49
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
xudpəsəndlə nə ki, kəllə kəlləyə gəldi, daha birbaşa buynuz-buynuza çaqqışıb, əməlli-
başlı çarpışmağa başladı. Arada bir onun buynuzları hər necə əzilsə də buynuzlarının
dibindən hər necə isti qan süzələnsə də o daha çəkilmədi, qırağa qaçmadı. Bala qoç
dözdü, tabladı, duruş gətirdi. Onlar dildə bir cürə danışsalar da gözdə daha barışmaz
düşmən oldular. Bu barışmaz düşmənçilik də gündən-günə aşkara çıxıb artdı,
şiddətləndi. Yenə də buynuzlu qoç istədi ara versin, bəlkə də yayınsın, öz buynuzlu
başını götürüb meydandan qaçsın, Arasbardan uzaqlaşsın, bir yanda gizlənib, öz
kəlləsini salamat saxlasın... Ancaq olmadı!.. Əvvəlcə buynuzları nizələşən, sonra da
yavaş-yavaş buynuzları bərkiyib burulan qoç xudpəsəndə aman vermədi, onun
gözlərinin odunu aldıqca aldı, daha bir gün buynuzlu qoçun
gözlərində
olan-qalan
odu da tamam söndürdü. Bundan sonra bu buynuzlu qoç, o biri buynuzlu qoçun
qabağını kəsib girəvəsini aldı.
—
Qəsdin nədi, düşmən oğlu?
—
Qəsdim düşmənlə çaqqışmaq, çarpışmaq buynuz-buynuza döyüşməkdir!
—
Sən bil ki, mən buynuzu burma bir qoçu yox, bir əfəl qoçu öldürmüşəm!
—
Sən buynuzsuzu öldürmüsən!
—
Mən bizim pərnəyimizdə qoç nəslimizin başını batıranı başdan eləmişəm!..
—
Yox, sən kəmfürsətlik eləyib özünün bu burma buynuzlarınla bir
buynuzsuza zülm eləmisən!
—
Bəs indi necə?
—
İndi buynuzlu buynuzlu ilə çaqqışıb-çarpışacaqdır!
—
Qoy olsun, — deyə üstünlüyə inamı olmayan, buynuzlu qoç odu sönən
gözləri ilə ağlamaq istəsə də, intiqam alovu ilə qan-qan deyən, artıq
buynuzları buruq-buruq burulan qoç düşməni ilə kəllə-kəlləyə gəlib, qəti
döyüşə girişdi. Çaqqışma-çarpışma xeyli davam etdi. Axırıncı tutarlı
zərbədən xudpəsəndin başı parçalandı, beyninin qatığı düzə dağıldı, burma
buynuzunun hərəsi bir yana atılıb, düşdü!..
50
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Ə
FSAN
Ə
V
İ
L
Ə
P
İ
RL
Ə
R
Qədim zamanda Nardaran qalasının qırağında, Xəzər dəryasının axar-
baxarında tikilən tağbənddə
Piri baba adlı qoca ilə onun
nəvəsi
Gülbala
olurdu.
Baba
və
nəvə
gün
çıxandan
gün
batana,
qonum-qonşu
bağ-
bağatında
günəmuzd
işləyir, meynələrin diblərini
belləyib-becərir,
güzəran
keçirirdilər.
Bir yol sübh
tezdən yerindən qalxan,
həyətə düşən baba-nəvə
qum üstündə qəribə-qəribə
ləpirlər gördülər. Onlar bir-birinin üzünə heyrətlə baxıb, dinməz-söyləməz bu
əfsanəvi ləpirlərin izinə düşdülər. Gedib-gedib dəryanın kənarında ucalan, sallaq
ətəklərini ağ köpüklü dalğalar döyəcləyən sıldırımlı çal qayaya çatdılar... Gördülər ki,
bəs bu qayanın üstündə üç ləpir qərar tutubdur. Piri baba nəfəsini dərib birisindən
soruşdu:
—
Adın nədir?
— Var-dövlət!
Gülbala, babasının ətəyindən tutub dedi:
—
Gəl bunu cəld götürüb tağbəndimizə aparaq, yoxsulluğun daşını birdəfəlik ataq.
Piri baba əlini qaldırdı, nəvəsini səbirli olmağa çağırdı.
51
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Qoy bu birisindən soruşaq! — İkinciyə döndü, — sənin adın nədi?
—
Xoşbəxtlik!
—
Ay baba, daha bundan gözəl nə olar? — Gülbala sevincdən atılıb-düşdü. —
Gəl bunu götürüb qaça-qaça tağbəndimizə aparaq, bu dünyada bizim də
üzümüz gülsün, xoşbəxt olaq!
Piri baba üçüncü ləpirə müraciət etdi.
—
Bəs sənin adın?
— Dostluq-doğruluq!
Nəvə duruxunca babası tərəddüd etmədən bildirdi.
—Bax bala, yapış bundan götürüb tağbəndimizə aparaq!
—
Niyə, nə üçün, baba? — Gülbala dilini sürürdü.—Quru-boş dostluq-
doğruluqdan ətəyimizə nə töküləcəkdir?
Piri baba göy damarları çıxan düyümlü əlini dümağ saqqalına aparıb şişpapaqlı
başını hikmətamizliklə tərpətdi.
—
Dostluq-doğruluq, heç də quru, boş şey deyildir, Gülbala!
—
Sübut, baba! Dəlil, baba!..
—
Sübut-dəlil budur ki, bala, bir gün var-dövlət tufana düşər, oynayıb əldən
gedər! — Piri baba misal üçün yan-yörədən bir neçəsinin adını tutdu. Onların
birdən necə var-dövlətdən çıxıb yoxsullaşdığını, boyunlarına torba salıb, əl açıb
dilənməyə məcbur olduqlarını dedi.
—
Bəs xoşbəxtlik necə, baba?
—
Oğlum hər necə xoşbəxtlik olsa da baxarsan bir gün elə naqafil
bədbəxtlik baş verdi ki, çox çətin ki, ömrün uzunu altından çıxa bildin! — Piri
baba yenə də ətrafdan bir neçəsinin əzəlcə necə xoşbəxt olduqlarından, sonra
necə fəlakətə düçar olub bədbəxt hala düşdüklərindən danışdı. Babasının
gətirdiyi bu misallar da nəvənin beyninə batdı.
—
Bəs dostluq-doğruluq necə, baba?
—
Dostluq-doğruluq hər zaman sənin karına gələ bilər. Var-dövləti itirib
yoxsullaşanda doğru dost sənin qolundan yapışıb sənə dayaq durar. Qoymaz ki,