31
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Göyə qalxıb, gurultu-nərilti dlə qanadlarını açan, havanı yarıb uçan təyyarə Xəzər
sahilinə sarı çevrilib qalxa-qalxa uzaqlaşdı, hamının ürəyi döyündü, Rəşid babanınsa
göz yaşları kirpiklərində gilələndi:
İndi zaman dəyişib, savad üçün, elm üçün göylərin də yolu üzümüzə açılıbdır!.. Qoy
bu uçuş hamı üçün uğurlu olsun! Qoy mən öz oğlum Əhmədi gözü dolusu görən kimi
Əhməd də öz oğlu Zakiri gözü dolusu görsün!..
NA
Ğ
ILLAR
BOZ TÜLKÜ VƏ «ALABƏZƏK CÜCƏ»
Biri var idi, biri yox idi, boz bir tülkü var idi. Boz tülkü Ormanlı dağın ətəyində,
Ovlaq obasının kolluğunda olurdu. Boz tülkü heç cürə Ovlaq obasının həndəvərinə
hərlənə
bilmir,
qıllı-qaban
köpəklərin əlindən göz açıb heç
bir toyuq-cücəni girinə keçirə
bilmirdi. Buna görə də boz
tülkü acından üzülür, ortası-
ortasından
keçirdi.
Görən
deyərdi,
boz tülkü, meşə
ətəyinin tülküsü deyil, aran
yerin quru çaqqalıdır ki, güc-
bəla özünü buraya çatdırıbdır.
Boz tülkünün əl-ayağı bir-
birinə dolaşır, qədəmləri qırağa
getmirdi. Boz tülkü bilmirdi nə
32
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
eləsin, haranın külünü götürüb öz başına töksün.
— Daha gedib öz yuvama çəkilim, elə oradaca da çan verim, — deyən tülkü ölümünü
gözləməyə başladı. Bir gün eşitdi ki, bəs kəndin qıllı-qaban köpəklərinin hürüşməsi
dağ-daşı başına alıb, hər yanı hay-haray doldurubdur. Boz tülkü ölüm-zülüm başını
çıxarıb gördü ki, onu Ovlaq obasının heç bir toyuq-cücə damının həndəvərinə
qoymayan, qıllı-qaban köpəklər budur bir canavarın qoparağını götürüblər. Boz tülkü
əvvəlcə istədi yuvasında başını gizləsin, tərpənməsin. Sonra birtəhərlə sürünüb
yuvasından çıxdı. Göz qoyub gördü ki, bəs köpəklər qabaqlarına qatdıqları canavarı
qovhaqovda, tuthatutdadır. Amma canavar da hələ ki, onlara can vermir. Boz tülkü
gördü ki, köpəklər yorulur, bir ucdan tökülüb qalır. Ancaq bir qıllı-qaban köpək bu
canavardan əl çəkmir ki, çəkmir. Onlar ikisi də şiş qayanın başına çatar-çatmaz
süpürləşib boğuşdular. Bir azdan yalquzaq köpəyi götürüb qayanın başından uçurum
dərənin dibinə tulladı.
Boz tülkü çox sevinib yuvasından çıxdı. Sürünə-sürünə getdi, gördü ki, bəs
boğazından boğulub, üstəlik başı qayaya çırpılan köpək gəbəribdir. Azca
fikirləşəndən sonra boz tülkü canını dişinə tutdu, gəbərən köpəyin dərisini
boğazından çıxartdı. Ancaq boz tülkü it əti yeməmişdi, bu ətlə də ötüşə bilməzdi; ona
Ovlaq obasının toyuq-cücəsi gərək idi. Fəndgir tülkü köpəyin dərisini günəvər bir
yerdə sərib səliqə-sahmanla qurutdu, özünə geyim düzəltdi. Boz tülkü qıllı-qaban
köpək geyiminə girdi. Ovlaq obasında da heç bir qıllı-qaban köpək də güman eləmədi
ki, bəs acından ölən boz tülkü onlara belə kələk gələ bilər?!
Boz tülkü arxayın-arxayın gəzib dolandı, hətta gündüzləri Ovlaq obasına girib
çal-çəpər dibində özünü yuxuya verdi. Köpək dərisində gizlənən boz tülkü gecələri
durdu, toyuq-cücə damına təpildi, bir ildən də yuxarı Ovlaq obasına vay verdi. Axırda
canı-cəzanə gələn toyuq-cücə «Paşa bəy» adlanan çığalı xoruzun yanına gəldilər,
şikayətə başlayıb dedilər ki, bu nə işdi ki, bizim düşmənimiz gözə görünmür; bir
köpək də həramiyə hürmür?! Daha az qala bizim damazlığımız Ovlaq obasından
kəsildi, sən də sahibinin dörd dirəkli damının dibində gecələyib öz bannamağınla
məşğulsan ki. məşğulsan... Bilmirsən ki, nəinki biz toyuq-cücəyə, hətta başqa «Paşa
33
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
bəy»lərə necə divan tutulur. Damın dibində gecələyən «Paşa bəy» utanıb-qızardı,
fikir-zikirdən sonra durub yanlarını basa-basa Ovlaq obasının böyüyü sayılan dəvənin
yanına yollandı, söz açıb şikayətləndi:
—
Məndən nə istəyirsən, «Paşa bəy»?
—
Dərdimizə dərman, böyük dəvə!
—
Nə dərman, «Paşa bəy»?
—
O dərmanı ki, axı görək bu necə çapqınçı-həramidir ki, bircə yol da tutduruq
vermir, bir köpək də çapqınçını görmür, həramiyə hürmür!
Dəvə başını aşağı salıb fikirləşdi:
—
Gedin mənə toyuq-cücə tükündən əlvan bir don tikin!
—
Sən boyda nəhəngə, toyuq cücə tükündən necə əlvan don düzəldə bilərik, ay
dəvə?
—
İstəsəniz, hər yandan toyuq-cücə tükü tapıb cunaların üstünə tikə-tikə elə bir
don düzəldərsiniz ki, nəinki mən boyda dəvə, məndən böyük fil də geyinə
bilər!
—
Məqsədiniz nə ola, dəvə?
—
Daha o mənim öz işymdir, «Paşa bəy»!
Xoruz baxdı ki, Ovlaq obasının çox yarısının toyuq damı qan ağlayır... Əlac nə idi?..
Gərək dəvə deyənə əməl olunaydı. «Paşa bəy» geriyə döndü. Qalan toyuq-cücəni
başına topladı, dəvə deyəni bildirdi. Onlar cuna tapdılar, iynə-sap götürüb toyuq-
cücə tükünə tutub bəzədilər, dəvəyə əlvan don tikdilər.
—
Hə, neçədir bu don, dəvə?
—
Yaxşıdır, işimə düşər, «Paşa bəy»!
—
İndi nə edək, böyük dəvə?
—
Məni geyindirin!
Yağının əlindən cana gələn toyuq-cücə dəvəni geyindirdi. Gözlədilər ki, görək nə
olacaqdır? Əlvan donlu dəvə Obadan çıxdı, gözdən itdi. Neçə gün, neçə gecə gəzdi,
dolandı. Axırda gəlib bir yerə çatdı ki, bəs toyuq-cücə tüküdür, hey uçuşur, hətta
burada cürbəcür xoruz lələyi də bir-birinə qarışır. Dəvə başa düşdü ki, Ovlaq obasının