6
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
nəvələrimə zəng etdim. Onları bizə çağırdım. Hamısı da tökülüb bizə gəldi. Uşaqların
səsi bir-birinə qarışdı.
Mən onları dadlı meyvələr, əlvan rəngli konfetlər düzülən stolun ətrafına
topladım. Özüm də çəkilib yuxarı başda əyləşdim. Kiçik nəvəm Şəlaləni də dizimin
üstünə aldım. Dönüb uşaqlara hələ balaca-balaca, şirin-şirin nağıl da danışdım...
Səhərdən
küsən, tökülüb gələn balacalara qarışmayan, konfet, meyvə
süfrəsinəyaxınlaşmayan, özünü çəkib bir qıraqda duran Gülsabah o yan bu yana
getdi, arabir biz tərəfə də boylandı. Birdən ayrılığa tablamayan qız başı aşağı gəlib
yavaşcadan mənim o biri dizimin üstündə qərar tutdu. Özünü günahkar bilib o üz-bu
üzümdən öpdü...
Bu əhvalatdan sonra hər dəfə Gülsabah azacıq küsüb şıltaqlıq edəndə mən yenə
də telefon dəstəyini əlimə götürüb nəvələrimə zəng edir, onları evimizə toplayıb,
ətrafıma yığırdım. Bütün bunlardan sonra Gülsabah yavaş-yavaş küsməkdən əl
çəkməyə, deyilən sözlərə qulaq asmağa başladı.
İndi Gülsabah öz küsəyənliyini yerə qoyubdur. O, həmişə olduğundan artıq öz
babasını çox istəyir. Bir də axı Gülsabah bir boyda qalmır, böyüyür. Daha o böyük
qızdır. Üzümüzə gələn payız o, əlinə kitab-dəftər dolu çanta götürüb məktəbə
gedəcəkdir; orada uşaqlarla birlikdə oxuyacaq, dərs fasilələrində onlarla oynayacaq,
öz təzə-təzə yoldaşlarına qarışacaqdır!..
7
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
GÜNÜMÜZÜN NA
Ğ
ILI
Bir gün Xəzər sahilində
şırhaşırla göyə qalxan ağ
fəvvarənin qırağında, yaşıl
qol-budağını
ağ
köpüklü
hovuza
sallayan
salxım
söyüdün altında, əlvan rəngli
skamyada tək-tənha əyləşib
fikrə
getmişdim... Birdən
gördüm budur bir ağ göyərçin
qanad
çala-çala
gəlib
qarşımda əyilən, salxımlarını
suya
sallayan
söyüdün
qanadına qondu. Mən fikrimdən qopub zəndlə göyərçinə baxınca, göyərçin də oynaq
gözlərini gəzdirə-gəzdirə mənə baxdı:
— Səhv etmirəmsə gərək ki, siz yazıçı Salman babasınız?
—Bəli, — deyə mən uşaqlıqdan aludə olub sevdiyim, bir zaman yedirib-içirib
bəslədiyim, göyərçini süzüb cavab verdim. — Mən yazıçı Salman babayam!
—Onda yazıçı Salman baba söyləsin görüm, neçə-neçə ildən bəriyə mənim adımı öz
qanadlarında gəzdirən «göyərçin»in baş qəhrəmanı kim, ya kimlərdir?
—Əlbəttə, birinci sırada baba-nəvə!
—Sübut!.. Siz nə ilə sübut edə bilərsiniz?
—Əgər siz adınızı iftixarla öz qanadlarında daşıyan «Göyərçin»in bütün nüsxələrini
ta əzəl günündən bu günəcən oxuya-oxuya vərəqləsəniz, onda görərsiniz əsasən,
«göyərçin»in baş qəhrəmanları ağsaçlı baba ilə günəş gözlü nəvədir!
8
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—Niyə?.. Bəyəmləri ağsaçlı baba ilə günəş gözlü nəvə göydən-zaddan gəliblər? Daha
dünya üzündə baba-nəvədən savayı «Göyərçin» üçün baş qəhrəman yoxdur?
—Niyə yoxdur, — mən səbrlə cavab verdim. —- «Göyərçin»in səhifələrində «Nəvə
və nənə», «Ana və bala», «Ata və oğul» xırda-xırda uşaqlar üçün nə qədər desən
başqa-başqa nağıl və əfsanə, şeir, nəğmə və sairə-sairə tapmaq mümkündür!
Mənimlə danışığa girişən, ara-sıra ətrafa göz gəzdirib salxım söyüdün yaşıl
budağında öz yerini daha da bərkidən ağ göyərçin davam etdi. — Bəs belə olan
surətdə niyə də gərək «Göyərçin»in baş qəhrəmanları baba-nəvə olsun?
—Çünki, «Göyərçin» məcmuəsinin gözəl, yaraşıqlı, şəkilli səhifələrində fəxri yer
tutmaqda baba və nəvənin haqqı, əsası vardır!
—Necə haqqı, əsası? — Ağ göyərçin ağ tüklərini qabardıb ciddiləşdi. — Bəlkə siz
özünüz yazıçı baba olduğunuza görə tərəfgirlik edib baba-nəvə tayında durursunuz?
Mən sağ əlimi ağ bığımın bu qanad - o qanadında gəzdirə-gəzdirə
gülümsündüm:
—Bəlkə də belədir, göyçək göyərçin? Axı məcmuə öz qanadlarında sizin adınızı
daşıyır? Necə deyərsiz ixtiyar sahibisiniz!
—Mən tərif yox, izahat istəyirəm!
—Demək sizin tərif deyilən bəzək-düzəkli söz-söhbətdən xoşunuz gəlmir?!
—Gəlir, niyə gəlmir. — deyə Göyərçin kefinin kökəldiyini gizlədə bilmədi. —
Mənim özümü nəinki bu gün, lap tarix boyu qədimdən bəriyə şairdən ədibə qədər az
tərifləməyiblər. Nə qədər desən şənimə nəğmə yazıb musiqi qoşublar. Nağıllarda,
dastanlarda məni dara düşənlərin dadına çatan xilaskar göstəriblər. Bir sözlə olanı da,
olmayanı da mənim adıma yazıblar.
—Ancaq siz indiyə qədər heç bir tərifnaməni üzü üstə geriyə qaytarmamısınız!
—Düzü... belə əhvalat... Yadıma, düşmür!
—Onda məni «Baba-nəvə» tərəfkeşliyində qınamayın!
Göyərçin mətləb üstünə gəldi:
—Sübut edin görüm, niyə də gərək «baba-nəvə» «Göyərçin» üçün baş qəhrəman
olsun?!
9
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—Mən ancaq öz mülahizəmi bildirdim, yoldaş göyərçin!..
—Siz ki, söhbətinizdə səbir göstərirdiniz!
—Onda mənim sizə bir neçə sualım vardır, yoldaş göyərçin!
—Buyurun, baba!
—Deyin görək baba-nəvənin ömründə savaşan atlarını düz yerdən çıxarıb daşlığa-
qayalığa sürən görmüsünüzmü?
—Görməmişəm!
—Mən bilən bu dünya üzündə bu qəhrəmanların arasında dostluqdan savayı ixtilaf
olmasın, gərək!
—Sizcə hikmət nədədir?
Göyərçinin inad etdiyini görüncə işin içindən çıxmaq üçün yenə də gülümsəyə-
gülümsəyə cavab verdim. — Məncə getdikcə baba uşaqlaşır!
—Bəs nəvə?
—Nəvə boy atıb kişiləşir!
Söhbətimizin bu yerində anasını da götürüb Xəzər sahilinə məni axtarmağa gələn,
artıq bərkiyib on yaşına yetişən məktəbli nəvəm Elxan məni görər-görməz yüyürə-
yüyürə gəldi. «Göyərçin»in son nömrəsinin əlindən sürüşüb köpüklü suya düşdüyünə
də fikir vermədi. O, qolunun artan qüvvətini sınayırmış kimi məni hop götürmək, öz
gələcəyinin aşıb-daşan qüdrəti ilə çağlayan fəvvarə qırağındakı salxım söyüdün
başından da yuxarı atıb-tutmaq istədi. Bu zaman biz baba-nəvənin günlər deyil, illər
həsrəti kimi mehribanlıqla görüşdüyünü görən ağ Göyərçin qanad çala-çala bizi
alqışladı. Dalğalar da qanad açan «Göyərçin» məcmuəsini dimdiyinə götürüb,
«Göyərçin»dən bixəbər olan, uşaq dastanını varaqlamayan başqa baba-nəvə üçün
uça - uça sovqat apardı...
12 iyun, 1966.
Dostları ilə paylaş: |