46
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Ata, buynuzlu olaram, ata, — deyə balası əl-ayağa düşdü. — Başımı daşdan
daşa, qayadan qayaya döyə-döyə buynuz çıxararam, ata!
—
Elə ki, buynuz çıxartdın, kəlləni əməlli-başlı bərkitdin, o kəmfürsətdən
anamın da, mənim də intiqamımı alarsan, qoymazsan qisasımız yerdə qala!
—
Demək, sən mənə buynuzlu qoçu cərgədən çıxarmağı tapşırırsan?
—
Bəli, bala, — deyə buynuzsuz gözlərini balasının gözlərinə zillədi. — Bax o
namərdin buynuzu çıxandan sonra bu pərnəkdə anamı analıqdan, məni də
qoçluqdan çıxardı!
—
Demək, biz buynuzlu ilə barışmaz düşmənik?
—
Bundan da artıq nə düşmənçilik, — deyə buynuzsuz şikayətini elədi, —
sənə deyirəm ki, hər yan gəldi o buynuzlu məni qovaladı, hara oldu mənim
şaxımı sındırdı, hər yerdə adımı əfəl çağırıb məni ayaqlar altına atdı!
—
Onda bəs necə olsun, ata?
—
Arasbar elində söylənən ayaqda, gərək «buynuzsuz qoçun qisası
buynuzluda qalmaz» məsəli gərəyincə ona çatdırılsın! Gərək o xudpəsəndin
başı parçalansın, beyni qatıq kimi düzə dağılsın, onu azğınlaşdıran
buynuzlarının hərəsi də bir yana düşsün!..
Buynuzsuz qoçun balasını vahimə götürdü... Gördü ki, bəs az qala bu da elə
buynuzsuz atasına oxşamaq istəyir... Bunun özünü də elə buynuzlu qoç buynuzluya-
buynuzluya birtəhər edəcəkdir. Həm özü havayı gedəcəkdir, həm də atasının
vəsiyyətinə əməl edə bilməyəcəkdir. Odur ki, atasına söz verdiyi sayağda cəhd elədi,
çalışdı-çabaladı, başını daşdan-daşa vura-vura özünə barmaq boyda da olsa buynuz
çıxarmağa başladı...
İndi bəs necə olsun, buynuzluya nə gərəkdi?.. Arxayın olmaq üçün bacardıqca
onun barmaq boyda buynuzlarını kəlləsindən çıxarmaq gərəkdi!.. Ancaq yenə də necə
və nə təhər?
Barmaq boyda buynuz çıxaran bala qoç başa düşür, bacardıqca buynuzu burma
qoçdan gen gəzir, özünü yaxın vermirdi. Buynuzlu qoç buradan gələndə o, atılıb
oradan daş-qayanın üstüncə keçib gedirdi. Burma buynuzlu, ağır quyruqlu qoç da
47
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
çatdıra bilmirdi ki, onun qulağına bir söz desin. Belə halda buynuzlu qoça gərəkdi ki,
hiyləyə keçsin, dil tapıb düşmən balasına yaxınlıq eləsin, buynuzu barmaq boyda
çıxan toğlucığazı al-dilə tutub yaxına çağırsın, ona öz «mehribanlığını» göstərsin!..
Göstərsin ki, sən barmaqbuynuz bala, heç də arxasız deyilsən, sənin bu pərnəkdə-
bölükdə belə buynuzlu bir arxan vardır?! Sən heç də qorxub-ürkmə, mənə yaxınlaş,
məndən məşq-təlim al! Mən sənə elə məşq-təlim verim ki, daha başqa pərnəkdən
hansı bir qoç sənin qabağına çıxsa əlindən dad çəksin, qaçıb yeddi ağac uzaqlaşsın,
bütün pərnək qalsın sənin ixtiyarında, sən də öz qoçluğunu elə, dövran sür, kef gör,
atını həm sağa çap, həm də sola. Bir gün bu fikirlə buynuzlu qoç girəvə tapıb
barmaqbuynuz balanın yolağasını kəsdi:
—
Deyəsən, heç bu pərnəkdə saqqallıya salam vermirsən, balası?
