122
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
mət aksiyasının keçirilməsini elan etdi. Bu hadisənin şahid-
lərindən biri yazırdı ki, “mənim bütün qonşularım küçələrdə
idi, maşınlardan “Prezident günahkardır!” ritmində siqnallar
verir, qazan və tavaları taqqıldadırdılar…, çoxları ailəliklə
gəlmişdi”. Manila küçələrində əyninə eyni cür paltar geymiş
prezident əleyhdarlarının sayı milyona çatmışdı, özü də
onların arasında həm tələbələr və cavan peşəkarlar (bunlar
çoxluq təşkil edirdi), həm də orta sinfin nümayəndələri, yaşlı
adamlar və yoxsullar var idi.
Müxalifəti gözdən salmağa çalışan prezident Estrada bir
neçə min məhbusu azad etdi, onlar hakimiyyəti dəstəkləyən nü-
mayişlər təşkil etməli, müxalifətlə silahlı toqquşmalar yaratmalı
idilər, o, həmçinin ordunu kütləvi nümayişləri dağıtmağa ça-
ğırdı. Lakin polis və ordu rəhbərləri prezidenti dəstəkləməyib
müxalifətin tərəfini tutdular. Ölkənin ali məhkəməsi prezidentin
istefasını bəyan etdi. Qloriya Makapagal-Arroyo Filippinin
yeni prezidenti, Teofisto Quinqona vitse-prezident oldu.
Qeyd etmək lazımdır ki, bu ölkədə demokratiyaya sülh
yolu ilə keçid cəmiyyətin ən fəal hissəsi olan tələbələrin və iş
adamlarının və sonradan onlara qoşulan digər ictimai
qrupların iştirakı olmadan mümkün ola bilməzdi. Prezidentin
əmrlərini yerinə yetirməkdən imtina edərək, öz xalqına atəş
açmayan polis və hərbçilərin mövqeyi də mühüm rol
oynamışdır. Küçələrə çıxmağa cəsarət etmiş adamlara iflasa
uğramış rejim üzərində özlərinin mənəvi üstünlüklərini dərk
etməkdə kilsə rəhbərləri və sıravi din xadimləri də kömək
göstərmişdilər. Demokratik ideyalar ölkədə ictimai
tərəqqinin əsas carçısına çevrilmişdi
Pakistanda hadisələr daha mürəkkəb şəkildə cərəyan
edirdi. 1977-ci ildə ölkədə hərbi çevriliş nəticəsində general
123
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Ziya ül-Həqq hakimiyyətə gəldi. Baş nazir Zülfüqar Bhutto
həbs edildi və tezliklə edam olundu. Onun arvadı və uşaqları
ölkədən sürgün olundular. Lakin, məlum olduğu kimi, tarix
sürprizlərlə doludur.
1986-cı ildə Zülfüqar Bhuttonun qızı Bənəzir Bhutto
ölkəyə qayıdaraq, Xalq Partiyasına başçılıq etdi. Qadın oppo-
nentinin gücləndiyini görən Ziya ül-Həqq, 1988-ci ildə
parlamenti buraxdı, azad seçkilər təyin etdi və… islamı
ölkənin ali qanunu elan etdi. Bu hal qadının seçilməsinin
qarşısını almalı idi. Ancaq avqust ayında Ziya ül-Həqq
gözlənilmədən təyyarə qəzasında həlak oldu, Bənəzir Bhutto
isə seçkilərdə qalib gələrək ölkənin Baş naziri vəzifəsini
tutdu.
Bənəzir Bhutto əvvəlcə kabinetə iki il müddətində, sonra
isə yenidən – 1993-cü ildən 1996-cı ilədək başçılıq etdi.
Ancaq bu müddət Bhuttonun diplomatik istedadı sayəsində
Pakistanın beynəlxalq aləmdə regional siyasətin güclü və
müstəqil faktoru kimi tanınması üçün kifayət etdi.
Bhuttoun ikinci istefasından üç il sonra, 1999-cu ilin
oktyabrında Pakistanda baş verən “məxməri” çevriliş cə-
miyyətdə elə bir həyəcan doğurmadı. Ölkə üçün bu, artıq adi
hal idi, çünki son əlli ildə 17 baş nazir və 9 prezident
dəyişilmişdi. Pakistanı iyirmi beş ilə yaxın hərbçilər idarə
etmişdi. Ona görə də əhali əlli altı yaşlı general Pərviz
Müşərrəfin hakimiyyətə gəlməsini nisbətən sakit qarşıladı.
Bunun daha ciddi səbəbləri də vardı.
1997-ci ilin fevralında hakimiyyətə gəlmiş əvvəlki Baş
nazir Nəvaz Şərif ölkədə bir o qədər də populyar deyildi.
Hökumətin iqtisadiyyatda uğursuzluqları və bunun nəticəsi
kimi qiymətlərin artması, hakimiyyətin yüksək pillələrindəki
124
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
korrupsiya və Nəvaz Şərifin diktatorluq meyilləri xalqın
hökumətə rəğbətini artırmırdı.
P.Müşərrəf 1998-ci ilin oktyabrından Qərargah rəislərinin
birləşmiş komitəsi sədrinin səlahiyyətlərini icra edirdi.
Ancaq iki həftə keçməmiş, Nəvaz Şərif səbəbini izah
etmədən Müşərrəfin istefasını elan etdi. Müşərrəf bu barədə
mətbuat səhifələrindən xəbər tutdu.
Hərbi çevrilişdən sonra Pərviz Müşərrəf yüksək rütbəli
hərbçilərin və bir neçə mülki məmurun daxil olduğu Müdafiə
və Milli Təhlükəsizlik Şurasının başında duraraq, özünü öl-
kənin bir nömrəli vəzifəli şəxsi elan etdi. Prezident Rafiq
Tarar da daxil olmaqla, ölkənin bütün vəzifəli şəxsləri bu
rəhbər orqanın təlimatlarına tabe olmalı idilər. General ölkə-
nin xilas olunmasına dair öz proqramını elan etdi, iqtisadi və
siyasi islahatlar keçirməyi, korrupsiyaya qarşı fəal mübarizə
aparmağı, mövcud olan idarəetmə təsisatlarını yaxşılaşdır-
mağı və yenilərini, daha səmərəlilərini yaratmağı, səhiyyə və
təhsil sahəsində hökumət proqramları həyata keçirməyi və s.
vəd etdi. O, təcili həllini gözləyən ciddi məsələlər sırasında
dağılmaq həddinə çatmış “milli iqtisadiyyatın bərpa olun-
masını” prioritet problem kimi vurğuladı.
Pakistanda demokratiyanın tarixi qısadır. Çoxsaylı etnik
və dini sektalara bölünmüş bu ölkə demokratik cəmiyyət
qurmaq istiqamətində yalnız indi ilk addımlarını atır. Hər
halda, problemin geosiyasi baxımdan tədqiqi göstərir ki, bu
regionda demokratik dövlət qurmaq əsrlərdən bəri mürəkkəb
məsələ olub. Daxili münaqişələr, tayfa maraqlarının
toqquşması, müxtəlif dini qavrayış, Kəşmirlə bağlı qonşu
Hindistanla qarşıdurma, nəhayət, radikal islam qruplarının
Pakistanı daim “kafirlərlə” müharibə yoluna çıxarmaq
cəhdləri demokratik cəmiyyət ideallarını arxa plana keçirir.
Dostları ilə paylaş: |