37
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Ağzı köpüklənən Şir bar-bar bağırdı:
—
Yalan deyirsən! Gözlərinin içinə, bəbəyinin ortasına qədər yalan deyirsən!
—
Şaһın öz başına and içirəm!
—
Mən səni indicə parçalayacağam!..
Şələquyruq Tülkü Şirin pəncələrini tumarlayıb, dabanlarını yaladı:
—
Qurd-quşa yem olmaqdansa, şaһa xörək olmaq mənə xoşdur! Mən anadan
gör necə xoşbəxt doğulmuşam ki, Şaһ dağının böyük şaһına xörək oluram!
Şələquyruq Tülkünün yağlı dili qəzəbli Şirin ürəyinə yatdı:
—
Bəs mən səni parçalamasam nə təһər?
Tülkü əlləri üstə dikəldi:
—
Yox, siz məni yeyin!.. Axı siz acsınız!
—
Əgər səni bağışlasam, necə?..
—
Onda ömrüm uzunu sizin qulunuz ollam!
Şələquyruq Tülkünün sözləri Şirin xoşuna gəldi, Tülkü sağ qaldı. Getdikcə Şirin
qılığına girdi, onun ürək dostu oldu. Şirin mağarasını öz yumşaq quyruğu ilə silib-
süpürdü, itaətində durub bir sözünü iki eləmədi...
Şir һər nə ovladısa, gətirib süfrəyə tökdü. Şələquyruq Tülkü Şirin bollu
süfrəsindən doyunca yedi. Ağası başını qoşa pəncəsinin üstünə qoyub istirahət
edəndə, şələquyruq Şirin misilsiz igidliklərindən söz açdı, basıb-bağladı, olanı-
olmayanı onun adına yazdı.
Vaxt dolandı, vədə ötdü bir gün Şir ovdan yaralı döndü... Tülkü Şirin yüngül
yarasına baxıb gözlərindən qanlı yaş axıtdı. Tezcə də şahın yarasını yüngülcə bağladı.
Bir müddət sonra yarası sağalan Şir yenə də həmin-həmin ova çıxdı. Bu dəfə ağır
yaralanan Şirin mağarasına qayıtdı.
Tülkü diqqətlə yaralı Şirə baxıb, bu yaradan da birtəhərlə ölməyəcək deyə yenə
də ağasına qulluq göstərdi, birbaşa Şirin pəncələrinə sərildi:
—
Məni yeyin, şahım! Siz ac qalmayın! Qoyun bu dəfə arzuma çatım!..
Şir hər necə ac olsa da Tülkünün tükünü də tərpətmədi. Sınaqlardan çıxan
şələquyruq Tülkü, Şah dağı şahının vəziri oldu. İndi daha artıq ərklə Şahın
38
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
süfrəsindən yedi, içdi, get-gedə yağlanıb şişdi. Bir gün Şir, Şah dağının ətəyində
qılınclı-qalxanlı bir pəhləvanla üzləşdi, çox ağır yara aldı, sürünə-sürünə mağarasına
gəldi. Bu dəfə də Tülkü zəndlə Şirə baxdı, baxdı: «Yox daha yüz canı da olsa, biri də
qalxa bilməz!» — dedi. Tülkü çevik tərpənib heydən düşən Şirin başının üstünü aldı.
Ağır yaradan ürəyi od tutub yanan Şir dostunu səslədi:
—
Su!.. Mənə bir qurtum, su!..
Toy-bayram edən Tülkü, caynaqları boşalan şirin ağzını əydi:
—
Sən belə kimdən su istəyirsən, kaftar?
—
Səndən başqa bu Şah dağında mənim kimim vardır?!
—
Sən məni özünə əbədi bir nökərmi tutmusan?!
—
Məgər sən bir zaman mənim bu pəncələrimə sərilib demirdinmi,
«qulunam»?
Şələquyruq iri bir daş qucaqlayıb üstdən aşağı Şirin yarasına çırpdı.
—
O vaxt mən sənin qulun olsam da, indi sən mənim ayaqlarımın çulusan!..
Tülkünün kəmfürsətliyini görən caynaqlı Şir öz dirsəyini yerə dayayıb axırıncı dəfə
sifəti üzə çıxan Tülkünün cəzasını vermək istədi. Tülkü isə sıçrayıb mağaranın
qayalarına qalxdı, əlini-əlinə vurub qah-qah güldü:
—
Bunca müddət ərzində mən sənin dərini gözləyirdim, sarsaq! Yoxsa, mən
əzəl gündən belə sənin atanın nökəri-zadı deyildim!..
Kim bilir, bəlkə də Şah dağı Şirinin ağır yarası sağalacaq, o dizlərinə dayanıb
ayağa qalxacaqdı!.. Ancaq Şir daha qalxmadı. Pəhləvanın qılınc yarası yox,
şələquyruq Tülkünün dil yarası onu bir daha qalxmağa qoymadı...
39
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
K
Ə
K
İ
LL
İ
TOYUQ V
Ə
CAYNAQLI ÇALA
Ğ
AN
Çiyin-çiyinə söykənən sıldırım dağların ortasında nəhəng gövdəli Səngər dağı
dayanmışdı. Bu dağı qalın meşə bürümüşdü. Dağın təpəsində qədim zamanlardan
qalan uçuq qalaçalar, sökük qüllələr, dağılan divar və hörgülər var idi.
Səngər dağılın ətəyindən çıxan «Orta bulağ»ın başında on-on iki evdən ibarət
bir oba salınmışdı. Səngərlinin tüstüsü üzüyuxarı uzanır, dağın təpəsindəki xarabalıq
içində itirdi.
Səngərlinin qışı çıxıb, yazı girmişdi. Novruz bayramından sonra kürt yatan
kəkilli fərə də on beş cücəsi ilə düzə çıxıb anaş olmuşdu.
Kəkilli toyuq bəzən özünü unudub, yanlarını asa-basa yeriyir, subay-salıx bir
xanım kimi sallana-sallana gedirdi. Ancaq bir az sonra o, ağlı-qırmızılı, sarılı-qaralı
cücələrinə baxıb qırt-qırta başlayır, balalarını toplayıb dənlədirdi. Kəkilli toyuq arada
bir subay günlərini yadına salırsa da, anaşlığı ilə öyünür, rəngarəng cücələrilə
fərəhlənirdi.
O, balalarını yanına alıb həyətdən çıxır, çəməndə gəzdirir, gözünə dəyən xırda
böcəklərdən utub, cücələrinə verirdi. Kefi kökələn kəkilli toyuq birdən balaları ilə