Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə38/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   34   35   36   37   38   39   40   41   ...   253

 

 

122 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mət aksiyasının keçirilməsini elan etdi. Bu hadisənin  şahid-



lərindən biri yazırdı ki, “mənim bütün qonşularım küçələrdə 

idi, maşınlardan “Prezident günahkardır!” ritmində siqnallar 

verir, qazan və tavaları taqqıldadırdılar…, çoxları ailəliklə 

gəlmişdi”. Manila küçələrində əyninə eyni cür paltar geymiş 

prezident  əleyhdarlarının sayı milyona çatmışdı, özü də 

onların arasında həm tələbələr və cavan peşəkarlar (bunlar 

çoxluq təşkil edirdi), həm də orta sinfin nümayəndələri, yaşlı 

adamlar və yoxsullar var idi. 

Müxalifəti gözdən salmağa çalışan prezident Estrada bir 

neçə min məhbusu azad etdi, onlar hakimiyyəti dəstəkləyən nü-

mayişlər təşkil etməli, müxalifətlə silahlı toqquşmalar yaratmalı 

idilər, o, həmçinin ordunu kütləvi nümayişləri dağıtmağa ça-

ğırdı. Lakin polis və ordu rəhbərləri prezidenti  dəstəkləməyib 

müxalifətin tərəfini tutdular. Ölkənin ali məhkəməsi prezidentin 

istefasını  bəyan etdi. Qloriya Makapagal-Arroyo  Filippinin 

yeni prezidenti, Teofisto Quinqona vitse-prezident oldu. 

Qeyd etmək lazımdır ki, bu ölkədə demokratiyaya sülh 

yolu ilə keçid cəmiyyətin ən fəal hissəsi olan tələbələrin və iş 

adamlarının və sonradan onlara qoşulan digər ictimai 

qrupların iştirakı olmadan mümkün ola bilməzdi. Prezidentin 

əmrlərini yerinə yetirməkdən imtina edərək, öz xalqına atəş 

açmayan polis və  hərbçilərin mövqeyi də mühüm rol 

oynamışdır. Küçələrə çıxmağa cəsarət etmiş  adamlara iflasa 

uğramış rejim üzərində özlərinin mənəvi üstünlüklərini dərk 

etməkdə kilsə  rəhbərləri və  sıravi din xadimləri də kömək 

göstərmişdilər. Demokratik ideyalar  ölkədə ictimai 

tərəqqinin əsas carçısına çevrilmişdi 

Pakistanda hadisələr daha mürəkkəb  şəkildə  cərəyan 

edirdi. 1977-ci ildə ölkədə hərbi çevriliş nəticəsində general 



 

 

123



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Ziya ül-Həqq hakimiyyətə  gəldi. Baş nazir Zülfüqar Bhutto 



həbs edildi və tezliklə edam olundu. Onun arvadı və uşaqları 

ölkədən sürgün olundular. Lakin, məlum olduğu kimi, tarix 

sürprizlərlə doludur. 

1986-cı ildə Zülfüqar Bhuttonun qızı  Bənəzir Bhutto 

ölkəyə qayıdaraq, Xalq Partiyasına başçılıq etdi. Qadın oppo-

nentinin gücləndiyini görən Ziya ül-Həqq, 1988-ci ildə 

parlamenti buraxdı, azad seçkilər təyin etdi  və… islamı 

ölkənin ali qanunu elan etdi. Bu hal qadının seçilməsinin 

qarşısını almalı idi. Ancaq avqust ayında Ziya ül-Həqq 

gözlənilmədən təyyarə qəzasında həlak oldu, Bənəzir Bhutto 

isə seçkilərdə qalib gələrək ölkənin Baş naziri vəzifəsini 

tutdu. 


Bənəzir Bhutto əvvəlcə kabinetə iki il müddətində, sonra  

isə yenidən – 1993-cü ildən 1996-cı ilədək başçılıq etdi. 

