55
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
zəhmlə xəncərini qınından sivirdi. Sarısaçağın kəlləsinin ortasındakı Sarı saçağından
yapışıb göy zağlı xəncərini onun boğazına dayadı. Sarısaçaq sarı kirpiklərini qaldırıb
saralan gözlə ağladı:
—
«İgid basdığını kəsməz, Sarıbaba!»
—
Bəs sən?.. Sən necə, Sarısaçaq?
—
Mən ayıyam, qanmazam!
—
Axı, mən bu Sarıbaba dağında sən Sarısaçağa dəyib-dolaşmaq istəmirdim!
—
Düzü mən anlamamışam, Sarıbaba! Düzü bu gümanda olmuşam ki,
məndən qorxursan, yayınırsan!
—
İndi bəs necə?
—
İndi fürsət sənindir, Sarıbaba!
—
Başını kəssəm, Sarısaçaqlı dərini boğazından çıxarıb oğul-uşağın
ayaqlarının altına atsam necə?
—
İxtiyarın, haqqın vardır, Sarıbaba!
—
Sonuncu sözün, Sarısaçaq?
—
Sonuncu söz də sənindir, Sarıbaba!
—
Nə söz?.. Necə söz?
—
Ya başımı kəs, ya da məni bağışla!
—
Sən hansını istərdin?
—
Mən bağışlanmağımı istərdim, Sarıbaba!
—
Niyə bir çömçə qanına görə belə zağ-zağ əsirsən, Sarısaçaq?
—
Balalarım-potalarım üçün, Sarıbaba!.. Görünür çoxusu da onlara görə
üstünə atılmışam ki, sən bu dağı qoyub öz aranına enəsən! Daha burada
mənim balalarıma-potalarıma dəyib dolaşmayasan!
—
Bəs mənim balalarım-potalarım?
—
Düzdür, Sarıbaba, sənin də balaların-potaların vardır!
—
Bəs indi necə olsun, Sarıcaçaq?
—
Sən məni həm öz balalarına-potalarına,həm də mənim balalarıma-
potalarıma bağışla, Sarıbaba!
56
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Şayəd... bağışlasam?
—
Qulun ollam, Sarıbaba!
—
Qul yox!
—
Bəs necə?
—
Qoy qardaş olaq!
—
Belə də möcüzə olarmı, Sarıbaba?
—
Çünki qulla ağanın arasında hey-həmişə savaş gedir, ədavət alovu sönmür.
—
Əgər mən qardaşlığa layiqəmsə, qol qoyuram.
—
Onda dur dalımca gəl!
—
Qan məni heydən salıb, Sarıbaba!
—
Məni də qan aparır, - deyə Sarıbaba qabağa düşdü, Sarısaçaq güclə ayağa
qalxıb onun dalınca addımladı. Bir qədərdən sonra onlar Sarıbabanın qızılı
daşlardan düzəltdiyi dəyəsinə çatdılar. Oğul-uşaq bu işə heyran qaldı.
Gördülər ki, nə Sarıbabada, nə də onun dalına düşüb gələn Sasrısaçaqda
qan qalmayıbdır. Qeyzə dolan uşaqlar istədilər ki,adama bir dəyənək
götürüb Sarısaçağın başını əzib aşını bişirsinlər. Amma Sarıbaba əlini
qaldırıb işarə ilə qoymadı. O özünün, həm də Sarısaçağın ağır yaralarının
sarınmağını dedi.
Oğul-uşaq həm Sarıbabanın, həm də Sarısaçağın yaralarının sarıdılar, hər
birisinə özünə görə yer düzəldib yemək verdilər. Üstündən üç ay ötəndən sonra
Sarıbaba da, Sarısaçaq da hala gəldi.
—
Mən səni azad edirəm, Sarısaçaq, - deyə Sarıbaba mağara səmtini göstərdi.
—
Bəs sən demirdinmi Sarıbaba dağında qardaş olaq, Sarıbaba?
—
Deyirdim, Sarısaçaq!
—
Bəs indi necə?
—
İndi mən öa ixtiyarını özünə verirəm!
—
Mən sənin mərdliyinə itaət edirəm, Sarıbaba!
—
Didim ki, azadsan, Sarısaçaq! Mən burada öz balalrınımın-potalarımın
içində, sən də orada öz balalarının-potalarınıniçində... Nə sən mənə dəy, nə
57
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
mən sənə. Nə sənin nəslin mənim nəslimə dəyib-dolaşsın, nə də mənim
nəslim sənin nıslinə dəyib-dolaşsın!
—
Demək, heç yerdə görünməyən qardaşlı-dostluq Sarıbaba dağında
Sarısaçaq törəməsi ilə Sarıbaba nəslinin arasında əmələ gəlsin?
—
Mən əhdimə vəfa edənəm, Sarısaçaq!
—
Mən də Sarıbaba!, - deyə Sarıısaçaq gözlərindən gildir-gildir yaş tökdü...
Başını qaldırmadan ağır addımlarla ğz mağarasına yollandı.
Oğul-uşaq ağır yaraları güclə sağalan Sarıbabnı qabalarına qoyub
qınadı.Üstründən bir həftə ötməmişdi, bir gün gördülər bə budur Sarısaçaq
sarıqundaq çaxmaqlını da qoltu\una vurub, balalarını-potalarını da yanına salıb
gəlməkdədir. Bu vaxt Sarıbaba da, onun özünə oxşayan oğul-uşağı da qonaqları
qarşılamaq üçün qabağa çıxdılar...
Sarısacaq Sarıbabanın əlindən saldırdığı sarıqundaq çaxmaqlını sahibinə
qaytardı, öz başını mərd ovçunun qədəmlərinə qoydu...
19 dekabr, 1966.
PALID VƏ QARATİKAN
Qədim zamanda, ildırımlı dağların ətəyində bir palıd, bir də bu palıddan bir qədər
aralıda bir qaratikan var idi... Bu palıd dünya üzündə az-az görünən nəhəng palıd idi.
Neçə-neçə örkəni bir-birinə düyünləyib bu palıdın gövdəsinə gətirən olsaydı, çətin ki,
uc-uca çatılardı. Bu palıd çox dərinlərə kök atmışdı. Hətta palıdın çox kökü sal-
sıldırım qayalardan da keçib, ildırımlı dağların dərin qatlarına işləmişdi. Kökdən
möhkəm, gövdədən müstəhkəm palıd bir qədər yuxarıya qalxandan sonra yeddi yana
bölünüb, ucalmışdı. Demək olardı ki, bu yeddinin hər birisi elə bütöv, böyük bir palıd
idi ki, durmuşdu. Bir kök bir gövdə üstündə, ucalan palıdlar tufanda-çovğunda bir-
birinə arxa olub, dayaq durmuşdular. Buna görə də el arasında bu palıda «Yeddi
Dostları ilə paylaş: |