mövqedə olduğu radikal dəyişikliklərə kök-
ləndiyi yerlərdə inqilabi texnologiyalar işləmədi. Nəticədə,
“demokratiyanın ixracı” siyasəti sanki “havadan asılı qaldı”.
Bir neçə ildən sonra, demokratiyanın yayılması ilə məşğul
olan qeyri-hökumət təşkilatlarının bütöv bir şəbəkəsi bütün
dünyada öz fəaliyyətini durmadan genişləndirdiyi müddətdə
“məxməri” inqilabların özünün mahiyyətinin dərk edilməsində
əhəmiyyətli dəyişikliklər baş verdi, insanlar gördülər ki, onlar
xalqa yox, sponsorlara, özü də ən çox xarici sponsorlara xid-
mət ediblər. Sözdə başqa dövlətin işlərinə qarışmamaq prinsi-
pini qəbul edən “sponsorlar” məharətlə daxili çaxnaşmalar təş-
kil edir, arzu edilməyən rejimi aradan götürmək üçün “ümum-
xalq” görüntüsü yaradırdılar. Əksər hallarda da “sponsor” adı
altında ABŞ-ın bəzi qeyri-hökumət təşkilatları gizlənirdi.
Amerika politoloqu Tomas Karuzersin qeyd etdiyi kimi
1
,
Gürcüstan, Ukrayna və Qırğızıstanda baş vermiş “rəngli” in-
qilablar, “habelə bu hadisələrdə Milli Demokratiya İnstitutu
(National Democratic Institute), Beynəlxalq Respublikaçılar
İnstitutu (International Republican Institute), Freedom House
1
Foreign Affairs. АBŞ, 25 aprel 2006.
698
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
və Açıq Cəmiyyət İnstitutu (Open Society Institute) kimi
Amerika təşkilatlarının mühüm pərdəarxası rolu olması haq-
qında geniş yayılmış şübhələr, əlbəttə ki, bu meylin yaran-
masına kömək etmişdi…
Lakin burada məsələ yalnız narıncı rəngin “allergiya” do-
ğurmasında deyildir (Ukraynadakı inqilabı “narıncı” adlandı-
rırlar). Prezident Corc U.Buşun demokratiyanın dəstəklən-
məsini ABŞ-ın əsas xarici siyasət istiqamətlərindən birinə çe-
virməsi faktı da, heç şübhəsiz, dünyanın bir çox ölkələrində
bu səylərin (eləcə də demokratiyanın yayılması ideyasının)
yaratdığı qorxu hissinin meydana gəlməsinə səbəb olmuşdur.
Bəzi avtoritar rejimlər Qərbin “demokratiyanı təşviq etmə-
sinə” müqavimət göstərilməsini azadlığın özünə qarşı yox,
ABŞ-ın müdaxiləçi siyasətinə qarşı mübarizə olduğunu
bildirir, beləliklə də vətəndaşlar tərəfindən öz hərəkətlərinə
əhəmiyyətli dərəcədə dəstək qazanırlar. Bundan əlavə, Buş
administrasiyası ölkə daxilində və ondan kənarda qanunun
aliliyi prinsiplərini dəfələrlə pozaraq, azadlıq və insan haqla-
rının təcəssümü kimi Amerika Birləşmiş Ştatlarının imicinə
zərbə vurmuş, bununla da, demokratiyanın yayılması ideya-
sının özünün legitimliyini daha da sarsıtmışdır”.
T.Karuzersin fikrinə görə, “cavab dalğası” tam bir sıra sə-
bəblərdən doğduğu kimi, ona cavab da çoxvariantlı olma-
lıdır. Demokratiyanın yayılması ilə məşğul olanlar gələcəkdə
də səmərəli fəaliyyət göstərmək üçün dərk etməlidirlər ki,
onların işlədikləri şərait dəyişmişdir. İndiki Amerika ad-
ministrasiyası da bəzi xoşagəlməz reallıqları, ələlxüsus dün-
yada onun “demokratiyanın yayılması proqramının” necə
qavranılması ilə bağlı reallıqarı qəbul etməli və “qlobal
demokratikləşmə” siyasətinə inamın möhkəmlənməsi üçün
ciddi tədbirlər görməlidir.
699
Sözardı
əvəzi
Qərbin demokratiyanın yayılması proqramlarına ən ardıcıl
müqavimət Rusiyada göstərilir. Qeyri-hökumət təşkilatları
haqqında qanun demokratiyanın yayılması ilə məşğul olan
təşkilatların fəaliyyətlərini məhdudlaşdırmaqdan ötrü
Moskvanın atdığı addımlardan yalnız biridir. Məsələn,
Kreml Rusiyada və digər MDB ölkələrindəki seçkilərin mo-
nitorinqi ilə bağlı ATƏT-in fəaliyyətini kəskin tənqid etmiş-
dir. Rusiyada hesab edirlər ki, QHT-yə qarşı kampaniya təh-
lükəsizlik mülahizələri ilə bağlıdır; bildirilir ki, ABŞ Rusi-
yanı qərbyönlü rejimlərlə mühasirə etmək xətti götürmüşdür
və ölkədə mövcud olan siyasi quruluşu sarsıtmağa çalışır.
Rusiya Qərbin demokratiyanın yayılması proqramlarına
müqavimət göstərən yeganə dövlət deyildir. Özbəkistan, Be-
larus, Ermənistan, habelə postsovet məkanından kənarda
olan bəzi dövlətlər də oxşar mövqe tutmuşdur.
Demokratiyanın yayılmasına qarşı “əks-hücumun” səbəb-
ləri nədir? Heç şübhəsiz, burada əsas rolu Serbiya, Gürcüs-
tan, Ukrayna və Qırğızıstandakı “rəngli” inqilablar oynamış-
dır. Lakin amerikalı müəllif yazır ki, ABŞ-ın bu ölkələrdəki
aparıcı ictimai və siyasi təşkilatlara kömək etməsi barədə
xəbərlər nə qədər çox yayılırdısa, “rəngli” inqilablar buna
bənzər hadisələrdə ABŞ-ın pərdəarxası rəhbər rolu ilə bir o
qədər çox assosiasiya olunmağa başlayırdı.
“Rəngli” inqilablar nəticəsində demokratiya hərəkatına
dəstəyin Amerika siyasətinin aləti olması ilə bağlı qorxuların,
şübhəsiz, artmasına baxmayaraq, indiki vəziyyəti daha köhnə
ənənənin kulminasiya mərhələsi kimi anlamaq lazımdır.
1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində demokra-
tikləşmənin birinci dalğası zamanı inqilabi hərəkatların dəs-
təklənməsi sahəsində ixtisaslaşan təşkilatlar ya belə fəaliyyət
Dostları ilə paylaş: |