34
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
toyuq-cücəsi hara daşınırmış! Kim daşıyırmış, nə vaxt, necə daşıyırmış? — öyrənib
bilmək gərək idi!
Dəvə daldaya çəkilib yatdı, yerini rahatlayıb gözlədi, gördü ki, bir qıllı-qaban
köpəkdir bu arada gəzib-dolanır. Dəvəyə elə gəldi ki, xəyanət edən qıllı-qaban köpək
öz həmcinslərinin başlarını tovlayıb, onları aldadır, özü də arxayınca toyuq-cücə
damına girib, bircə-bircə onları boğur, gətirib burada tükdən çıxarıb, kefini çəkir.
* *
*
Ovlaq obasının toyuq-cücəsinə dadanan köpək geyimli tülkü kökəlib tülkü
həddindən çıxmışdı, qıllı-qaban dərisini doldurmuşdu. Boz tülkü daha qıllı-qaban
köpək dərisindən qırağa çıxmaq istəmir... Niyə də çıxsın? Vaxta ki, köpəkləri aldadıb
ala qoyur, öz işini işlədib, dövranın sürür...
Gözü qızan köpək geyimli boz tülkü dolana-dolana yan-yörəni gəzdi, bir də
gördü ki, bəs qalın kolların arasında iri bir toyuqdur, ya cücədir yatıbdır? Gözü qızan
köpək geyimli boz tülkü yaxına gəldi. Gördü ki, hər nə rəngdə toyuq-cücə tükündən
desən bu qəribə «cücə»də vardır. Köpək geyimli tulku dedi yaxşısı budur, bu
«cücəni» sürüyə-sürüyə aparıb yuvama salım, bu payızdan başlamış bütün qışı kefi
kök dolanıb yaza çıxım, tez-tez çapğına gedib gözə görünməyim. Qoy Ovlaq obası
başqa yandan toyuq-cücədən alıb gətirsin; boşalan hinləri doldursun, mən də təzədən
işimə girişim. Bu fikrə düşən köpək geyimli tülkü «cücə»nin yan-yörəsinə dolandı...
O, ömründə belə bir «cücə» görməmişdi. Hə, «cücə» olmağına «cücə»dir,—dedi.—
Amma bu elə zırpı «cücə»dir ki, daha deyilməyəsi təhər!
Köpək geyimli boz tülkü götür-qoydan sonra «cücə»nin dövrəsinə dolandı.
Axırda «cücə»nin nazikcə bir yerini, quyruğunu tapdı. — Elə əsil tutmalı yeri
burasıdır deyib, başladı «cücə»nin quyruğundan yapışıb yuvasına sarı sürüməyə.
Ancaq nə qədər çalışdısa da gücü «cücə»yə çatmadı. Dönüb daha köpək quyruğunu
yox, öz şələquyruğunu «cücə»nin nazik quyruğuna möhkəmcə bağladı... Başladı güc
verib «cücə»ni yuvasına tərəf dartmağa. Ancaq hər necə hıqqanıb-zıqqınsa da,
«cücə»ni tərpədə bilmədi. Birdən «cücə» ayağa qalxdı. Tülkü quyruğundan asılı
qaldı.
35
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Dəvə Ovlaq obasına tərəf götürüldü. Köpək geyimli tülkü o tərəf-bu tərəfə
yelləndi. Quyruğundan tələyə düşən, başı köpək dərisindən çıxan boz tülkü bilmədi
nə eləsin?! Bu halda arandan, qamışlıqdan qaçan sarı çaqqal tülkünün nəhəng bir
«cücə»nin quyruğundan asılı qaldığını gördü:
—
Bu nə işdir, a boz tülkü, sən haradan yapışmısan?
—
Görmürsən, köpəklərdən qaçıb, böyüyümə pənah gətirmişəm?
—
Bu dağ gövdəlinin qısa quyruğuna nə pənah?
—
Böyüyüm harasını rəva görüb, mən də orasından tutmuşam!
—
İndi bəs yolun hayanadır?
—
Böyüyüm hara buyursa, o yanadır!
—
Bəs bu köpək dərisi nədir, girmisən?
—
Soyuqdan-şaxtadan qorunmaq kürküdür!
—
Bəlkə qıllı-qaban kürkündə toyuq-cücə daşıyırsanmış?
—
Mən heç belə «cücə»lərlə öcəşərəmmi?
Dəvə Ovlaq obasına çatar-çatmaz, ala qoyulub, aldadılan qıllı-qaban köpəklər
yerbəyer qalxışdı. Başda «Paşa bəy» cığalı xoruz olmaqla Ovlaq obasında çapqınçı
gözündən yayınıb-qalan toyuq-cücə tökülüşüb gəldi. Əvvəlcə boz tülkünün qıllı-
qaban geyimini çırdılar, sonra da onun öz dərisini quyruğu qarışıq boğazından
çıxartdılar. Axırda Dəvənin başına əlvan xoruz lələyindən düzələn bir çələng
qoydular.
Göygöl. 20 avqust, 1966.
36
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Şİ
R V
Ə
TÜLKÜ
Başı buluda çatan Şah dağının ətəyində qalın bir meçə vardı. Meşə cürbəcür
һeyvanlar və quşlarla dolu idi. Bu meşədə caynaqlı bir Şir şaһlıq eləyirdi. O öz-özünə
bitib tökülən meyvələrdən
birinə də dilini vurmur, ova
gedir, təzə ət yeyirdi. Şir
yatıb yuxuya gedəndə belə
yerdəki һeyvanlar ondan
gen gəzir, göydəki quşlar
qanad salırdı.
Bir gün Şaһ dağının Şiri
ova çıxdı, çox gəzdi, çox
dolandı, ancaq əlinə һeç nə
düşmədi; bütün gecəni ac
yatdı. Sabaһı açıb yenə ova
ketdi,
bu
dəfə
onun
pəncəsinə şələquyruq bir
Tülkü keçdi. Qəzəbli Şir öz
dişlərini qıcadı:
—
Yeyəcəyəm səni!..
Bəs bu neçə gündə һarada itib batmışdın?
Tülkü başını Şirin iti caynaqlarına əydi:
—
Xalamgilə getmişdim!
—
Niyə getmişdin, xalangilə?
—
Xalama deyəm ki, mənə xoşbəxtlik üz veribdir.
—
Nə xoşbəxtliyi?
—
Bəs yuxuda görmüşəm ki, Şaһ dağının şaһına qismət olmuşam!