—
Hansı saqqallıya?
—
Mənə, qoçlar qoçuna!
—
Mən heç bilməmişəm ki, bizim belə bir zabitəli ağamız da vardır!
—
Bəli vardır, bu pərnəkdə belə bir buynuzlu ağanız!
Toğlucığaz özünü bilməməzliyə vurub dedi:
—
Bəs onda niyə atam bu barədə mənəheçcə bir söz deməyibdir?
—
Atan əfəl idi, mən də onu istəmirdim!
—
Niyə, nə üçün istəmirdin?
—
Çünki o, nə qoç kimi qoç idi, nə də qoyun kimi qoyun!..
—
Demək, mənim atam çox avara idi?
—
Bəli, avaradan da avara, veyldən də veyl, əfəldən əfəl, karsızdan da karsız!..
—
Bəs mən necə, buynuzlu ağa?
—
Sən buynuzlu olaçaqsan! Atana yox, mənə oxşayaçaqsan!
—
Bəs aqibətim necə olacaqdır?
—
Bizim pərnəkdə məndən sonra sən özün, bir buynuzu burma qoç kimi
meydana çıxaçaqsan!.. Daha gərək bizim pərnəkdən heç zaman buynuzsuz
qoç çıxmasın. Arasbar elində adımızı batırmasın!..
—
Demək, sən belə qayğıkeş, təəssübkeşsən, qoç ağa!
48
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Bəli, mən mərdlik meydanında buynuzlu olmaq tərəfdarıyam!—Buynuzlu
qoç buruq-buruq olub polad kimi bərkiyən buynuzlarını düşmən oğluna
göstərdi. — Qoçsan, qoç ol!.. Yoxsa qoçla qoyun arasında olmaqdansa, öl
qurtar!..
—
Demək, bizim pərnəyin buynuzu burması mənə məşq vermək istəyir?
—
Bəli, buynuzu burma sənə məşq vermək qərarına gəlibdir!
—
Bəlkə buynuzu burma mənim buynuzlarım bərkiməmiş, belə barmaq boyda
ikən çıxarmaq qətnaməsinə qol qoyubdur!
—
Çıxası buynuz, gərək də çıxsın!
—
Bərkimiş, ya bərkiməmiş?!
—
Əlbəttə, mən bizim pərnək balasının buynuzlarını bəri başdan
bərkidəcəyəm!
—
Bəlkə bəri başdan pərnək balasının buynuzlarını kökündən qoparacaqsan?
—
Onda daha mən buynuzu burma qoç ağa yox, bir kəm-fürsət və namərd
olaram!
—
Yaxşı, sözün nədi? — deyən
barmaqbuynuz burmabuyuzun
qabağından
qaçmadı.
—
İstəmirəm ki, məşq-təlim dayansın, soyuyub buza dönsün!
—
Mən daha səni sevməyə başlayıram, bala qoç.
—
Buna görə də deyirəm gündə-gündə kəllə-kəlləyə gələk, ağa qoç!
Ağa qoç burmabuynuz başını yırğalayıb deyiniltili səslə söyləndi:
—
Bəlkə qorxursan qoç ağan qəfildən kəlləni yerə ata, sənin məşq təlimin
yarımçıq qala?!
—
Yox, ona görə yox, ağa qoç!
—
Bəs nəyə görə, bala qoç?
—
Deyirəm ki, ağa qoç elə məşq-təlim olsun ki, sənin bu hünərin bizim
pərnəkdə qoçdan-qoça, nəsildən-nəsilə keçsin!!
Buynuzlu qoç ha eylədi, bala qoç dediyindən dönmədi, buynuzlu qoça izafi
nəfəs almağa aman vermədi. Buynuzlu qoç istədi-istəmədi, gündə-gündə bala qoç bu
Dostları ilə paylaş: |