706
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
maarifləndirilməsi kampaniyalarına pul ayıran və onların
keçirilməsinə kömək edən, siyasi partiyalara texniki yardım
göstərən, səsvermənin paralel hesablanmasını və vətəndaş-
ların siyasi səfərbərliyini həyata keçirən təşkilatların nüma-
yəndələrinin olmasına dözərdimi?
T.Karuzers hesab edir ki, “ikili standart”larda ittihamlan-
dırılmamaq üçün demokratiyanın yayılması ilə məşğul olan
Amerika təşkilatları iki prinsipi əsas götürməli və onlara təc-
rübədə səmimiyyətlə riayət etməlidirlər. “Birincisi, onlar
göstərməlidir ki, Prezident Buşun daim bəyan etdiklərinin
əksinə olaraq, demokratiyanın yayılması sırf Amerika təşəb-
büsü deyildir. Bu işlə bir çox demokratik ölkələr və bey-
nəlxalq təşkilatlar məşğul olur. Amerika təşkilatları, adətən,
Avropalı həmkarları ilə və beynəlxalq qurumlarla, məsələn,
ATƏT və ya BMT-nin İnkişaf Proqramı ilə paralel işləyirlər.
İkincisi, onlar vurğulamalıdır ki, demokratiyanın dəstəklən-
məsi istiqamətində görülən fəal işin məqsədi ölkənin siyasə-
tini hər hansı bir xarici dövlətin nəzarəti altına salmaq deyil,
hökumətlərə kömək etmək və yaxud demokratik normaları
pozan hökumətləri bu normalara riayət etməyə məcbur et-
məkdir”.
Buna baxmayaraq, demokratiyanın yayılması ilə məşğul
olan fəallar nə qədər inandırıcı dəlillər gətirsələr də, onların
fəaliyyət obyektinə çevrilmiş ölkələrdə yaşayan insanların
çoxunu bu hərəkətlərin qanuniliyinə inandırmaq son dərəcə-
də çətindir. Ola bilsin, Qərb fəalları əmindirlər ki, ölkədə de-
mokratiyanın olmaması bu ölkələrin xarici müdaxiləyə qarşı
mübarizədə suveren hüquqlarını məhdudlaşdırır. Belə fikir
demokratiya ənənələri qədim olan ölkələrdə, həqiqətən, geniş
yayılmışdır. Lakin bu ideya siyasi çalarından asılı olmayaraq,
hakimiyyətin sayıqlıqla milli müstəqilliyin keşiyində dur-
707
Sözardı
əvəzi
duğu inkişaf etməkdə olan və postkommunist ölkələrində
çətin ki, özünə geniş dəstək qazansın.
Bir sözlə, “rəngli” inqilabların qərb təşkilatçıları çətin qərar
qəbul etməlidirlər: Onlar başqa ölkələrdə rejimlərə meydan
oxuyan hərəkatların dəstəklənməsi istiqamətində geniş, məq-
sədyönlü kampaniyaları davam etdirməli, yoxsa bir çox ölkə-
lərin qapılarını onların üzünə tamamilə bağlaya biləcək əks-
tədbirlərdən çəkinərək, fəallıqlarını bir qədər azaltmalıdırlar?
Hələ ki, bu qərar dürüst ifadə olunmayıb və ictimai müzakirə-
yə çıxarılmamışdır. Əslində, bu sualın cavabı belədir ki, de-
mokratiyanın yayılması proqramlarının həyata keçirilməsində
maksimum mümkün olan miqyası və səmərəliliyi təmin et-
məyə hansı üsul imkan verir.
Bu gün çətin ki, demokratiyanın yayılması ideyasına olan
ümumi ehtiyatlı münasibəti dəyişmək mümkün olsun, çünki
söhbət məhz “hegemonçu demokratiyadan” gedir. Hətta ya-
xın illərdə İraqda nisbi sabitliyə, sülhə və demokratiyaya nail
olunsa belə, bir çoxları yenə də demokratiyanın yayılmasın-
dan ötrü hərbi gücün tətbiqini qeyri-qanuni və arzuolunmaz
hesab edəcəklər və yeni dünya nizamını formalaşdırarkən bu
məsələni nəzərə almamaq olmaz. ABŞ-ın bu məsələ ilə bağlı
mövqeyi dünya ictimaiyyətinin tam əksəriyyətinin fikri ilə
üst-üstə düşmür və çox güman ki, bu fikir ayrılığı demok-
ratiyanın yayılması proqramını bundan sonra da bir çox in-
sanların gözündə ciddi şəkildə nüfuzdan salacaqdır.
Tomas Karuzers yazır: “Əlbəttə, demokratiyanı prinsipcə
dəstəkləmək o demək deyil ki, söhbət yalnız yüksək ideyalar-
dan gedir və praqmatik maraqlardan sözgəlişi danışılmalıdır.
Lakin o tələb edir ki, Vaşinqtonun hərəkətləri heç olmasa,
minimum ardıcıllığı ilə seçilsin”.
708
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Daha “əhəmiyyətli” ölkələrdən – Rusiya, Çin, Pakistan və
Səudiyyə Ərəbistanından söhbət gedəndə Buş administrasi-
yası, ən yaxşı halda, siyasi islahatların vacibliyini nəzakətli
şəkildə xatırlatmaqla kifayətlənir. Bununla bərabər, həmin
ölkələrlə münasibətlər tam normal şəkildə inkişaf edir. Bu,
həmçinin ABŞ-ın Misir, Qazaxıstan və Ermənistana münasi-
bətdə siyasətinə də aiddir. Lakin çox vaxt biz digər ölkələrə
münasibətdə “ikili standartların” şahidi oluruq.
Öz vətəndaşlarını müdafiə edə bilməmək. Onun üçün
qayda-qanunun olmadığına əminik. Demokratiyanın olma-
ması. “Fəaliyyət qabiliyyəti olmayan dövlətin” xarakteristi-
kasını müəyyən edən üç şərt bunlardır. Noama Çomskinin
fikrinə görə, Birləşmiş Ştatlar məhz belə bir dövlətə çevrilir.
Amerikanın aparıcı mütəfəkkiri onun ölkəsinin “yolunu az-
masının” səbəbini belə izah edir. O hesab edir ki, ABŞ-da ic-
timai rəylə dövlət siyasəti arasında kəskin fərq baş vermişdir.
“Bu vəziyyət, sadəcə, laqeyd qalmaq mümkün olmayan qor-
xuların səbəblərindən biridir. O qorxuların ki, Qar Alkero-
vitsin “Kapitalizmdən sonrakı Amerika” kitabında yazdığı
kimi, ümumən “Amerika sistemində” açıq-aşkar nəsə qayda-
sında deyil, bu ölkənin inkişaf meyli onun ənənəvi dəyərləri-
nin – bərabərliyin, azadlığın və real demokratiyanın iflasa
uğrayacağından xəbər verir.
Tarixdən xəbəri olan hər bir kəs Birləşmiş Ştatlarda “de-
mokratiya qıtlığının” artmasının əzab çəkən dünyanı de-
mokratiya ilə “xoşbəxt etmək” vəzifəsini yerinə yetirən ölkə-
mizin xilaskarlıq rolu haqqında bəyanatlarla müşayiət edildi-
yinə təəccüblənməz. Hakimiyyət strukturlarının nəcib niy-
yətlər barədə bəyanatları nadir hallarda son nöqtəsinə qədər
saxta olur; bizim dediyimiz məsələdə də belədir. Demokratik
idarəetmə üsulu müəyyən şəraitdə hakimiyyət üçün məqbul
Dostları ilə paylaş: |