Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə33/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   29   30   31   32   33   34   35   36   ...   445

ÇIXIŞ 17:1

58

ÇIXIŞ 18:16



1

* Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-

dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi.

2

Ona görə



də xalq Musa ilə münaqişə edib belə dedi: «Bizə içməyə su verin». Musa onlara dedi: «Niyə mənimlə

münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?»

3

Xalq orada olanda susamışdı. Ona görə də Musanın



ə

lindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı

susuzluqdan öldürmək üçündürmü?»

4

Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq



edəcəklər».

5

Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı



götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get.

6

Orada – Xorevdəki qayanın üstündə Mən sənin



önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail

ağsaqqallarının gözü qarşısında bunu etdi.

7

Musa o yeri Massa* və Meriva† adlandırdı, çünki orada



İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar.

Amaleqlilərlə döyüş

8

Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər.



9

Musa Yeşuaya dedi:

«Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin

başında dayanacağam».

10

Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa,



Harun və Xur isə təpənin başına çıxdılar.

11

Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini



endirəndə isə Amaleqlilər üstün gəlirdi.

12

Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş



götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə

Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı.

13

Yeşua Amaleq padşahını və xalqını



qılıncdan keçirib qırdı.

14

* Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin



adını büsbütün yer üzərindən siləcəyəm».

15

Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi‡ qoyub



16

dedi: «Rəbbin taxtına doğru əl

uzadılırdı. O, nəsildən-nəslə Amaleqlilərə qarşı döyüşəcək».

18

Yetronun Musaya baş çəkməsi

1

Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü



bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi.

2

* * Musanın qayınatası Yetro Musanın arvadı



Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi.

3

Musa



«mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom* qoymuşdu.

4

«Atamın Allahı



köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer† qoymuşdu.

5

Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən



səhraya gəlib,

6

bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla



yanına gəlirəm».

7

Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-



birlərindən hal-əhval tutub çadıra girdilər.

8

Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə



firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə

qurtardığını nəql etdi.

9

Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin



ə

lindən onları qurtardığına görə sevindi.

10

Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin



ə

linin altından qurtaran Odur.

11

İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların



öyündüklərindən də üstün oldu».

12

Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət



qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın

hüzurunda yemək yeməyə gəldilər.



Yetronun nəsihəti

(Qanun. 1:9-18)

13

Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında



dayanmışdı.

14

Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən?



Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?»

15

Musa



qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir.

16

Həll olunmalı



*

17:1 Say. 20:2-13; 1Kor. 10:4

*

17:7 Massa – ibrani dilind



ə

sınamaq. †

17:7 Meriva – ibrani dilind

ə

münaqişə.



*

17:14 Qanun. 25:17-19; 1Şam. 15:2-9

17:15 Yahve-Nissi – ibrani dilind



ə

Rəbb bayrağımdır. *

18:2 Çıx. 2:21-22

*

18:2 H



ə

v. 7:29 *

18:3 Gerşom – ibrani dilind

ə

orada qərib. †



18:4 Eliezer – ibrani dilind

ə

Allahım köməkdir.




ÇIXIŞ 18:17

59

ÇIXIŞ 19:25



məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da

onlara bildirirəm».

17

Musanın qayınatası ona dedi: «Gördüyün iş yaxşı deyil.



18

Əlbəttə, həm sən, həm də səninlə olan

xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən.

19

İndi sözümə qulaq as,



sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və

işlərini də Ona çatdır.

20

Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri



işi göstər.

21

Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən



adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki,

22

xalqı hər zaman mühakimə



etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz

yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar.

23

Əgər belə etsən, Allah da sənə belə



ə

mr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər».

24

Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi.



25

Bundan sonra Musa İsrail övladları

arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar,

onbaşılar təyin etdi.

26

Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir,



hər kiçik işi isə özləri mühakimə edirdilər.

27

Sonra Musa qayınatasını yola saldı, o da öz ölkəsinə getdi.



19

İsrail övladları Sina dağında

1

İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına



gəldilər.

2

Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında



düşərgə saldılar.

3

Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail



övladlarına belə söylə:

4

“Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma



gətirdiyimi siz özünüz gördünüz.

5

* * İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz,



siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir;

6

siz isə Mənə



xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə».

7

Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına



qoydu.

8

Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik».



Musa xalqın cavabını Rəbbə çatdırdı.

9

Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı



eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı.

10

Rəbb Musaya dedi: «Xalqın yanına



get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar.

11

Üçüncü günə hazır olsunlar,



çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək.

12

* Xalqın ətrafına



sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan

hər kəs öldürülməlidir.

13

Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər



heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-

uzadı çalınanda onlar dağa çıxa bilərlər”».

14

Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi.



Onlar paltarlarını yudular.

15

Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq



etməyin».

16

* * Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca



şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi.

17

Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan



apardı və onlar dağın ətəyində durdular.

18

Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün



dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi.

19

Şeypur səsi get-gedə ucalırdı. Musa



danışırdı və Allah ona səslə cavab verirdi.

20

Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın



başına çağırdı. Musa oraya qalxdı.

21

Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək



üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar.

22

Rəbbə yaxınlaşan kahinlər də



özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın».

23

Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz,



çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin».

24

Rəbb ona dedi: «Düş get.



Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi

keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar».

25

Musa xalqın yanına enib bunu onlara söylədi.



*

19:5 Qanun. 4:20; 7:6; 14:2; 26:18; Tit

ə

2:14 *


19:5 1Pet. 2:9; V

ə

hy 1:4-6; 5:9-10 *



19:12 İbr. 12:20

*

19:16 V



ə

hy

4:5 *



19:16 Qanun. 4:11-12; İbr. 12:18-19


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə