679
4‐cü fəsil
Milli
demokratik
tranzitin
dilemmaları
tərkibində sülhyaratma əməliyyatlarında fəal iştirak edir. Eyni
zamanda, Azərbaycan GUAM-ın (Demokratiya və İqtisadi
İnkişaf Uğrunda Təşkilatın) üzvü olan ölkələrdə siyasi və
enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi
kimi, bu təşkilatın formalaşmasına xüsusi diqqət yetirir. Bəzi
dövlətlərin GUAM-a münasibətinin mənfi demirik, kifayət
qədər ziddiyyətli olmasına baxmayaraq, bu təşkilat MDB-də
praqmatizmin olmamasının və Cənubi Qafqaz ərazisində et-
nik-siyasi münaqişələrin həllində Rusiyanın qeyri-adekvat
mövqe tutmasının təbii nəticəsidir. Ona görə də GUAM çərçi-
vəsində əməkdaşlığın genişləndirilməsi, bu təşkilatın və onun
fəaliyyət formatının təkmilləşdirilməsi Azərbaycanın perspek-
tiv vəzifəsidir. Prezident İlham Əliyev GUAM üzvü olan ölkə-
lərin dövlət başçılarının zirvə toplantısında demişdir: “İndiki
mərhələ GUAM-ın bütün atributları, fəaliyyət mexanizmi olan
səmərəli beynəlxalq təşkilata çevrilməsi mərhələsidir”
1
. Re-
gionallaşma məsələsində GUAM-ın beynəlxalq münasibətlər
və siyasət, yeni perspektivli nəqliyyat arteriyalarının inkişaf
strategiyasının işlənib hazırlanması, təşkilatın üzvü olan
ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi, münaqişə-
lərin həlli, eləcə də XXI əsr üçün yeni təhlükəsizlik arxitektu-
rasının formalaşmasına kömək məsələlərində ümumi yanaş-
maların təmin edilməsi məqsədi daşıyan yetərli hərbi-siyasi və
iqtisadi struktura çevrilməsi üçün çox geniş imkanlar vardır.
Milli xarici siyasətin prioritetlərini reallaşdırarkən Rusiya-
nın xüsusi rolunu görmək və bundan sonra da onu fərqlən-
dirmək zəruridir. Rusiya dünya siyasətinin mühüm aktoru ol-
maqla bərabər, həm də Azərbaycanın çox mühüm geosiyasi
və geoiqtisadi qonşusudur, Azərbaycanla onu möhkəm tarixi
və mədəni tellər bağlayır.
1
AzərTAc, 23.05.2006.
680
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Prezident İlham Əliyevin Rusiya ilə əməkdaşlığı və qarşı-
lıqlı münasibətləri möhkəmlətmək siyasəti, iki ölkə prezi-
dentlərinin dostluğu və sıx əlaqələri zamanın sınağından çıx-
mışdır və tarazlaşdırılmış, çoxvektorlu siyasətin əsaslılığının
əyani təsdiqidir. Rusiya ilə bərabərhüquqlu və bərabər, sabit
münasibətlərin olmasını tarixin özü irəlicədən müəyyən et-
mişdir. Bunu başa düşmək çox vacibdir.
Bir neçə geoiqtisadi və geostrateji üçbucaq və blokdan
ibarət olan çoxmərkəzli dünya nizamı qurulması imkanları
inkişaf etdikcə, Sakit Okean-Asiya regionunda da Rusiyanın
təsirinin əhəmiyyəti artacaqdır. Prezident İlham Əliyev Asi-
yada Qarşılıqlı Fəaliyyətə və Etimad Tədbirlərinə dair Müşa-
virənin (AQFETM) II sammitində qeyd etmişdir ki, “gələ-
cəkdə Asiya regionunda əməkdaşlıq genişlənəcək, inkişaf
edəcək, ölkələrimizin həm iqtisadi potensialı, həm də qarşı-
lıqlı siyasi fəaliyyəti buna təkan verəcəkdir. Biz öz tərəfimiz-
dən, bütün regional layihələrə fəal qoşulmağa hazırıq və
bunlarda iştirak etmək niyyətindəyik”
1
.
