43
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
ƏFSANƏLƏR
BUYNUZLU V
Ə
BUYNUZSUZ QOÇ
Ötən zamanda Arasbar obasında bir buynuzlu bir də buynuzsuz qoç var idi.
Bunların ikisi də payızda yaşılarpa xəsilinin içində analarından olmuşdular. Bunların
hər birisini öz anası yalamışdı, qurulamışdı, əmizdirə-əmizdirə əmlikləşdirmişdi.
Bunların biri hələ əmlik çağından buynuz göstərməyə başlamışdı. O birisinin isə
buynuzu heç yerli-dibli çıxmamışdı. Elə ki, bunlar böyüyüb qoç oldular, buynuzlu
qoç buynuzsuza göz verib, işıq vermədi, hara gəldi, günülədi, «gəl, kəllə-kəlləyə
çaqqışaq!» — deyə hey buynuzsuzun üstünə düşdü. Buynuzsuz da nə qədər öz
kəlləsini yayındırsa da, buynuzlu ondan əl götürmədi, kəllə-kəlləyə gəldi, gündə bir
belə amansız əməlinə göz qoyan buynuzsuzun anası, bir gün buynuzluya yanaşdı, ona
yalvar-yapış elədi, öyüd-nəsihət verdi, dedi bəs siz ikiniz də bir vaxtda bir xəsilin
içində anadan olmusunuz, bir pərnəkdənsiniz, yad-yadırğa deyilsiniz! Elə səni də yeri
düşəndə mən əmizdirmişəm, özümə doğma bala bilmişəm. Nə olar biri buynuzlu, o
birisi buynuzsuz olanda? Axı, insaf da dinin yarısıdır. Sən gəl mənim
44
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
buynuzsuzumdan əl çək... Ana qoyun çox dedi, buynuzlu qoç az eşitdi, üstəlik
kinayəyə də keçdi:
—
Guya bu əfəli doğmasaydın, bizim pərnəyin
3
içinə ötürməsəydin, dünya
qara geyib göy çalardı?!
—
Niyə daha əfəl bala? O da sənin kimi qoç deyilmi? — Ana qoyun buynuzlu
qoça yal verib onun ürəyinə rəhm işığı salmaq istədi. — İntahası mənim
balamın buynuzları yoxdur!
Buynuzlu qoç şəst göstərib gərdənini çəkdi:
—
Niyə bica yerə zəhmət çəkib belə bir buynuzsuzu doğurdun?!
—
Buynuz sonradan əmələ gəlmədir, bala!
—
Gərək sən bunu qabaqcadan qanıb, başa düşəydin, qoyun!
—
Qabaqcadan qanıb, başa düşmək olmaz, bala!
—
Qoy onda, sənin buynuzsuzun ilin on iki ayı əzabını çəksin!
—Axı, onu bil ki, Arasbarda bir məsəl var, — deyərlər: «Buynuzsuz qoçun qisası
buynuzluda qalmaz».
Buynuzlu qoç özündən çıxıb, hədə-hərbəyə keçdi:
—
Qoy onda sənin o kərəbaş balan əlindən gələni beş qaba çəksin!
—
Birisini özünün, birisini də mənim qabağıma qoysun, eləmi?
—
Özü bilər, istər birisini özünün, birisini də sənin qabağına qoysun, ya da öz
kərəbaşlığına salıb utanmaz-utanmaz ikisini də özü yesin!
—
Demək, sən mənim də — ananın da üzünə ağ olursan?
—
Ana olan özü öz üzünə ağ olur, — deyə buynuzlu qoç başını dik tutub
rişxəndini əsirgəmədi.—Biz boydanın başını Arasbar elində aşağı eləyən
sənin o kərə zayılın nə qoç kimi qoçdur, nə də qoyun kimi qoyun!
—
Yox, o da sənin kimi qoçdur!
—
Qoy qoçdusa, çaqqışma-çarpışma meydanında duruş gətirsin!
—
Axı, buynuzsuz buynuzlu ilə çaqqışıb, çarpışa bilməz!
—
Çaqqışıb-çarpışa bilməyən yerdə yıxılıb gəbərsin!
3
Pərnək – bir bölük qoyun. Küçük sürü
45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Ana qoyun xudpəsənd buynuzlunun biri bir batman balla yeyiləsi olmayan
sözlərini yeyib, uda bilmədi, özünə ağır dərd elədi, bir neçə gündən sonra daha
yerindən durmadı, qəhərlə dolan gözlərini yumdu. Buynuzsuzsa öz anasının aqır
dərdinə ağladı. Elə bu zamanın özündə də buynuzlu buynuzsuzu anasından qoparıb
qabaqına qatdı, qovaladıqca qovalayıb dedi:
—
Biryolluq bu pərnəgdən rədd ol, Arasbar dərələrində qurda-quşa qismət ol!
hey qovalanan, hey sınıq salınan buynuzsuz qoçda axır ki, qisas arzusu doğdu... Dedi
daha bu bir pərnəklik olmadı, buynuzlu mənə bəla oldu. Ancaq buynuzsuz nə təhər,
necə buynuzludan qisas alsın, bilmə erkək balasını yanına çağırdı:
—
Ölürəm, oğul!
—
Niyə, ata?
—
Buynuzsuz yaşamaq mənə mümkün olmadı!
—
Nə üçün?
—
Buynuzlu mənə aman vermədi!
—
Bəyəm, buynuzlu ya buynuzsuz — siz ikiniz də bir pərnəkdən-bölükdən
deyilsiniz?
—
Hər necə bir pərnəkdən-bölükdən olsaq da, biz barışmaz düşmənik!
—
Nə üçün, belə?
—
O mənim anamı da dərdə salıb öldürdü!
—
Axı, bu ədavət nə üstə oldu?
—
Mənim üstümdə! Anam çox dedi, buynuzlu heç eştimədi, indi nə vaxtdandı
ki, məhz o burma buynuzuna görə bizim pərnəkdə fələyə kələk demir, məni
harada görür buynuzlayır, pərnəkdən çıxarıb ilim-ilim itirməyincə əl
çəkmir!
—
İndi sözün nədi, ata?
—
Sözüm yox, vəsiyyətim, — deyə buynuzsuz qoç başını götürüb yerə döydü.
Onun gözləri qanla dolub qızardı. — Ya buynuzlu ol bu pərnəkdə yaşa, ya
da buynuzsuz olacaqsansa elə indidən bax beləcə mənim kimi öz ayaqlarını
uzat, öl!