Ancaq bu müddət Bhuttonun diplomatik istedadı sayəsində  

Pakistanın beynəlxalq aləmdə regional siyasətin güclü və 

müstəqil faktoru kimi tanınması üçün kifayət etdi. 

Bhuttoun ikinci istefasından üç il sonra, 1999-cu ilin 

oktyabrında Pakistanda baş verən “məxməri” çevriliş  cə-

miyyətdə elə bir həyəcan doğurmadı. Ölkə üçün bu, artıq adi 

hal idi, çünki son əlli ildə 17 baş nazir və 9 prezident 

dəyişilmişdi. Pakistanı iyirmi beş ilə yaxın hərbçilər idarə 

etmişdi.  Ona görə  də  əhali  əlli altı yaşlı general Pərviz 

Müşərrəfin hakimiyyətə  gəlməsini nisbətən sakit qarşıladı. 

Bunun daha ciddi səbəbləri də vardı. 

1997-ci ilin fevralında hakimiyyətə  gəlmiş  əvvəlki Baş 

nazir Nəvaz  Şərif ölkədə bir o qədər də populyar deyildi. 

Hökumətin iqtisadiyyatda uğursuzluqları  və bunun nəticəsi 

kimi qiymətlərin artması, hakimiyyətin yüksək pillələrindəki 



 

 

124 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

korrupsiya və  Nəvaz  Şərifin diktatorluq meyilləri xalqın 



hökumətə rəğbətini artırmırdı. 

P.Müşərrəf 1998-ci ilin oktyabrından Qərargah rəislərinin 

birləşmiş komitəsi sədrinin səlahiyyətlərini icra edirdi. 

Ancaq iki həftə keçməmiş, Nəvaz  Şərif səbəbini izah 

etmədən Müşərrəfin istefasını elan etdi. Müşərrəf bu barədə 

mətbuat səhifələrindən xəbər tutdu. 

Hərbi çevrilişdən sonra Pərviz Müşərrəf yüksək rütbəli 

hərbçilərin və bir neçə mülki məmurun daxil olduğu Müdafiə 

və Milli Təhlükəsizlik  Şurasının başında duraraq, özünü öl-

kənin bir nömrəli vəzifəli  şəxsi elan etdi. Prezident Rafiq 

Tarar da daxil olmaqla, ölkənin  bütün vəzifəli  şəxsləri bu 

rəhbər orqanın təlimatlarına tabe olmalı idilər. General ölkə-

nin xilas olunmasına dair öz proqramını elan etdi, iqtisadi və 

siyasi islahatlar keçirməyi, korrupsiyaya qarşı fəal mübarizə 

aparmağı, mövcud olan idarəetmə  təsisatlarını yaxşılaşdır-

mağı və yenilərini, daha səmərəlilərini yaratmağı, səhiyyə və 

təhsil sahəsində hökumət proqramları həyata keçirməyi və s. 

vəd etdi. O, təcili həllini  gözləyən ciddi məsələlər sırasında 

dağılmaq həddinə çatmış “milli iqtisadiyyatın bərpa olun-

masını” prioritet problem kimi vurğuladı. 

Pakistanda demokratiyanın tarixi qısadır. Çoxsaylı etnik 

və dini sektalara bölünmüş bu ölkə demokratik cəmiyyət 

qurmaq istiqamətində yalnız indi ilk addımlarını atır. Hər 

halda, problemin geosiyasi baxımdan tədqiqi göstərir ki, bu 

regionda demokratik dövlət qurmaq əsrlərdən bəri mürəkkəb 

məsələ olub. Daxili münaqişələr, tayfa maraqlarının 

toqquşması, müxtəlif dini qavrayış, Kəşmirlə bağlı qonşu 

Hindistanla qarşıdurma, nəhayət, radikal islam qruplarının 

Pakistanı daim “kafirlərlə” müharibə yoluna çıxarmaq 

cəhdləri demokratik cəmiyyət ideallarını arxa plana keçirir. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə