28
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Əhməd indi fikirləşirdi: «Görəsən kimin zəhməti çox olubdur? Mənim, ya
Rəşidin? Bizdən kim öz oğlunu daha çox istəyibdir?»
Əhmədə eləgəlirdi ki, Rəşid kişi öz oğlu Əhmədi, Əhməd öz oğlu Zakiri
sevəndən daha çox sevibdir, istəyibdir. O zaman Rəşid kişi nə «3», nə də «5» bilərdi.
O zaman Rəşid kişinin oğluna dediyi söz bu idi: « — Oxu ki, oğlum, bəlkə əlin qələm
tuta!.. Oxu ki, başını götürüb zülmətdən qırağa qaçasan!.. Oxu ki, bəlkə divan
dəftərxanasına düşüb mirzə olasan!»... Demək Rəşid kişi öz oğlunu zülmətdən işığa
çıxarmağa cəhd etmişdi. Rəşid oğlunu, qaranlıqdan işığa çıxartmaq üçün çırpınmışdı.
Pəncərə qarşısındakı çarpayının üstündə uzanan Əhməd özünün keçmiş,
Zakirinsə gələcək yolunu düşünürdü. Onun gözünə çimir də gəlmirdi. Bakının boz
gecəsində Əhmədin yuxusu göyə çəkilmişdi. Öz övladını sevmək azdır, onu tərbiyə
etmək, sabahını, uçuşunu hazırlamaq gərəkdi! Əhmədin fikri Zakirin yolu üzərində
dolanır, uçub ağ buludlar arasına girir... Əhmədin təsəvvüründə yenə də əla dərəcədə
oxuyan Zakir çalışıb-çalışır — uzun, ağır zəhmətin, səyin müqabilində əla qiymətlə
ali təhsil alıb, ixtisas sahibi olur... Yavaş-yavaş Zakirin də saçlarına dən düşür:
—
Bizim akademikdir!
—
İxtirası böyükdür!..
Əhmədin arzu ilə dolan gözləri yaşarır... Zakirin səsi eşidilir:
—
Ata, vaxt deyilmi?
— Sən az da olsa yatdınmı?
—
Bir az yatdım, ata!
—
Saat neçədir, Zakir?
—
Dördə işləyibdir, ata!
—
Demək uçuş saat beşdədir?
—
Ancaq, çatarıq, ata!
—
Bəlkə Rəşid babanı heç tərpətməyək?
—
Niyə?
—
Yorulubdur, qocadır!
—
Əlbəttə, qoy baba yatsın... Mən onunla axşam görüşmüşəm!
29
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Bəs sənə sözü nə oldu?
—
Gözləri doldu, dedi özüm səni yola salacağam!
—
Demədinmi aeroplanla uçuram?
—
Dedim.
—
Bəs?..
—
Dedi ki, baxacağam görüm nə təhər uçursan!— Ayağa qalxıb geyinən Zakir
atasının saçlarını öz barmaqlarıyla geriyə darayıb, alnından öpdü. Əhməd
ayağa durdu. Lampanı yandırdı. Qoca yatan otaqdan başqa, bütün otaqlarda
lampa yandırıldı. Az ötməmişdi ki, küçədə maşın səsi eşidildi.
—
Vaxtdır, tələsmək gərəkdir, ata!
Rəşid baba da yerində qurcalandı:
—
Yəqin deyirlər ki, qoca bizə yük olar?
Rəşid baba o biri otaqdan çağırdı:
—
Əhməd!
—
Nədi, ata?
—
Deyəsən mənsiz yola düşürsünüz?
—
Deyirik narahat olmayasan, ata!
—
Necə yəni narahat olmayasan, ata? Bəs mən nə üçün ucqar obamızdan
yırğalana-yırğalana buraya gəlmişəm?! Baba hirslə ayağa qalxdı, cəld
geyinməyə girişdi... Əhməd ara qapını açdı.
—
Ata, axı sənə zəhmət olar!
—
Uşaq-uşaq danışma, Əhməd!
Əhməd susdu... Geyinib hazırlaşan Rəşid baba aparılası ağır bağlamadan yapışdı.
—
Mən körpəni yola salmağa gəlmişəm.
Hərə bir bağlama götürüb pilləkən aşağı həyətə düşdü. Şeylər maşına yükləndi.
Adamlar da əyləşdi. Maşın tərpəndi. Onlar şəhərdən çıxıb uçuş meydanına yol
aldılar, yarım saatda mənzilə çatdılar... Dan yeri sökülürdü... Bakıdan Moskvaya üç
təyyarə uçacaq, on illiyi qurtaran şagirdlərdən böyük bir heyət ali məktəblərə
aparacaqdı.
30
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Zakirin yola düşəcəyi təyyarə, havaya birinci qalxacaq, şahin kimi qanad
açacaqdı.
—
Əhməd, olmazmı Zakir sonuncu təyyarəyə qalsın!
—
Nə təfavütü var ki? — deyə Əhməd, gözləri həsrətli yaşla qaynayan anaya
cavab verdi.—Oğlun nə qədər tez, nə qədər qabaqca uçsa, bir o qədər də işi
irəli düşər!
—
Deyirəm ki, yəni hava işıqlansın. Deyirəm, uşaq işıqda uçsun!
Əhməd Zakirin anasına diqqətlə baxdı. Oğlundan aralanan, onu uzaq səfərə yola
salan ananın saralan, titrəyən sifətini gördü. Əhməd də anasını xatırladı:
—
Oğlum, qabaqda çay var, özünü gözlə! — Əhmədin çantasına pendir-çörək
qoyan anası, həmişə oğluna bu sözləri deyib tapşırardı. Axı indi yol çaydan
deyil, göydən-buluddan keçirdi!
Təyyarə meydanına gələn adamlar bu tərəfdə qaynaşırdı. Anası Zakirdən qopmaq,
oğlunu gözündən qırağa buraxmaq istəmirdi:
—
Bax, özünə yaxşı bax, yemək-içməyinə fikir ver!.. İsti geyin, baş-gözünü
isti saxla! Yatanda üstünü yaxşı ört! Daha atan yanında yoxdur, şaxtada -
buzda üstünü örtə!
Vaxt çox tezcə gəldi.
Cavan tələbələr, ata-ana ilə, qohum-qardaşla, tanış-bilişlə bir-bir görüşüb
təyyarəyə qalxdılar. Rəşid baba nəvəsi Zakiri əyləndirib, geniş alnından öpdü. Onun
çuxura düşən gözləri qəhərlə doldu. Zakir də babasının qabarlı əlini sıxıb, uzun ağ
saqqalından öpüb oxşadı, anasına göz gəzdirib təyyarəyə qalxdı. Təyyarənin pərləri
hərəkətə gəldi. Yola salanlar bu biri yana çəkildi. Əhməd iztirab keçirən Rəşid
babaya diqqətlə baxıb, onun qəribə vəziyyətini seyr edirdi. Rəşid babanınsa nəzəri
Zakirin təyyarəsindən qopmurdu. Onun ürəyi də təyyarə ilə ağaran buludlara qalxırdı.
Günəş də artıq Xəzərdən qalxıb bu aləmi şəfəqə boyayırdı.
—
Bax bu da işıq! — Əhməd Zakirin anasının qolundan yapışdı; — Bax,
oğlunun yolu gör necə də işıqlandı!
Dostları ilə paylaş: |