10
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
USTA-
Ş
AG
İ
RD
Bakı payızının soyuq günlərindən
biri idi. Mən buruqların arasında gəzib
dolanır, neft çıxaran mancanaqlara, içindən
neft axan borulara baxırdım. Bu vaxt neft
buruqlarının arasında görünən bir günbəz
diqqətimi cəlb etdi. Məni fikir götürdü.
Köhnə fəhlə mənzillərinin yerində uca
binalar tikilmiş, yanğınlar törədən taxta
buruqların
yerində
polad
buruqlar
qurulmuşdu. hər şey, hər şey dəyişmişdi.
Bəs niyə köhnə günbəz toxunulmamış
qalmışdır?!.
Yaxına gəlib günbəzə maraqla
tamaşa etdim. Elə bu zaman mənə tərəf
buxara papaqlı, qalın qaşlı, eşmə bığlı bir
kişinin gəldiyini gördüm. Biz salamlaşıb, tanış olduq. O, yazıçı olduğumu, mən də
onun qocaman neftçi olduğunu öyrəndim.
—Bu günbəzin adı nədir?—deyə mən ustadan soruşdum.
—«Usta-şagird».
—Nə üçün «Usta-şagird?»
—Onun maraqlı bir tarixi var,—deyə qoca neftçi günbəzin əfsanəsini
danışmağa başladı: — Deyirlər ki, burada məşhur usta, bir də onun ağıllı şagirdi
yaşarmış. İllər keçir. Şagird sənətin sirlərini dərindən öyrənir, öz ustasını ötüb keçir.
Onlar bəhsə girirlər:—«Görək kim daha yaxşı bir günbəz tikər», — deyə mərc
gəlirlər.
11
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Hər ikisi yeddi il gecə-gündüz dincəlmədən çalışır. Hərə öz günbəzinə bir naxış
vurur. İş başa çatanda el-oba axışıb tamaşaya gəlir. Göyə ucalan iki gözəl günbəzə
baxırlar. Camaatın yarısı usta tikən günbəzə yaxşı deyir, o biri yarısı isə şagirdin
günbəzini daha çox bəyənir...
Mən kişinin sözünü kəsib xəbər aldım:
—Bəs ikinci günbəz hanı?
—O çoxdan uçmuşdur!
—Bəs bu salamat qalan günbəz kimindir?
—Şagirdin! — deyə qoca neftçi əlini yuxarı qaldırdı, naxışlı daşları bir-birinə
geydirilən günbəzin yaraşıqlı qülləsini göstərdi:—Gör necə yaxşı qalıb. Elə bil ki,
dünən tikilib!
—Demək zamanın sınaqlarından şagird qalib çıxıbdır?
—Bəli, şagird, dərs aldığı ustasını ötüb-keçibdir!
—İndi onların hansını ustad hesab etmək olar?
—Əlbəttə, ustasının zəhmətini itirməyən, qədir-qiymətini bilən şagirdi ustad
hesab etmək olar.
Mən, böyük sənətkarın xatirəsinə hörmətlə papağımı götürdüm, başımı
ehtiramla əyib qoca neftçinin sözünü təsdiq etdim:
Kimin qoyduğu abidə daha uzun ömür sürərsə, əsil ustad odur!
12
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
HƏCƏR
Düz on gün idi ki, evdə ad üstündə dava gedirdi. Hər oğulun-qızın əlində uzun
bir siyahı vardı. Biri o birinin yaraşdırıb təklif etdiyi adı bəyənməyib gözdən salırdı.
Mən isə bu münaqişəyə qarışmırdım. Qızım irad tuturdu ki, bəs, mən həmişə öz
nəvələrimə köhnə ad qoyuram... Birisinə atamın adı Hüseyni, birinə anamın adı
Gülsabahı... Mən də möhkəm söz
vermişdim ki, ad məsələsində daha
kənarda dayanacağam. Külli ixtiyaratı
evimizdəki cavanlara verəcəyəm ki,
məqamı çatdıqca, istədikləri təzə-təzə
adlardan
yaraşdırıb
körpələrə
versinlər. Daha bu körpələr də boy
atıb
məktəblərə
gedəndə
utandıqlarından köhnəsayaq adlarının
qol-qanadlarını qırıb qısaltmasınlar,
əsil adlarını bir qırağa qoyub özlərinə
müxtəsər ad seçərək, iki adı olub
dolaşığa düşməsinlər. Vaxta ki, söz
vermişdim, gərək də öz sözümün üstündə duraydım.
— Siz niyə dinmirsiniz, babası? — deyə, nəhayət, bir gün körpənin anası
utana-utana da olsa, mənə müraciət etdi. — Axı, nəvənin adını dövlət dəftərinə qeyd
etdirmək vacibdir.
Yenə də yaxamı kənara çəkdim:
—
Yox, mən daha ad məsələsinə müdaxilə etməyəcəyəm. Beş nəvəyə mən ad
qoymuşam, bəsdir! Qoy innən belə növbə cavanlara çatsın!
13
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Əlbəttə, növbə cavanlarındır!—deyə, qızım, öz təklifinin üstündə durdu. —
Köhnə adları doldurmusan evə, qoymursan ki, bir təzə adı yaraşdırıb bir uşağa
verək.
—
Görürsənmi? — deyə mən gəlinimizə inadcıl qızımızı göstərdim. Bu qız təklif
edən adın hər hansını öz körpəniz üçün qəbul etsəniz, mən imza atıb təbrik
etməyə hazıram!
—
O biri uşaqlar da qızınız təklif edən adlara etiraz edirlər. Neçə gündür iş-
peşəmiz elə bu adları bir-biri ilə güləşdirməkdir.
—
Bu adların çoxu həm gözəl, həm də yaraşıqlıdır.
—
Biz isə heç bir adın üstündə dura bilmirik!
—
Bəlkə cavan atanın ürəyində bir təmtəraqlı ad yatıbdır, susur?!
—
Mən atam təklif edən ada razıyam, — deyə oğlum qızara-qızara dilləndi.
—
Yox, babası ad ixtiyarını ərsəyə çatan övladlarına veribdir! — dedim.
—
Bu ad söz-söhbətinin üstündən on gün də keçdi, ay yaxınlaşdı. Qara gözlərini
açıb yan-yörəsinə məsum nəzərlə baxan, zərif səsi ilə otaqları dolduran adsız
qız, öz varlığını hamımıza elan etdi: «Mən gəlmişəm. Mənə ad verin! Mən
vətəndaşam!..»
—
Bəs indi necə olsun, babası? — deyə axır ki, bir qıraqda durub gözləyən nənə
də üzünü mənə tutdu. — Gəlinimiz də yamanca inciyibdir. Deyir ki, ad
qonaqlığı düzəltməməyiniz bir yana, quru ada nə sözünüz?
—
Ad barəsində sən öz balalarınla sazişə gəl, qonaqlıq məndən!
—
Mən istəmirəm hələ bir ad üstündə bir də qonaqların yanında təzədən uşaqların
davası düşə!
—
Bəlkə qonaqların birisi elə bir ad təklif etdi ki, hamımız bir səslə qəbul etdik?..
—
Yox, gəlin istəyir ki, bu nəvəsinə də babası ad verib qulağına çağırsın!
—
Mən Həcər adını təklif edirəm!
—
Mən isə qəti etiraz edirəm! — Necə deyər, bu barədə bizə göz verib işıq
verməyən, öz siyahısında olan adların birisini mütləq keçirməyə çalışan qızım
yenə də irəliyə durub qətiyyətlə səsini ucaltdı.
Dostları ilə paylaş: |