709
Sözardı
əvəzi
görünür. Xarici ölkələrə gəldikdə isə, “demokratiyanın yayıl-
masının” əsas tərəfdarları olan alimlərdən biri sayılan Tomas
Karuzesin qeyd etdiyi kimi, burada “dəqiq ardıcıllıq” vardır:
demokratiya yalnız və yalnız bizim dövlətin strateji və
iqtisadi maraqları ilə üst-üstə düşən hallarda məqbul sayıla
bilər. Bizim hakimiyyət, bir qədər dəyişilmiş şəkildə olsa da,
daxili siyasətdə də həmin doktrinadan istifadə edir”
1
.
Terrorizmlə qarşılaşan hər hansı bir ölkə üçün təhlükəsizlik
tədbirləri və vətəndaş azadlıqlarının müdafiəsi arasında tarazlı-
ğı qorumaq asan deyildir. Lakin nə qədər ki, terrorizmlə mü-
barizə şüarları altında insan haqlarının həyasızcasına pozul-
ması və terrorizmlə mübarizənin ən yaxşı üsulunun azadlıq ol-
ması barədə başqalarına məsləhətlər verilməsi arasında yolve-
rilməz ziddiyyətə son qoyulmayıb, azadlığın yayılması proqra-
mı bundan sonra da çox davamsız bünövrə üzərində qalmaqda
davam edəcəkdir.
Azərbaycanın siyasi elitası, habelə ziyalıları üçün Qərb
heç vaxt sırf coğrafi anlayış olmamışdır. Əksinə, hələ XX əs-
rin ilk onilliklərində demokratik əhval-ruhiyyəli milli ziyalı-
larımız Qərbə siyasi simvol, milli dövlətçiliyi yaratmaq və öz
vətəndaşlarına layiqli həyat təmin etmək üçün inteqrasiya
etməli olduğumuz məkanın təcəssümü kimi baxırdılar.
Vətəndaşlarımızın indiki nəsli də Qərbi ümumilikdə milli
strategiyanın inkişafının mühüm konteksti kimi anlayır. La-
kin bizim məqsədimiz inkişaf etmiş Qərb ölkələrinin ənənə-
lərini və həyat tərzini mənimsəməklə çox qısa bir müddətdə
onlara çatmaq deyil, milli məkanı liberal ideyaların və ənənə-
vi təsisatların, Qərb novatorluğunun və Şərq müdrikliyinin
1
Noam Çomski. Amerika üçün niyə hər şey qurtarmışdır. The Inde-
pendent. Böyük Britaniya, 4 iyun 2006-cı il.
710
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
uyğunlaşmasının yanaşı getdiyi yerə çevirməkdir. Biz irəliyə
doğru sıçrayışla deyil, milli reallıqları, adət və ənənələri, ta-
riximizi və azərbaycançılıq ideologiyasını nəzərə almaqla,
suveren demokratiyanı möhkəmlətməyə imkan yaradan qə-
tiyyətli və dəqiq addımlarla getmək istəyirik. Bu təriflərsiz
və onlardan kənarda demokratiyanın inkişafı uğursuzluğa
məhkumdur. Biz siyasi və iqtisadi quruluşu təkmilləşdirmək-
dən ötrü Qərbə inteqrasiya etmək istəyirik. Biz sağlam dü-
şüncəyə əsaslanaraq dərk edirik ki, “ümumavropa evi” ide-
yası ölkənin Avropa tarixinə və Qərb sivilizasiyasına qovuş-
ması deməkdir, bu, bizim ümumi taleyimizin perspektivlərini
açır. Bununla belə, demokratiya, qanunların və insan hü-
quqlarının aliliyi, təkcə Qərb dəyərləri deyil, ümumbəşəri
dəyərlərdir.
Demokratiya və Qərbə inteqrasiya bizim düşünülmüş
seçimimizdir. Biz baş verənləri tarixi baxımdan anlayırıq və
ölkənin taleyi üçün tarixi məsuliyyət hissindən məhrum
deyilik. Yalnız öz tarixinə hörmətlə yanaşan, bu gününü dərk
edə bilən və gələcək inkişaf yollarını görən cəmiyyətin
sabahı vardır. Hər bir nəslin mövcud olanlara əsaslanaraq,
sarsıntılarsız, keçmişin üstündən xətt çəkmədən öz gələcəyini
müstəqil seçməyə ixtiyarı vardır. Biz bu gün belə imkanı
əldən verməməliyik. Yadda saxlamaq lazımdır ki, hər bir
ölkə, hər bir xalq sivilizasiyanın ümumi yolu ilə
addımlayarkən, bu yolu özünə xas şəkildə keçir. Demokratik
dövlət quruluşu ilə bunun üçün geniş meydan açır. Xaricdə
kiminsə bunu istəməsi yox, məhz bütün bunların dərk
edilməsi bizə daxili əminlik verir və demokratiya uğrunda
mübarizədə səylərimizin əsaslı olduğunu göstərir.
711
Sözardı
əvəzi
§ GƏLƏCƏYİN STRATEGİYASINI
FORMALAŞDIRARKƏN
“
Ölkəmizin gələcək inkişafını mən çox açıq
və parlaq görürəm. Azərbaycan hansı ölkəyə
çevriləcək, beş ildən, on ildən, iyirmi ildən sonra
Azərbaycanın mövqeləri necə olacaq, Azərbay‐
canın iqtisadi potenisialı necə olacaq, insanların
həyat səviyyəsi necə olacaq – bütün bunlar bizi
düşündürür. Çünki biz ölkəmizin gələcəyi üçün,
Azərbaycanın hərtərəfli inkişafı üçün işləyirik
”
1
.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu kitabı yazmağa məni ruhlandıran son onillikdə Azər-
baycanda baş verən böyük dəyişikliklər olmuşdur. Kitabı ba-
şa çatdırarkən hazırda dünya məkanında baş verən proses-
lərin təhlilini davam etdirirəm və aydın şəkildə başa düşürəm
ki, demokratiya ona xas olan bütün spesifik əlamətləri ilə bir-
likdə insan beyninin çox qiymətli bir ixtirası olub, insanların
harmonik cəmiyyətdə yaşamasını reallığa çevirmək, onların
öz hüquq və azadlıqlarını təmin etmək, eləcə də ən əlverişli
yaşayış mühiti yaratmaq məqsədi daşıyır. Əgər biz Adəm
peyğəmbərin öz həyat tərzini demokratikləşdirməyə çalışdı-
ğını desək, səhv etmərik. Çünki o, özünə seçim azadlığı ver-
mişdi. Musa, İsa, Məhəmməd peyğəmbərlər də bəşəriyyətə
1
Üçüncü çağırış Milli Məclisin payız sessiyasının açılışında Prezident
İlham Əliyevin nitqindən. “Azərbaycan” qəzeti, 3 oktyabr 2006-cı il.
Dostları ilə paylaş: |