676
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
yaların dialoqunu yarada bilər. Geosiyasi mövqeyi, tarixi xü-
susiyyətləri və ənənələri nəzərə alınmaqla, məhz Azərbaycan
belə bir sosial-mədəni layihənin bazisi kimi çıxış etməyə
qadirdir. Bu qəbildən olan təşəbbüslər Azərbaycan Prezidenti
İlham Əliyevin islamofobiya meyillərinə qarşı birlikdə mü-
barizə aparmaq təklifi ilə səsləşir. “Biz indi sivilizasiyalar
arasında dialoq haqqında çox danışırıq, amma əslində, real
həyatda bunun əksini görürük. Onu görürük ki, müxtəlif öl-
kələrdə dini zəmində ayrı-seçkilik halları artır, islam dininə
mənsub olan insanlara münasibət bəzi hallarda lazımi sə-
viyyədə deyil və bu dini ayrı-seçkiliyə heç cür yol verə bil-
mərik. İndi biz qloballaşmadan söhbət açırıq, sivilizasiyalar
arasında dialoqdan söhbət açırıq, demokratik dəyərlərə daha
da sürətlə yiyələnirik. Belə olan halda, biz hər hansı zəmində
– dini, yaxud da ki, milli zəmində ayrı-seçkiliyin olması, ya-
xud da hansısa dinin nümayəndələrinə mənfi münasibət gös-
tərilməsi ilə heç cür barışa bilmərik. Mən əminəm ki, İslam
Konfransı Təşkilatı ölkələrinin birgə səyləri nəticəsində biz
bütün bu məsələlərə dair öz mövqeyimizi bildirəcək, öz
sözümüzü deyəcəyik. Ümid edirəm ki, birgə fəaliyyətimiz,
müştərək işimiz bizi narahat edən bütün məsələlərə aydınlıq
gətirəcək və onların qarşısı alınacaqdır”
1
.
Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun ak-
tuallığı təkcə külli miqdarda neft və qaz ehtiyatlarının olma-
sında, respublikamızdan keçən nəqliyyat arteriyalarında de-
yil, həm də Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qu-
rulmasına imkan yaradacaq mühüm boru kəmərlərinin
(Odessa-Brodı, Konstansa-Triyest) mövcudluğu və perspek-
tivdə yeni boru kəmərlərinin çəkilməsi ilə şərtlənmişdir. Bu,
1
İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər
Nazirləri Şurasının 33-cü sessiyası. Bakı, 20.06.2006, AzərTAc.
677
4‐cü fəsil
Milli
demokratik
tranzitin
dilemmaları
XXI əsrin əvvəlində dünyada təhlükəsizlik arxitekturasının
formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır,
çünki sirr deyil ki, enerji ehtiyatlarına malik olmaq dövləti-
mizin öz xarici siyasətinin həyata keçirilməsi üçün ona əlavə
dividendlər verir. XXI əsr geoiqtisadiyyatında Azərbaycanın
iştirakının əsas seqmenti tədricən qloballaşma proseslərinə
qoşulmaq və bu yolla milli iqtisadiyyatı təkmilləşdirməkdir.
Eyni zamanda, bu cür layihələr Qazaxıstanın, perspektivdə
isə, ola bilsin ki, Türkmənistanın da nefti və qazının Avropa
bazarına çıxarılması üçün aktualdır. Bu isə qiymətlərin və
qıtlığın yüksək olduğu bir dövrdə Xəzər regionunu karbohid-
rogenlərin mühüm ixracçısına çevirəcəkdir.
Regional baxımdan Azərbaycan özünün siyasi və iqtisadi
lider mövqeyini təmin etmişdir. Qarşıdakı illər üçün əsas
məqsəd bu mövqeləri daha da təkmilləşdirməklə, Qarabağ
münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Azərbaycan
siyasi sabitlik yaranmış ölkədir, iqtisadi göstəricilərə görə isə
respublika dünyada lider mövqeyi tutur. Ekspertlərin hesab-
lamalarına görə, “Azəri-Çıraq-Günəşli” yataqlarından çı-
xarılan neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə
nəql edilməsinin başlanması 2009-cu ildə dövlət büdcəsinə
əlavə 5,6 milyard ABŞ dolları (neftin bir barrelinin qiyməti
50 ABŞ dolları götürüldükdə), 2010-cu ildə isə 11,8 milyard
dollar gəlir gətirəcəkdir. Rəqabət Qabiliyyətinin Öyrənilməsi
üzrə Beynəlxalq Mərkəzin məlumatlarına görə, Azərbaycan
120 ölkə arasında 64-cü yerdədir. Həmin siyahıda Rusiya 62-
ci, Gürcüstan 84-cü, Ermənistan isə 86-cı yerdədir. ABŞ
senatoru R.Luqarın təbirincə desək, Azərbaycan siyasi
baxımdan “məsul demokratiya” yaratmağa müvəffəq
olmuşdur, bu isə ölkəmizdə dövlətçiliyin sabit və səmərəli
inkişafına kömək edir.
678
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Şübhə yoxdur ki, ABŞ ilə qarşılıqlı münasibətlər Azər-
baycanın milli xarici siyasətinin prioritet istiqamətidir və bu
münasibətlər milli mənafelər nəzərə alınmaqla yeni məzmun-
la dolğunlaşmalıdır. Ölkələrimiz arasında yaranmış müttəfiq-
lik münasibətləri və strateji tərəfdaşlıq bundan sonra da
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, regional
siyasətin mühüm subyekti kimi dünya səhnəsinə çıxmasına
kömək etməlidir. Bu qarşılıqlı münasibətlər XXI əsrin yeni
təhdidlərinə qarşı birgə mübarizə aparmaq səylərimizi və cari
yüzilliyin təhlükəsizlik arxitekturasının formalaşmasında
Azərbaycanın fəal iştirak etmək arzusunu əks etdirir. Bunun-
la yanaşı, Azərbaycan demokratik inkişaf, seçki prosesləri,
vətəndaş cəmiyyətinin, müstəqil mass-medianın formala-
şması, silahlı qüvvələrin təkmilləşdirilməsi məsələlərində
ABŞ-la sıx əməkdaşlıq edir. Həmin məsələlərin bütün komp-
leksi xarici siyasətin çoxvektorluluğunu qoruyub saxlamaqla
ölkəmizin Avratlantik məkana inteqrasiya xəttinin ifadəsidir.
Bu o deməkdir ki, hər bir vektor özlüyündə bizdən ötrü qiy-
mətlidir. Bəzi tərəfdaşlarla əməkdaşlığın başqalarına qarşı
fəallaşdırılması “müasir aləmdə beynəlxalq münasibətlərin
təbiətinə artıq uyğun gəlməyən “Böyük oyun” geosiyasət
məcrasında həyata keçirilən cılız davranış xətti olardı”
1
.
Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal
siyasəti bundan sonra da davam etdirməlidir. Prezident
İlham Əliyev bu sahədə strateji istiqaməti mahiyyət etibarilə
belə ifadə etmişdir: “Azərbaycan regional əməkdaşlıq məsələ-
lərində iştirakına özünün xarici siyasətinin çox mühüm
elementi kimi baxır”. Hərbi-siyasi sahədə Azərbaycan həm
NATO çərçivəsində, həm də İraqda koalisiya qüvvələrinin
1
С.Лавров. Подъем Азии и восточный вектор внешней политики
России, журнал “Россия в глобальной политике”, 2006, №2, март-апрель.
Dostları ilə paylaş: |