Asiya müxtəlif böhran hallarına qarşı yüksək davamlılıq
nümayiş etdirir. İqtisadi artım təkcə satış bazarlarına çıxma-
ğa, həm də get-gedə daha geniş miqyasda müasir texnologi-
yalara və enerji resurslarına nail olmağa tələbatın artmasına
səbəb olur. Asiyada çoxtərəfli və ikitərəfli qarşılıqlı əlaqə-
lərdə enerji təhlükəsizliyi probleminin get-gedə aktual-
laşacağını gözləmək olar. İnteqrasiya proseslərinin sürətlə
inkişaf etməsi müasir Asiyanın fərqləndirici cəhətidir. Re-
gionda fəaliyyət göstərən çoxtərəfli birliklərin sayının və
fəallığının artması çoxtərəflilik və kollektiv qərarlar qəbul
edilməsi meylinin parlaq ifadəsidir. ASİŞ, ASEAN, ŞƏT ki-
1
AzərTAc, 19.06.2006.
681
4‐cü fəsil
Milli
demokratik
tranzitin
dilemmaları
mi nüfuzlu qurumların fəaliyyəti buna misal ola bilər. Ümu-
miyyətlə, Asiyada ondan artıq bu cür birlik vardır.
Eyni zamanda, dünya siyasətində Avrasiyanın yerinə mü-
nasibətin heç də birmənalı olmaması göz qabağındadır. Bu
baxımdan, Rusiyanın xarici işlər naziri S.Lavrovun sözləri
diqqəti cəlb edir: “Asiyanın dirçəlişi qloballaşmanın məhsu-
ludur, o, artım və nüfuz resurslarının dünyada daha bərabər
şəkildə bölünməsinə imkan yaradır. Qərb dəyərləri və Qərb
həyat tərzi üçün heç bir təhdid yoxdur. Sadəcə olaraq, indi
rəqabət mühiti yaranır və cəmiyyətin inkişafında dəyər
oriyentirləri məsələsinə gəldikdə... amerikalılar öz qüvvə-
lərinə inanırlar, buna görə də onların qorxmalı olduğu bir şey
yoxdur, heç kim onları başqa allahlara səcdəyə məcbur etmə-
yəcəkdir. Lakin ABŞ özü də öz oyun qaydalarını və hamı üçün
ümumi olan dəyərlər barədə öz interpretasiyasını başqalarına
zorla qəbul etdirməməlidir. Con Kennedi etiraf edirdi ki,
Amerika “hər şeyə qadir deyil və hər şeyi bilmir”, buna görə də
“dünyanın bütün problemlərinin Amerika həlli ola bilməz”
1
.
Zəngin istehsal-texnoloji, elmi və təhsil potensialına ma-
lik olan Rusiya həm qlobal, həm də regional iqtisadi proses-
lərdən kənarda qala bilməz. Buna görə də MDB çərçivəsində
qarşılıqlı münasibətləri ayıq iqtisadi təfəkkürlə qurmaq la-
zımdır ki, bu münasibətlər yaşarı və səmərəli olsun. MDB
çərçivəsində qarşılıqlı əməkdaşlıq keçmişin irsindən tama-
milə uzaqlaşmaqla, “soyuq müharibə” dövrü başa çatandan
sonra qloballaşmaqda olan dünya üçün ümumi birləşdirici
başlanğıc olmuş həmrəyliyin, daha dəqiq desək, ictimai inki-
şafın fundamental əsasları olan demokratiyanın və bazarın
1
Rusiya xarici işlər nazirinin Beynəlxalq münasibətlər üzrə şurada
“Rusiya və ABŞ: keçmişlə gələcək arasında” mövzusunda çıxışı. Los-
Anceles, 25 sentyabr 2006-cı il.
Dostları ilə paylaş: |